Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3419/2021 06.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 3 saylı Bakı “ASAN” xidmət mərkəzində X4 ilə Cavabdeh1 arasında 23.11.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m yaşayış sahəsi 47 kv.m olan 3 otaqlı mənzilin bağışlanmasına dair müqavilənin etibarsız sayılaraq ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04 may 1996-cı il tarixdə X4 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan Nuriyyəxanım adlı, xx.xx.1999-cu il təvəllüdlü qızları var. 2018-ci il tarixdə iş üzrə Cavabdeh1 ona zəng edərək bildirmişdir ki, uşaqları, yəni iddiaçının nəvələri onun üçün darıxıb və iddiaçını evinə dəvət etmişdir. İddiaçı həmin dəvəti qəbul edərək qızının yaşadığı evə getmişdir. Qızı və nəvələri ilə ünisyyətdə olmuş, kürəkəni Seyfəlov Fərid, qızı və həyat yoldaşı ilə söhbət edərkən, iddiaçıdan Seyfəlov Fəridin yaşadıqları ünvan 2 ünvanında yerləşən mənzilə qeydiyyata alınmasına icazə verməsini xahiş etmişlər. Ona düşünmək üçün zaman vermədən hər şeyin hazır olduğunu, yalnız imzasının lazım olduğunu bildirmişlər. O, qızıgildə çay içdikdən sonra, əhvalında dəyişiklik hiss etmişdir. Huşunun getdiyini hiss etmişdir. Kürəkəninin evə qeydiyyata düşməsinə etiraz etməmişdir. Qızının yaşadığı ev Yasamal rayonunda yerləşən “ASAN” xidmətin arxasında yerləşdiyi üçün iddiaçı və cavabdehlər ora getmişlər. Orada cavabdehlər Seyfəlov Fəridin qeydiyyata düşməsi üçün hazır sənədləri imzalamağı təklif etmiş, iddiaçı isə inanaraq imzalamışdır. 2021-ci ilin əvvəlində birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair sənədlər toplayarkən iddiaçıya 2018-ci ildə qeydiyyata salmaq üçün deyil, evin bağışlanmasına dair sənəd imzaladığı məlum olmuşdur. İddiaçı qeyd edir ki, heçkimə, xüsusən də həyat yoldaşına ona məxsus əmlak üzərində sərəncam verməyə icazə verməmişdir. Həmin razılıq blankında şəklinin belə olmadığını əlavə etmişdir. İddiaçı əlavə cavabdehlərin cəlb edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət etmiş, X2 və 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Ofisinin cavabdeh kimi işə cəlb edilmələrinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbinin məzmununa uyğun izahat vermiş, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iştirak etməməklərinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdırıb təqdim olunmuş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbini əsaslandırdığı sübutlar mötəbər hesab edilmir. Məhkəməyə təqdim edilmiş sübutlar iddia tələbini təmin etmək üçün əsas deyil. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən müəyyən edilir ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh1 hədiyyə etmişdir. İş materiallarında olan 01.03.2021-ci il tarixli “Elektron notariat” X1 çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı arvadı Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60 kv/m, yaşayış sahəsi 47 kv/m olan 3 otaqlı mənzilin Cavabdeh1 bağışlanmasına etiraz etməmişdir. Çıxarış 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində tərtib edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-3419/2021 saylı, 03.05.2021-ci il tarixli qərardadına əsasən müəyyən edilir ki, iddianın təmin edilməsi tədbiri barədə ərizə təmin edilmiş, mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qasımzadə küçəsi, ev 1 ünvanında yerləşən 49 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. İş materiallarında olan 10 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən X3 məxsus əmlakın talanması faktı təsdiq olunmamış, tapsa belə, birgə təsərrüfatda olan əmlakın talanması qüvvədə olan cinayət qanunvericiliyinə əsasən özgənin əmlakını gizli yolla talaması kimi qiymətləndirilə bilməz. Toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 1(101)-466/2018 nömrəli hökmünə əsasən müəyyən edilir ki, Cavabdeh2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə təkrarən özgənin əmlakının hədə-qorxu ilə tələb edilməsi ilə təqsirləndirilmiş, Cavabdeh2 AR CM-nin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilməsi, CM-nin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq ona təyin edilmiş cəzanın şərti hesab edilməklə 2 (iki) il sınaq müddətinin müəyyən edilməsi hökm edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli əmlak tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra, İddiaçı razılığı ilə 23 noyabr 2018-ci il tarixli bağışlama müqaviləsi ilə Cavabdeh1 bağışlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Həmin Məcəllənin 339.4-ci maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. İddiaçı bağışlama müqaviləsindən xəbəri olmadığını bildirsə də, iş materiallarında onun 22 noyabr 2018-ci il tarixli razılıq ərizəsi mövcuddur və ərizə notariat kontoru tərəfindən təsdiqlənmişdir. Bundan başqa notarius tərəfindən tərəflər arasında qeyd edilən müqavilə bağlanarkən həmin müqavilənin bağlanmasında etibarsızlığa səbəb ola biləcək hər hansı qanun pozuntusuna yol verilməmiş, qeyd olunan mübahisəli mənzilə dair bağışlama müqaviləsi qanunvericiliyin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” tələblərinə əməl edilməklə rəsmiləşdirilmişdir. Həmçinin, iddiaçı onun tərəfindən verilmiş razılıq ərizəsinin etibarsızlığını və ya həmin ərizəni imzalamağa aldadıldığını sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 670.1ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin “sübutların qiymətləndirilməsi”ndən bəhs edən 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3419/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3419/2021
06.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver