Məhkəmə qərarları › İş №2(004)-3438/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3438/2020

16.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3438/2020 16.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Cəbrayılov Rəşad Vəkil oğlunun iştirakı ilə, Ərizəçi Qürbətova Aygün Möhübbət qızının maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Qürbətova Aygün Möhübbət qızı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2001ci il təvəllüdlü oğlu X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Qürbətova Aygün Möhübbət qızının nümayəndəsi və vəkili məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirir ki, ərizəçinin xx.xx.2001-ci il təvəllüdlü oğlu X6 psixi xəstəlikdən əziyyət çəkir. Uşaq yaşlarından onda xəstəlik olmuş, uzun müddət aldığı müalicələrin nəticəsi olmamışdır. Özünü idarə etmək qabiliyyətində olmadığı üçün Əhməd daimi olaraq anasının nəzarətində olmuşdur. Əhmədin 18 yaşı tamam olduqda həkim komissiyası tərəfindən yenidən müayinə olunmuş və həkimlər tərəfindən ona “qulluq və müalicə tələb edən ciddi davranış pountusu, ağır dərəcəli kəmağıllılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə kənar şəxslərin himayəsinə ehtiyac var” diaqnozu qoyulmuş və birinci dərəcəli əlillik verilmişdir. Əhməd ümumiyyətlə danışmağı bilmir, öz hərəkətlərini ölçüb-biçmək, özünü idarə etmək iqtidarında deyil. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə X3 Ambulator Məhkəmə-Psixiatrik və Ekspertizasının xx.xx.2020-ci il tarixli 2159 saylı rəyinə əsasən X5 ağır dərəcəli kəmağıllıq, nitq və davranış pozuntuları müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan olması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərən geri qalması, nitqinin inkişaf etməməsi, gec yeriməyə başlaması, əqli geriliklə əlaqədar psixiatrik qeydiyyata düşməsi, ona müvafiq müalicələr təyin edilməsi, həmçinin əqli geriliklə əlaqədar məktəbdə oxumaması, Bakı şəhəri 2 saylı X2 stasionar müayinədə olaraq onda “ağır dərəcəli kəmağıllıq, nitq və davranış pozuntuları ilə” diaqnozunun müəyyən edilməsi, hərbi xidmətdən azad edilməsi, psixi vəziyyəti ilə əlaqədar İ qrup əlil olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin qeyri-aydın və tək-bir sözlərdən ibarət olması, yaddaşının və intellektinin inkişafdan xeyli geri qalması, nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Bunları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X4 onda müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə qeyd edir ki, ərizəçi X4 yaxın qohumu – anasıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X4 psixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci,319, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Qürbətova Aygün Möhübbət qızının ərizəsi təmin edilsin. xx.xx.2001-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar