Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3456/2025 19.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixli № 24200 nömrəli “Bağın İcarəyə verilməsinə haqqında müqavilə”nin xx.xx.1926-cı il tarixində anadan olmuş və xx.xx.1996cı il tarixində vəfat etmiş mərhum atası X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1957-ci il tarixində anadan olmuşdur və hal-hazırda öz ailəsi ilə birlikdə qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşayır. Ərizəçi bildirmək isdəyir ki, mərhum atası Əhmədov Sahibşah (Ölüm haqqında şəhadətnamədə səhvən Sayıbşah yazılıb) Nizaməddin oğlu xx.xx.1926-cı il tarixində anadan olmuş və xx.xx.1996-cı il tarixində vəfat etmişdir. Mərhum atasının adına Ləhiş Bağılarında 0.12 ha Torpaq sahəsi mövcuddur və buna dair xx.xx.1992-ci il tarixli № 24200 nömrəli Bağın İcarəyə verilməsinə haqqında müqavilədə bağlanmışdır. Həmin bağın nömrəsi isə 2545 nömrəli olmuşdur. Hazırda da həmin bağ sahəsi ərizəçinin istifadəsindədir. Mərhum atası vəfat etdikdən sonra bağ sahəsinə dair vərəsəlik işinin açılması və bağ sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı ilkin olaraq 36 saylı Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisi məktub yazaraq arayışın verilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i, DƏDK-ı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə rəsmi müraciət etmişdi. Lakin maraqlı şəxs imtina məktubu verdi və imtinasının əsası bağların bölgüsündə uyğunsuzluq olması və müqvilədə hüquq sahibinin (yəni mərhum atasının) adının Sahibşah, notariat ofisinin məktubunda is Sayıbşah kimi qeyd edilməsi olmuşdur. Ərizəçi bildirir ki, ölüm haqqında şəhadətnamədə mərhum atasının adının Sayıbşah yazılması səbəbindən Notariat ofisi atasının adını elə qeyd etmişdir. Maraqlı şəxs yalnız məhkəmənin sənədin eyni şəxsə məxsus olması ilə bağlı qərarının olduğu təqdirdə ərizəmə yenidən baxılmasının mümkün olduğu bildirilmişdir. Qeyd edilənlərə əsasəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, xx.xx.1992-ci il tarixli № 24200 nömrəli Bağın İcarəyə verilməsinə haqqında müqavilənin Notariat Ofisinin yazdığı məktubda və ölüm haqqında şəhadətnamədə yazılmış X3 ilə eyni şəxs olması və sənədin xx.xx.1926-cı il tarixində anadan olmuş və xx.xx.1996-cı il tarixində vəfat etmiş mərhum atası X2 məxsus olması faktı təsdiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Oktyabrskiy (Yasamal) rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1971-ci il tarixli, İ-ЖГ seriyalı 277270 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X4, ana qrafasında İbrahimova Validə göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1957-ci il tarixdə 678 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.1997ci il tarixdə verilmiş V-ЖГ seriyalı, 261219 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1996-cı il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 864 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.1992-ci il tarixli № 24200 nömrəli Bağın İcarəyə verilməsi haqqında müqaviləyə əsasən Ləhiş qəsəbəsində 0.12 ha bağ sahəsi X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli Bildirişdə qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ərazisində yerləşən 2545 saylı torpaq sahəsi üzərində hüquqların miras qoyan X2 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli ərizəyə baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilmişdir ki, ərizəçi tərəfindən şərti olaraq göstərilən torpaq sahəsinin yerləşməsi İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməklə digər bağların ərazisinə uyğun gəlir. Bundan başqa, təqdim olunmuş sənədlər arasında hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim olunmuş müqavilədə hüquq sahibinin adı “Sahibşah”, notariat ofisinin məktubunda isə “Sayıbşah” qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən 100 manat məbləğində dövlət rüsumu Ərizəçi tərəfindən məhkəmənin hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən tərəfin izahatı, təqdim edilmiş rəsmi sənədlərlə-xx.xx.1992-ci il tarixli № 24200 nömrəli Bağın İcarəyə verilməsi haqqında müqavilənin X2 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və xx.xx.1992-ci il tarixli № 24200 nömrəli Bağın İcarəyə verilməsi haqqında müqavilənin X2 məxsus olmasını başqa qaydada müəyyən edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1992-ci il tarixli № 24200 nömrəli “Bağın İcarəyə verilməsi haqqında müqavilə”nin X2 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3456/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3456/2025
19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver