Məhkəmə qərarları › İş №2(004)-3496/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3496/2022

02.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3496/2022 02.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X17 oğlunun katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili X2 Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci ildə Bakı şəhəri 53 saylı xüsusi notariat ofisində etibarnamə əsasında onun adından çıxış etmiş Cavabdeh2, alıcı kimi Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə Kafis oğluyla bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh2, alıcı kimi Nümayəndə Kafis oğlundan 150000 Azn məbləğində mənəviz ziyanın müştərək şəkildə tutularaq cavabdeh İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, valideynlərindən miras qalmış və Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən çıxarış verilməklə xüsusi mülkiyyətinə verilmiş mənzil Səbail rayonu, İçərişəhər, Vəli Məmmədov küçəsində yerləşir. Mənzilin ümumi sahəsi 75.9 kvadratmetrdir. Atası, anası, qardaşı və bacısının vəfatından sonra dərin psixoloji gərginlik keçirməklə spirtli içkilərdən müntəzəm olaraq suiistifadə etmişdir. Nəticədə həyata normal münasibəti pozulmuş, içki aludəçisi olmuşdur. Bu vəziyyətindən istifadə edən İsmayıllı rayonunun Soltankənd kəndində qeydiyyatda olan Cavabdeh2 və Nümayəndə Kafıs oğlu, X8 və Cavabdeh1 qabaqcadan razılığa gələrək ona məxsus mənzili satmaq üçün planlar qurmuşlar. Həmin vaxtda yəni 2018-ci ildə sağlamlığı o dərəcədə pozulmuşdu ki, sərbəst hərəkət etmək iqtidarında olmamışdır. Spirtli içkilər qəbul etməklə gününü keçirmişdir. İlkin olaraq Cavabdeh2 onu dilə tutaraq, müalicə olunmaq, mənzilin onun adına keçirilməsi üçün ona etibarnamə verməyini xahiş etmişdir. Maddi baxımdan çox ehtiyacı olduğundan və səfil həyat tərzi keçirdiyindən onun sözlərinə inanmış və etibarnamələr vermişdir. Vərəsəliklə əlaqədar olaraq Bakı şəhəri 46 saylı Xüsusi Notariat ofisində iş açılmış və başa çatdırılmamışdır. Etibarnamə verməyi üçün Bakı Asan xidmət Mərkəzinə Cavabdeh2 və başqalarının müraciət etməsinə baxmayaraq sərxoş vəziyyətdə olduğundan etibarnamə verilməsindən imtina edilmişdir. Cavabdeh2 və digərləri özlərinə münasib olan notariat ofisində sərxoş olmağına baxmayaraq etibarnamə alınmışdir. Lakin vərəsəliklə əlaqədar problem yarandığından əməliyyat, yəni alqı-satqı müqaviləsinin bağlanması gecikmişdir. 18 saylı notariat ofisində vərəsəliyin mirasın qəbulundan qanunla müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq, bu müddətin keçməsinin üzürlü hesab edilərək vərəsəliyin verilməsinin yalnız məhkəmənin səlahiyyətinə aid olmasına baxmayaraq, 18 saylı notariat ofisində bu problem həll edilmişdir. Mənzilin alqı-satqısı isə Bakı şəhəri 53 saylı notariat ofisində həyata keçirilmişdir. Beləki, 6 avqust 2018-ci il tarixdə notarius Səma Əfəndiyeva mülkiyyətçinin müraciəti, yəni ərizəsi olmadan elektron informasiya sisteminə girərək alqısatqı həyata keçiriləcək mənzil barədə, yəni onun yüklü olub olmaması haqqında məlumatlar toplamış, mənzilin satılması üçün razılaşdırılmış 174.000 AZN pul məbləğinin 53 saylı notariat ofisinin depozit hesabına keçirilməsi üçün Muğan Bankın müvafiq filialına rəsmi müraciət edilmiş və həmin pul məbləği hesaba keçirilmişdir. Lakin alqı- satqı müqaviləsi 7 Avqust 2018-ci ildə bağlanmışdır. Mülkiyyətçinin razılığı olmadan müqavilə bağlanmasından bir gün əvvəl pul əməliyyatının və digər hərəkətlərin edilməsi qabaqcadan düşünülmüş planın nəticəsi kimi qiymətləndirilməlidir. Mənzilin alqısatqısında onun etibarnaməsi əsasında satıcı kimi Cavabdeh2, alıcı kimi isə Cavabdeh1 etibarnaməsi əsasında nümayəndəsi Nümayəndə iştirak etmişdir. Bütün bu əməliyyatlardan xəbəri olmamışdır. Halbuki, etibarnamə versə də (mənasını dərk etmədən) onun iştirakı tələb olunmamışdır. Nəzərə alsaq ki, ortada yüksək məbləğdə pul vardır. Əməliyyat zamanı alıcının da etibarnamə üzrə başqa şəxsin çıxış etməsi, Cavabdeh2, Nümayəndə, Cavabdeh1 və digərlərinin əlbirliyi, qanunsuz niyyətlərinin həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Alqı-satqı nəticəsində əldə edilmiş 174.000 AZN pul məbləğini görməmişdir və həmin pul Cavabdeh2 etiraf etdiyi kimi onda olmuşdur. İddiaçıya məxsus mənzilin və içərisində olan qiymətli əmlakın satılması xəbərini İçərişəhərdən tanıdığı polis sahə inspektorundan eşitmişdir. Hətta o, bu münasibətlə iddiaçını təbrik etmişdir. Bildirir ki, o, Cavabdeh2 etibarnamələri mənzil satmaq niyyəti ilə yox ona inanaraq hər hansı sənədləşmə aparılması üçün vermişdir. O isə qabağcadan əlbir olduğu bir qrup şəxslə qısa zaman ərzində xüsusi mülkiyyətində olan mənzili satmışdır. Nəticədə o, küçələrdə qalır. Hazırda sərxoşluq kimi pis vərdişlərdən uzaqdır, sağlamlığı bərpa olunmuş və aldadıldığını dərk etmişdir. Cavabdeh2 və onun əlbir olduğu vəzifəli şəxslərin 18,46,53 saylı notariat ofislərinin müvafiq notariuslarının və digər şəxslərin köməyi ilə konstitusiyada təsbit olunmuş mənzil, xüsusi mülkiyyət, vərəsəlik hüquqları pozulmuşdur. Bildirir ki, qeyd etdiyi dəstənin cinayətkar məqsədi barədə müntəzəm olaraq müraciət etməyinə baxmayaraq hüquq-mühafizə orqanları tərəfindən heç bir tədbir görülməmişdir. xx.xx.2018-ci ildə Bakı şəhəri, 53 saylı xüsusi notariat ofisində bağlanmış alqı-satqı müqaviləsi saxta niyyətlə bağlandığına aldadıldığına və qanunsuz olduğuna habelə həyat şəraitinin bərpa edilməz dərəcədə ağırlaşdığına, konstitusion hüquqları pozulduğuna görə etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, o Rauf adlı adamı tanımır, alqısatqıda iştiak etməmişdir. Həmin ev 6 ay satıla bilməzdi. Pulu notariusun hesabına keçirmiş, sabahı da alqı-satqı etmişlər. Notarius evin həmin qiymətə satılmağını necə bilərdi. Bu alq-satqı qanunsuzdur. Onun evi satmaq niyyəti olmamışdır. Həmin evdə onun qardaşının payı olmuşdur. Notarius qardaşını vərəsə kimi tanımamışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, vərəsəlik şəhadətnaməsini kimin aldığını bilmir, evini satmaq niyyəti olmamışdır. Rauf adlı şəxs ona 1000 manat beh verməmişdir. Pulun əvəzin seyfində saxlanılmsı səbəbini bilmir. əvəzin kimllərəsə pul verməsindən xəbəri yoxdur. Rusiyada İlqarın evində qlamış, lakin ona pul verməmişdir. Sürücülük vəsiqəsi yoxdur və maşın sürməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Onlar heç bir qanunsuz alqı-satqı etməmişlər, bu işdə tərəf olmalı deyillər. İddiaçı yalan danışır. İddiaçı nə demək istədiyini özü də bilmir, dediklərini dəfələrlə özü yalanlamışdır. İddiaçı 2 dəfə evini satmaq üçün müraciət etmişdir. İddia tələbinin rədd olunması haqqında qatnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Nümayəndə məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etmədiyin, heç bir qanunsuz alqı-satqı etmədiklərini bildirmiş və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, tam yadında deyil, ola bilər ki, notariusa gec getdiklərindən pulu notarius kassasına qoymuş, səhəi gn alqı-satı etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 oğuna və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 53 saylı Notariat Kontoruna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin ünvan 1 ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, Cavabdeh2 isə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən 3-cü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2018-ci ildə vəfat etmiş X9 vərəsəsi İddiaçı Bakı şəhəri, Səbail, V.Məmmədov, ev 11, mən.2 olan miras əmlakdan pay almalıdır. Qalan ¾ hissə İddiaçı mülkiyyətindədir. Şəhadətnamə verilən miras əmlak ƏMDK-in yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X12 verilmiş çıxarışa əsasən ünvan 3əşən ümumi sahəsi 75,9 kv m olan mənzilin ¼ hissəsindən ibarətdir. İş materiallarında olan notariat işindəki xx.xx.2018-ci il tarixli satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış müqvilədən görünür ki, satıcı ünvan 3əşən ümumi sahəsi 75,9 kv m olan mənzili 174000 manata Cavabdeh1 satmışdır. Müqaviləni İddiaçı əvəzinə Cavabdeh2, Cavabdeh1 əvəzinə Nümayəndə imzalamışdır. Notariat işində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriya nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail, V.Məmmədov, ev 11, mən.2 X10 xüsusi mülkiyyəti kimi xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Notarian işində olan İddiaçı adından İsmayıllı rayonu, Soltankənd kəndi ünvanında qeydiyyatda olan X16 tərəfindən ünvan 2 ünvanladığı ərizədən görünür ki, o ünvan 3əşən mənzili satmaq istədiyini bildirmiş və bununla əlaqədar olaraq həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. Notariat işində olan xx.xx.2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, mənzil İddiaçı mülkiyyətindədir və mənzil üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Notariat işində olan xx.xx.2018-ci il tarixdə satıcı İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş ərizədən görünür ki, onlar ünvan 3əşən mənzilin 174000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini “Alıcı” öz üzərinə götürür. Alıcı bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul olunmasını, satıcı isə həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra notariusun depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir. Ərizə İddiaçı əvəzinə Cavabdeh2 və Cavabdeh1 əvəzinə Nümayəndə tərəfindən imzalanmışdır. Notariat işində olan notarius X5 tərəfindən MuğanBank ASC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, X1 Aysel Fərhad qızının adından Nümayəndə tərəfindən alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 174000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq olunduqdan sonra, məktubu əsasında İddiaçı adından Cavabdeh2 verilməsi üçün bankda olan depozit hesabına köçürülməsini xahiş etmişdir. Notariat işində olan xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə 174000 manat məbləğində pulu X3 məxsus depozit hesabına ödəmişdir. Notariat işində olan xx.xx.2018-ci il tarixli AR-İ № 633850 seriya nömrəli etibarnamədən görünür ki, İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün ədləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, miras qəbul etməyi və ya ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, qiymətli kağızları, sənədləri almağı, ona məxsus hesabdan pul götürməyi, pul qoymağı və s. hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. Etibarnamə 2 ay müddətinə verilmiş və xx.xx.2018-ci il tarixədək qüvvədə olduğu göstərilmişdir. Notariat işində olan xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 lazımi idarə və orqanlarda, bankda o cümlədən notariat kontorunda onu təmsil edərək, adına daşınmaz əmlak almağı, bank əməliyyatları aparmağı, buna dair alqı-satqı müqaviləsini, bölgü sxemini və digər lazımi sənədləri imzalamağı, müqaviləni ƏMDKY DƏDRX Əİ-nə təqdim etməyi, ona çatası çıxarış, t/pasport və s. almağı, ərizə yazmağı, imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi Nümayəndə etibar etmişdir. Etibarnamə 3 ay müddətinə verilmiş və xx.xx.2018-ci il tarixədək qüvvədə olduğu qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən İçərişəhər Dövlət Tarix- X7 Heyətinin sədrinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, İddiaçı ona məxsus V.Məmmədov, ev 11, m.2 üünvanında olan ona məxsus əmlakı 176000 manata satdığını bildirmiş, əmlakı almaq barədə niyətlərinin olub-olmamasını bildirməklərini və notarial kontora təqdim etmək üçün Forma №2 arayışının verilməsini xahiş etmişdir. İş materiallarında olan İçərişəhər Dövlət Tarix-X7si tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, idarə İddiaçı mülkiyyətində olan İçərişəhər, V.Məmmədov küçəsi, ev 11, m.2 ünvanında yerləşən daşınmaz əmlakın–yerli əhəmiyyətli memarlıq abidəsinin ona aid olan hissəsinin satılması barədə xx.xx.2018-ci il tarixli ərizəsinə baxıldığını və həmin hissəni 174000 manata almaqdan imtina etdiklərini bildirmişlər. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 27 iyun 2018-ci il tarixdə Cavabdeh2 vermiş olduğu etibarnamə əsasında sonuncu 07 avqust 2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən mənzil Cavabdeh1 174000 manata satılsa da, Əliyev X13 Əvəz Əli oğlu və X8 tərəfindən aldadılmaqla mənzilin satılmasını bildirmişdir. Toplanmış materialdan da göründüyü kimi tərəflər arasında münasibətlər mülki xarakterli münasibətlərdir. Toplanmış material üzrə cinayət hadisəsi baş vermədiyindən və Cavabdeh2 və X4 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə işin faktiki hallarını araşdırıb, təqdim olunmuş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh2 onun adından müəyyən hərəkətləri etmək, həmçinin ona məxsus daşınmaz əmlakla bağlı sərəncam vermək barədə xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixədək etibarnamə vermiş, Cavabdeh2 da həmin etibarnamə əsasında cavabdehə məxsus əmlakı alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh1 satmışdır. Əmlak satılarkən etibarnamə qüvvədə olmuş, alqı-satqı müaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, müqavilənin şərtləri qanunvericiliyin tələblərinə müvafiq olaraq müəyyən edilmişdir. Cinayət işinin başlanılmasının rədd ediləmsi haqqında qərarda da müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verməmiş və Cavabdeh2 və X4 əməlində cinayət tərkibi olmamışdır. Məhkəmə qeyd edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən, iddiaçı tərəfindən iddia tələbinin əsaslandığı hallar sübuta yetirilə bilmədiyindən, həmçinin mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının tələbi əsaslı olsa belə Mülki Məcəllədə əqdlərin etibarsızlığı üçün müəyyən edilmiş 1 illik müddət iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iddiaçı aldatma halına istinad etmişdir ki, bu hal da əqdi mübahisələndirməyə əsas verir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İş materiallarından da göründüyü kimi müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmış və iddiaçının da bundan xəbəri olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının mənəvi ziyanla bağlı tələbi də əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu onlara aid olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı xx.xx.2018-ci il Bakı şəhəri, 53 saylı xüsusi notariat ofisində etibarnamə əsasında onun adından çıxış etmiş Cavabdeh2, alıcı kimi Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə Kafis oğluyla bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh2, alıcı kimi Cavabdeh1 etibarnamə ilə nümayəndəsi Nümayəndə Kafis oğlundan 150 000 AZN məbləğində mənəvi ziyanın müştərək şəkildə tutularaq cavabdeh İddiaçı verilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar