Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3422/2023 21.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X1 qarşı "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20041609 nömrəli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə öhdəliyin icrasının Cavabdeh2 üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X1 qarşı "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20041609 nömrəli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə öhdəliyin icrasının Cavabdeh2 üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə onun arasında “İphone 11 Pro Max 64 DG Dual” markalı telefonun nisyə alqı-satqı haqqında xx.xx.2020-ci il il tarixli 20041609 saylı müqavilə formal və görüntü yaratmaq üçün bağlanıldığına görə, etibarsız hesab edilməsi və həmin müqavilə üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-595/2022 saylı qətnaməsi ilə 2.550 manat borcun, 45,50 manat ödənilmiş rüsumun "xxxx" MMC-nin xeyrinə tutulması öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması, bundan əlavə, hazırki iddia üzrə, dövlət rüsümü kimi ödədiyi 46 manat vəsaitin Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinin tələbinə uyğun olaraq, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Çünki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-595/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə ilk iddiası qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdeh İddiaçı 2.450 manat əsas, 100 manat cərimə, cəmi 2.550 manat borc, habelə ödənilmiş dövlət rüsumunun 45,50 manat hissəsinin əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmuşdur. İlk iddia qalan hissədə rədd edilmişdir. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “"xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20041609 nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-595/2022 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir və qətnamənin icrası İddiaçı üçün məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız olmasını sübut etməli idi. Lakin İddiaçı həmin müqaviləni formal və görüntü yaratmaq üçün bağlandığını, həmin müqavilə üzrə həqiqətdə "xxxx" MMC ilə onun arasında deyil, Cavabdeh2 adlı şəxs arasında öhdəlik münasibətlərinin yarandığını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. Onun mövqeyinin Cavabdeh2 tərəfindən təsdiq edilməsi və bu şəxsin İddiaçı tərəfindən qeyd edilən halları etiraf etməsi, habelə bu şəxsin xx.xx.2020-ci il tarixli müqavilənin bağlanmasında iştirak etməsi, müqavilənin onun xahişi ilə bağlanması, müqavilə bağlandıqdan sonra müqavilədə göstərilən telefonun onun tərəfindən götürülməsi və telefonun müqavilə üzrə müəyyən edilmiş dəyərinin onun tərəfindən ödənilməsi həmin müqavilənin etibarsız olmasına dəlalət etmir. Belə ki, hüquqi nəticə etibarı ilə "xxxx" MMC ilə İddiaçı arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı nisyə alqısatqı müqaviləsi bağlanmış və müqavilənin predmeti olan əşya məhz sonuncuya təhvil verilmişdir. Bununla bağlı aidiyyəti sənədlər də məhz İddiaçı tərəfindən imzalanmışdır. Müqavilə bağlandıqdan və əşya qəbul edildikdən sonra onun hər hansı başqa şəxsə verilməsi, habelə ödənişlərin cavabdeh deyil, üçüncü şəxs tərəfindən ödənilməsi də müqavilənin etibarsız hesab edilməsi üçün əsas yaratmır. Hər bir halda, qeyd edilən müqavilənin predmeti olan telefon "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilmiş və Cavabdeh2 bu telefonu "xxxx" MMC-dən deyil, həmin vaxt artıq onun qanuni sahibi olan İddiaçı təhvil almışdır. İddiaçı ilə Cavabdeh2 öz aralarında bu müqaviləni imzalayan, habelə müqavilənin predmeti olan telefonu götürən və müqavilə üzrə ödənişləri edən şəxs barədə razılığa gəlməsi həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas yaratmır. Hazırda İddiaçı iddia tələbində "xxxx" MMC ilə İddiaçı arasında “İphone 11 Pro Max 64 DG Dual” markalı telefonun nisyə alqı-satqı haqqında xx.xx.2020-ci il il tarixli 20041609 saylı müqavilə formal və görüntü yaratmaq üçün bağlanıldığına görə, etibarsız hesab edilməsini və həmin müqavilə üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-595/2022 saylı qətnaməsi ilə 2.550 manat borcun, 45,50 manat ödənilmiş rüsumun İddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması öhdəliyinin Cavabdeh2 üzərinə qoyulmasını tələb edir. Bu məbləğ məhkəmə qətnaməsi ilə tutulmalı olan borc məbləği olduğuna görə, İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-595/2022 saylı qətnaməsi qanuni qüvvəyə minmiş qətnaməsi ilə ondan tutulmalı olan 2.550 manat borc və 45,50 manat ödənilmiş rüsumu, həmçinin İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə başqa məhkəmə prosesində mübahisələndirilə və baxıla bilməz. Çünki, Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.2, 263-264, 268ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X1 qarşı "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20041609 nömrəli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə öhdəliyin icrasının Cavabdeh2 üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 46 (qırx altı) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3422/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3422/2023
21.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver