Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3436/2021 15.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin çıxarışının alınması üçün tələb olunan sənədlərin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin çıxarışının alınması üçün tələb oluanan sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə 30.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 593-cü məhəllə 2 nömrəli evin 91 nömrəli mənzilinə dair Daşınmaz Əmlakın Reyestri Xidmətindən mənzilin çıxarışını və texniki pasportunun alınması üçün Cavabdeh Mənzil-Tikinti Koopertivindən yaşayış binasının istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının aktının, mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışı), mənzilin texniki göstəricilərinə dair texniki sənədin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası 15.07.2021-ci il tarixə saat 11:00-a təxirə salınmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmiş və “AZEMİS” vasitəsilə tərəflərin mobil telefon nömrələrinə SMS bildirişləri göndərilmələ məlumat verilmişdir. Lakin tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin çıxarışının alınması üçün tələb olunan sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3436/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3436/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver