Məhkəmə qərarları › İş №2(004)-340/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-340/2022

19.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-340/2022 19.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh4, İlkin iddia üzrə Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsələrin və payların müəyyən edilməsi tələbinə dair” ilkin, iddiaçılar Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçı və üçüncü şəxs Bakı şəhəri 19 saylı notariat ofisinə qarşı “qanun üzrə vərəsə kimi miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsələrin və payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəmə müraciət edərək, mərhum X1 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 0.0722 ha torpaq sahəsində 75 nömrəli binada yerləşən 42.13 kv.m ümumi, 29.33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 48 saylı mənzilə vərəsələrin və payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1, mənzil 48 mülkiyyət hüququ əsasında X2 mülkiyyətində olmuşdur. X4 05.04.2021-ci il tarixdə vəfat etmişdir. Onun birinci növbə vərəsələri əri Cavabdeh1, övladları İddiaçı, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2dur. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1, 48 saylı mənzili mərhum X4 ilə Cavabdeh1 birgə nikahı dövründə əldə etmişlər. 28.04.2021-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisinə ərizə verərək anasından qalmış miras əmlakı qəbul etdiyini və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh1 28.04.2021-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisinə ərizə verərək arvadı X2 ölümündən sonra miras qalmış əmlakdan özünə düşən paydan onun xeyrinə imtina etmişdir. Cavabdeh2 28.04.2021-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisinə ərizə verərək anası X2 ölümündən sonra miras qalmış əmlakdan özünə düşən paydan onun xeyrinə imtina etmişdir. Digər cavabdehlər Cavabdeh4 və Cavabdeh3 05.07.2021-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisinə ərizə verərək analanndar. qalmış miras əmlakı qəbul etdiklərini və onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Notarius miras əmlakla bağlı vərəsələr arasında payların bölünməsi ilə bağlı mübahisə olduğu üçün vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Tərəflər arasında miras əmlakla bağlı mübahisə olduğu üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. Prosesin gedişində iddiaçılar Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçı və üçüncü şəxs Bakı şəhəri 19 saylı notariat ofisinə qarşı “qanun üzrə vərəsə kimi miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anaları X1 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.12 kv.m olan 48 nömrəli mənzildən ibarət miras əmlakın qəbul edilməsi və qanun üzrə vərəsə kimi payın müəyyən edilərək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, mərhum anaları X4 05.04.2021-ci il tarixdə vəfat etmiş və bu barədə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən 09.04.2021-ci il tarixli 255 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri. Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.12 kv.m olan 48 nömrəli mənzil analarından miras qalmışdır. Həmin mənzilə dair mərhumun adına 24.01,2009-cu il tarixdə MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh İddiaçı qardaşıdır. Digər vərəsələr olan atası Cavabdeh1 və qardaşı Cavabdeh2 öz paylarından cavabdeh İddiaçı xeyrinə imtina etmişlər. Qeyd edilən əmlaka dair mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 19 saylı Notariat ofisinə müraciət etsə də, miras əmlaka dair məhkəmə mübahisəsi olduğundan 06.10.2021 -ci il tarixli qərarla vərəslik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmiş, qarşılıqlı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh4 ilkin iddia tələbinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxaraq, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh2 ilkin və qarşılıqlı iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 ilkin və qarşılıqlı iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, 3-cü şəxs Bakı şəhəri 19 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində istifadədə olan 0.07222 ha torpaq sahəsində yerləşən 75 nömrəli binada yerləşən 42.13 kv.m ümumi, 29.33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 48 nömrəli mənzil tam tülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 869 nömrəli reyestr kitabının 80887 nömrəli vərəqində 24.01.2009cu il tarixində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İ-İE seriyalı, 032990 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Məmmədova (Abbasova) Teyyarə Abbas qızı arasında 06.12.1956-cı il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş AZ seriyalı 137133 saylı, AZ seriyalı ******* saylı, AZ-T seriyalı 153029 saylı və AX-T seriyalı 149710 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh1 ilə Məmmədova (Abbasova) Teyyarə Abbas qızının birgə nikahlarından xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh3, 26.01.1962-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı və xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 120676 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 05.04.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 02.07.2021-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh3, 26.01.1962-ci il təvəllüdlü Cavabdeh4 və Cavabdeh2 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək. Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yaşamış, 05.04.2021-ci il tarixdə vəfat etmiş anaları X1 qalmış miras əmlakı qəbul etdiklərini, özlərindən başqa, miras qoyanın əri Cavabdeh1 da vərəsə olduğunu göstərmiş və Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 75, 48 saylı mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdirlər. İş materiallarına əlavə edilmiş 28.04.2021-ci il tarixli, 8İ-2407 reyest nömrəli və 28.04.2021-ci il tarixli, 8İ-2510 reyest nömrəli ərizələrin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 05.04.2021-ci ildə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 75, 48 saylı mənzildən onlara çatası miras paydan İddiaçı xeyrinə imtina etmişdirlər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 19 saylı Notariat ofisinin xüsusi notariusu X5 06.10.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh4, Cavabdeh3 və İddiaçı 05.07.2021-ci il tarixdə notariat ofisinə müraciət edərək 05.04.2021-ci il tarixdə vəfat etmiş X3 məxsus Bakı şəhəri,Yasamal rayonu,ünvan 3 ünvanında yerləşən 2(iki) otaqlı mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Miras qoyanın vərəsələri arasında miras əmlakın bölgüsünə dair mübahisə yarandığına görə "Notariat Haqqında"Azərbaycan Respublikası qanununun 40-cı maddədinin 1-ci bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi qərara alınmış və qərardan notariat ofisinin yerləşdiyi rayon məhkəməsinə şikayət vermək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsiində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini, ölümün qeydə edilmə faktını və mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində istifadədə olan 0.07222 ha torpaq sahəsində yerləşən 75 nömrəli binada yerləşən 42.13 kv.m ümumi, 29.33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 48 nömrəli mənzil tam tülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 869 nömrəli reyestr kitabının 80887 nömrəli vərəqində 24.01.2009-cu il tarixində qeydiyyata alınmışdır.Həmin əmlak birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilməlidir. X4 05.04.2021-ci il tarixdə vəfat etmiş, qeyd olunan daşınmaz əmlak ondan miras qalmışdır.Miras qoyanın birinci növbəli vərəsələri əri Cavabdeh1, övladları İddiaçı, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2dur. Cavabdeh1 və Cavabdeh2 notariat ofisinə ərizə ilə müraciət edərək, onlara çatası miras paydan İddiaçı xeyrinə imtina etmişdirlər. Digər birinci növbəli vərəsələr İddiaçı, Cavabdeh4 və Cavabdeh3 notariat ofisinə ərizə ilə müraciət edərək, onlara miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini xahiş etmişdirlər. Bakı şəhəri 19 saylı Notariat ofisinin xüsusi notariusu X5 06.10.2021-ci il tarixli qərarı ilə, miras qoyanın vərəsələri arasında miras əmlakın bölgüsünə dair mübahisə yarandığına görə "Notariat Haqqında" Azərbaycan Respublikası qanununun 40-cı maddədinin 1-ci bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddialar təmin edilməli, ilkin iddia üzrə İddiaçı, habelə, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 və Cavabdeh3 mərhum X1 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində istifadədə olan 0.07222 ha torpaq sahəsində yerləşən 75 nömrəli binada yerləşən 42.13 kv.m ümumi, 29.33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 48 nömrəli mənzili ½ hissəsinə miras əmlak kimi qəbul etmələri müəyyən edilməklə, həmin mənzilə dair İddiaçı 3/10 hissədə, Cavabdeh4 və Cavabdeh3 isə hər birinin 1/10 hissədə payları müəyyən edilməli, tərəflərə paylarına uyğun hissələrə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İlkin və qarşılıqlı iddia tələbi təmin edilsin. 05.04.2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində istifadədə olan 0.07222 ha torpaq sahəsində yerləşən 75 nömrəli binada yerləşən 42.13 kv.m ümumi, 29.33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 48 nömrəli mənzilə dair İddiaçı 3/10 (onda üç) hissədə, Cavabdeh4 və Cavabdeh3 isə hər birinin 1/10 (onda bir) hissədə payları müəyyən edilsin və həmin paylara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar