Məhkəmə qərarları › İş №2(004)-340/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-340/2024

17.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-340/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1945-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X1 ilə anası X2 birgə nikahından 5 övladı dünyaya gəlmişdir. Bayramov Ağaneymət, Bayramov Vidadi, (Bayramova) Hüseynova Leyla, (Bayramova) Ərizəçi və Bayramov Bəhram adlı övladları dünyaya gəlmişdir. X1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. O, Ərizəçi 2008-ci il tarixində nikaha daxil olmuşdur. Atası vəfat edənə kimi onun himayəsinə olmuşdur. Hazırda xəstə anası da uzun illərdir ki, onun himayəsindədir. O kəskin ürək-ağciyərağciyərin 1/3 hissəsinin fəaliyyətsizliyindən əziyyət çəkir. Belə ki, ağciyər çatışmazlığından əziyyət çəkdiyinə görə o sərbəst şəkildə hərəkət edə bilmir, özünə qulluq edə bilmir. Yatağından qalxan kimi kəskin tənginəfəslik və təzyiq problemləri yaranır. Ona yataq vəziyyətində maksimum hərəkətsiz şəkildə tərəfimdən qulluq edilir. Təbii ehtiyyaclarının qarşılanması üçün mütləq şəkildə kənar şəxsin köməyinə ehtiyyac duyur. Hər hansısa sənədləşmə işi üçün, hər hansısa onun iştirakı olan prosedurların həyata keçirilməsi üçün ya onun özünə ya da qəyyumuna ehtiyyac duyulur. Bütün bu qeyd edilənlərə əsasən də onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyən edilməsi zərurəti yaranmışdır. Bu səbəblə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Qoşmaya əlavə edilmiş 035439 saylı ölüm haqqında şəhadətnamənin surətindən də göründüyü kimi X1 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Qoşmaya əlavə edilmiş 384932 saylı nikah haqqında şəhadətnamədən də göründüyü kimi atası və anası 1963-cü il tarixində rəsmi nikaha daxil olmuşlar. Qoşmaya əlavə edilmiş 277066 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən də göründüyü kimi onun X10, anası isə Bayramova Balaxanımdır. Qoşmaya əlavə edilmiş Ərizəçi məxsus nikah haqqında şəhadətnamədən də göründüyü kimi nikah bağlandıqdan sonra soyadı Bayramovadan İbadullayevaya dəyişdirilmişdir. Qoşmaya əlavə edilmiş xəstəlik barədə sənədlərdən də göründüyü kimi anam kəskin olaraq ağciyərürək çatışmazlığından əziyyət çəkir. Qoşmaya əlavə edilmiş Yaşayış Yeri üzrə Qeydiyyat Haqqında arayışdan da göründüyü kimi anam və mən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Qeyd etdi ki, atası əlil olduğuna görə mənzil növbəsində qeydiyyatda olmuşdur. Atasından sonra həmin növbə qanunvericiliyə əsasən anasına keçir. Anası da hazırda xəstəlikdən əziyyət çəkdiyinə görə onun qəyyumu kimi çıxış edilməsi zəruridir. Müvafiq sənədlərin surətini qoşmaya əlavə edir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilərək, anası xx.xx.1945-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan: İ-ЖГ seriyalı, 277066 nömrəli doğum haqqında şəhadətnaməsinin notarial təsdiqli surətindən görünür ki, X6 xx xxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, X1, anası X3 qeyd olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 422855 saylı, 08 iyul 2015-ci il tarixli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, nikahdan sonra xx.xx.1970-ciil təvəllüdlü X4 “İbadullayeva” soyadı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçadan 31 oktyab 2023-cü il tarixli Çıxarışdan görünür ki, X3 ürək çatışmazlığınan əziyyət çəkir. Vəziyyəti ağırdı. Xəstə yataqdadır. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 1885 saylı, 28 iyun 2024cü il tarixli rəyindən görünür ki, X3 onda qeyd olunan “damar mənşəli demensiya (ağıl zəifliyi)” ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X3 Ərizəçi anası olduğundan, ərizəçi anasının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X2 “damar mənşəli demensiya (ağıl zəifliyi)” xəstəliyi olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X3 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1945-ci il tarixdə Abşeron rayonu, Şurabad kəndində anadan olan, ünvan 2 ünvanında qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar