Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3444/2021 16.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 30.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun və Maqerramova Minavvar-Khanum Eynulla qızı arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, 23 yanvar 2018-ci il tarixdə Bakı şəhəri 21 saylı XNK-da Cavabdeh ilə onun və Maqerramova Minavvar- Khanum Eynulla qızı arasında kredit müqaviləsi bağlanmışdır. Belə ki, Cavabdeh ilə Minavvar-Khanum Magerramova arasında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı borc münasibətləri yaranmışdır. X1 Nəcəfova 7000 manat borcu olmuş və ona əlavə 3000 manat da pul lazım olmuşdur. Cavabdeh bildirmişdir ki, ona bu şərtlə 3000 manat da əlavə borc verə bilər ki, o, 10000 manata dair kredit müqaviləsi bağlasın və kimsə ona 3000 manata zamin dursun. Daha doğrusu, 10000 manat kredit müqaviləsini Minavvar-Khanum Magerramovadan başqa daha bir şəxs imzalasın. Minavvar-Khanum Magerramovanın xahişi ilə o da kredit müqaviləsini imzalamağa razılaşmışdır. Həmin vaxt o, bir hüquqşünas kimi Minavvar-Khanum Magerramovaya hüquqi işlərində köməklik etmişdir. Aralarında birbirinə inam olmuşdur. Belə ki, o onu Türkiyədə otelləri və biznesi olduğuna, tezliklə ona külli miqdarda pul gələcəyinə və o həm kredit borcunu ödəyəcəyinə, həm də ona əlavə hörmət edəcəyinə inandırmışdır. O eyni zamanda cavabdeh Qafar Nəcəfəovla da onun 10000 manatlıq kredit müqaviləsini imza etməyinə baxmayaraq, yalnız indi nağd verilən 3000 manata cavabdehlik daşıması barədə razılaşmışdır.Sonradan Minavvar-Khanum Magerramova kredit müqaviləsini ödəyə bilməyəndə Cavabdeh onun zamin durduğu 3000 manatı ondan tələb etməyə başlamışdır. O, da məcbur olub 2018-ci ilin mart ayında valideynlərindən bir dəfə 2000 manat, bir dəfə də 1000 manat almış, şəxsən Cavabdeh dostu Aqillə birlikdə vermişdir. Qafar artıq ona qarşı iddiasının olmayacağına dostu Aqilin yanında söz vermişdir. Lakin bir müddət keçmiş bilmişdir ki, Cavabdeh Minavvar-Khanum Magerramovanın Bakı şəhərində qeydiyyatı olmamasına görə onun qeydiyyatda olduğu Nərimanov rayon məhkəməsində ona və Minavvar-Khanum Magerramovaya qarşı iddia qaldırmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, qeyd olunan müqavilə notariusda bağlanan zaman onun da imza etməyinə baxmayaraq Minavvar-Khanum Magerramovaya 10000 manat deyil, Cavabdeh 3000 manat pul vermişdir ki, bu da müqavilənin 10000 manata dair bağlanmasının formal xarakter daşıdığını göstərir. Bundan əlavə, notariusda verilən 3000 manat pul onun tərəfindən Cavabdeh ödənildiyi üçün, Cavabdeh Minavvar-Khanum Magerramovanın ödəməli olduğu qalan 7000 manatı da ondan tələb etməsi tam əsassızdır. Lakin hazırda 2500 manat ödəməyə razıdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddianı qəbul etmir. İddiaçı ilə aralarında kredit müqaviləsi bağlanmışdır. Buna əsasən də o, pulunu tələb edir. Bu məsələ ilə bağlı Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi vardır və həmin iş artıq icra mərhələsindədir. İddiaçının 2500 manat ödəmək təklifi ilə razı deyil. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı və Magerramova Minavvar- Khanum Eynulla qızı arasında 23.01.2018-ci il tarixdə 21 saylı Notariat kontorunda bağlanmış kredit müqaviləsinin surətinə əsasən Nəcəfov X3 Elxan Vüqar oğlu və Magerramova Minavvar-Khanum Eynulla qızına 23.02.2018-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz 10000 manat borc vermişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-3541/2018 saylı, 07.08.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı və Magerramova Minavvar-Khanum Eynulla qızından müştərək qaydada 10000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İşin mübahisələndirilən halı odur ki, iddiaçı cavabdeh qarşısında 10000 manat məbləğində deyil, 3000 manat borca cavabdehlik daşıdığını bildirir. Məhkəmə qeyd edir ki, iddiaçı əqdin etibarsız sayılması üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, qanuni qüvvəyə minmiş Nərimanov rayon Məhkəməsinin 2(005)-3541/2018 saylı, 07.08.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və Magerramova Minavvar-Khanum Eynulla qızından müştərək qaydada 10000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul iddiaçı Cavabdeh xeyrinə tutulmuşdur. Qanunvericiliyin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı 23.01.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3444/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3444/2021
16.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver