Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3440/2020 06.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın, icarə müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin əmlaka dair İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi” tələbinə dair iddiası üzrə mülki işin müstəsna aidiyyat qaydasında baxılması üçün Qax rayon Məhkəməsinə göndərilməsinə dair Cavabdeh1 nümayəndəsi və vəkili X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın, icarə müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin əmlaka dair İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 arasında Qax rayonu Azərbaycan prospekti 2F ünvandakı əmlak kompleksinə dair Cavabdeh3ndə xx.xx.2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2017-ci il tarixli RX ******* nömrəli çıxarışın, Cavabdeh1 ilə “xxxxxxxxxxxxxx” MMC arasında Qax rayonu Azərbaycan prospekti 2F ünvandakı əmlak kompleksinə dair xx.xx.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin əslində nəzərdə tutduqları alqı-satqı müqaviləsinə aid qaydaların tətbiq edilərək, Cavabdeh2 və İddiaçı arasında Qax rayonu Azərbaycan prospekti 2F ünvandakı əmlak kompleksinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin əmlaka dair İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili X2 məhkəmə iclasında vəsatət verərək bildirdi ki, xx.xx.2017-ci il tarixli RX ******* nömrəli çıxarışa əsasən Qax rayonu Azərbaycan prospekti 2F ünvandakı əmlak kompleksi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Hazırkı mübahisə Qax rayonu Azərbaycan prospekti 2F ünvandakı əmlak kompleksinə dair alqısatqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş çıxarışın, həmçinin icarə müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin əslində nəzərdə tutduqları alqı-satqı müqaviləsinə aid qaydaların tətbiq edilərək, Cavabdeh2 və İddiaçı arasında Qax rayonu Azərbaycan prospekti 2F ünvandakı əmlak kompleksinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin əmlaka dair İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsindən ibarət olduğuna, yəni tikintiyə mülkiyyət hüququnun tanınmasından ibarət olduğuna görə Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, mülki iş müstəsna aidiyyət qaydasında Qax rayonu Azərbaycan prospekti 2F ünvandakı əmlak kompleksi kimi müəssisənin olduğu yer üzrə baxılması üçün Qax rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, mülki iş müstəsna aidiyyət qaydasında baxılması üçün Qax rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X1 vəsatətinin təmin edilməsinə etiraz etmədi. Cavabdeh2 məhkəməyə ərizə göndərək, mülkiyyətində olan Qax rayonu Azərbaycan prospekti 2F ünvandakı əmlak kompleksini İddiaçı satdığını, Cavabdeh1 tanımadığını, iddia ərizəsini aldıqdan sonra sonra müqaviləyə əsasən Cavabdeh1 satdığının göstərildiyini öyrənmişdir. Hazırkı mübahisənin ona aidiyyətı yoxdur. Odur ki, işə onun iştirakı olmadan baxılması xahiş etmişdir. Cavabdeh3nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, onların nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədlərini araşdırıb hesab edir ki, məhkəmə baxışı zamanı mülki işin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunduğuna görə, hazırkı iş Azərbaycan Respublikası MPM-in 39.1, 44.2.2-ci maddələrinin tələbinə uyğun olaraq Qax rayonu Azərbaycan prospekti 2F ünvandakı əmlak kompleksi kimi müəssisənin olduğu yerə görə müstəsna aidiyyat qaydasında baxılması üçün Qax rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı iddia tələbi - Cavabdeh2 və Cavabdeh1 arasında Qax rayonu Azərbaycan prospekti 2F ünvandakı əmlak kompleksinə dair Cavabdeh3ndə xx.xx.2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2017-ci il tarixli RX ******* nömrəli çıxarışın, Cavabdeh1 ilə “xxxxxxxxxxxxxx” MMC arasında Qax rayonu Azərbaycan prospekti 2F ünvandakı əmlak kompleksinə dair xx.xx.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin əslində nəzərdə tutduqları alqı-satqı müqaviləsinə aid qaydaların tətbiq edilərək, Cavabdeh2 və İddiaçı arasında Qax rayonu Azərbaycan prospekti 2F ünvandakı əmlak kompleksinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin əmlaka dair İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi haqqında iddia olmaqla, müstəsna aidiyyət qaydasında tikilinin olduğu yerdə Qax rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialartikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 39.1, 44.2.2, 263‑264, 266- 268‑ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “Cavabdeh2 və Cavabdeh1 arasında Qax rayonu Azərbaycan prospekti 2F ünvandakı əmlak kompleksinə dair Cavabdeh3ndə xx.xx.2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş RX ******* nömrəli çıxarışın, Cavabdeh1 ilə “xxxxxxxxxxxxxx” MMC arasında Qax rayonu Azərbaycan prospekti 2F ünvandakı əmlak kompleksinə dair xx.xx.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin əslində nəzərdə tutduqları alqı-satqı müqaviləsinə aid qaydaların tətbiq edilərək, Cavabdeh2 və İddiaçı arasında Qax rayonu Azərbaycan prospekti 2F ünvandakı əmlak kompleksinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin əmlaka dair İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş, müstəsna aidiyyət qaydasında Qax rayonu Azərbaycan prospekti 2F ünvandakı əmlak kompleksi kimi müəssisənin olduğu yerə görə baxılması üçün Qax rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3440/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3440/2020
06.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver