Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2412/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi 18.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 fevral 2023-cü il tarixli, 2(103)1193/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 18 iyul 2023-cü il tarixdəAli Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 21 iyul 2018-ci il ta rixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, 25 mart 2018-ci ildə vəfat etmiş X1 vərəsəsi İddiaçı Bakı şəhəri, Səbail rayonu, V.Məmmədov küçəsi, 11 saylı evin 2 saylı mənzilindən miras pay almalıdır. Qalan ¾ hissə İddiaçı mülkiyyətindədir. Şəhadətnamə verilən miras əmlak Reyestr Xidməti tərəfindən 14 iyun 2006-cı il tarixdə X2 verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Səbail, V.Məmmədov, 11 saylı evin 2 saylı mənzilin ¼ hissəsindən ibarətdir. 07 avqust 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, V.Məmmədov, 11 saylı evin 2 saylı mənzilini 174.000 manata Cavabdeh1 satmışdır. Müqaviləni X əvəzinə Cavabdeh2, Cavabdeh1 əvəzinə isə Nümayəndə imzalamışdır. “Cina yət işinin başlanılmasının rədd edilməsi haqqında” 17 may 2022-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 27 iyun 2018ci il tarixdə Cavabdeh2 vermiş olduğu etibarnamə əsasında sonuncu 07 avqust 2018-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 11 saylı evin 2 saylı mənzili Cavabdeh1 174.000 manata satılsa da, İddiaçı Cavabdeh2 və X tərəfindən aldadılmaqla mənzilin satılmasını bildirmişdir. Toplanmış materialdan da göründüyü kimi tərəflər arasında münasibətlər mülki xarakterli münasibətlərdir. Toplanmış material üzrə cinayət hadisəsi baş vermədiyindən, Cavabdeh2 və X əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəmə sində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh2 (bundan sonra cavabdehlərə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 avqust 2018-ci ildə Bakı şəhəri, 53 saylı xüsusi notariat ofisində etibarnamə əsasında onun adından çıxış etmiş Cavabdeh2, alıcı kimi Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndəla bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 və alıcı kimi Nümayəndə 150.000 manat mənəvi ziyanın müştərək şəkildə tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil valideynlərindən miras qalmışdır. Atası, anası, qardaşı və bacısının vəfatından sonra dərin psixoloji gərginlik keçirməklə spirtli içkilə rdən müntəzəm olaraq istifadə etmiş, içki aludəçisi olmuşdur. Bu vəziyyətindən istifadə edən Cavabdeh2, Nümayəndə, X və Cavabdeh1 qabaqcadan razılığa gələrək ona məxsus mənzili satmaq üçün planlar qurmuşlar. Həmin vaxtda, yəni 2018-ci ildə sağlamlığı o dərəcədə pozulmuşdur ki, sərbəst hərəkət etmək iqtidarında olmamışdır. İlkin olaraq Cavabdeh2 onu dilə tutaraq müalicə olunmaq, mənzilin onun adına keçirilməsi üçün ona etibarnamə verməyini xahiş etmişdir. Maddi baxımdan çox ehtiyacı olduğundan və səfil həyat tərzi keçirdiyindən onun sözlərinə inanmış və etibarnamələr vermişdir. Vərəsəliklə əlaqədar olaraq Bakı şəhəri, 46 saylı Xüsusi Notariat ofisində iş açılmış və başa çatdırılmamışdır. Etibarnamə verməyi üçün Bakı Asan Xidmət Mərkəzinə Cavabdeh2 və başqalarının müraciət etməsinə baxmaya raq sərxoş vəziyyətdə olduğundan etibarnamə verilməsindən imtina edilmişdir. Cavabdeh2 və digərləri özlərinə münasib olan notariat ofisində sərxoş olmağına baxmayaraq etibarnamə alınmışdir. Lakin, vərəsəliklə əlaqədar problem yarandığından əməliyyat, yəni alqı-satqı müqaviləsinin bağlanması gecikmişdir. 18 saylı notariat ofisində vərəsəliyin mirasın qəbulundan qanunla müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq, bu müddətin keçməsinin üzürlü hesab edilərək vərəsəliyin verilməsinin yalnız məhkəmənin səlahiyyətinə aid olmasına baxmayaraq, 18 saylı notariat ofisində bu problem həll edilmişdir. Mənzilin alqı-satqısı isə Bakı şəhəri, 53 saylı notariat ofisində həyata keçirilmişdir. Belə ki, 06 avqust 2018-ci il tarixdə notarius X mülkiyyətçinin müraciəti, yəni ərizəsi olmadan elektron informa siya sisteminə girərək alqı-satqı həyata keçiriləcək mənzil barədə, yəni onun yüklü olubolmaması haqqında məlumatlar toplamış, mənzilin satılması üçün razılaşdırılmış 174.000 manat pul məbləğinin 53 saylı notariat ofisinin depozit hesabına keçirilməsi üçün “MuğanBank”ın müvafiq filialına rəsmi müraciət edilmiş və həmin pul məbləği hesaba keçirilmişdir. Lakin, alqı-satqı müqaviləsi 07 avqust 2018-ci il tarixdə bağlanmışdır. Mülkiyyətçinin razılığı olmadan müqavilə bağlanmasından bir gün əvvəl pul əməliyyatının və digər hərəkətlərin edilməsi qabaqcadan düşünülmüş planın nəticəsi kimi qiymətləndirilməlidir. Bütün bu əməliyyatlardan xəbəri olmamışdır. Halbuki, etibarnamə versə də (mənasını dərk etmədən), onun iştirakı tələb olunmamışdır. Alqı-satqı nəticəsində əldə edilmiş 174.000 manat pul mə bləğini görməmişdir və həmin pul Cavabdeh2 etiraf etdiyi kimi onda olmuşdur. İddiaçıya məxsus mənzilin və içərisində olan qiymətli əmlakın satılması xəbərini İçərişəhərdən tanıdığı polis sahə inspektorundan eşitmişdir. Bildirir ki, o, Cavabdeh2 etibarnamələri mənzil satmaq niyyəti ilə yox, ona inanaraq hər hansı sənədləşmə aparılması üçün vermişdir. O, isə qabağcadan əlbir olduğu bir qrup şəxslə qısa zaman ərzində xüsusi mülkiyyətində olan mənzili satmışdır. Nəticədə o, küçələrdə qalır. Hazırda sərxoşluq kimi pis vərdişlərdən uzaqdır, sağlamlığı bərpa olunmuş və aldadıldığını dərk etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(004)3496/2022 saylı qətnaməsi ilə (hakim F.Əyyubov) iddia rədd edilmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, alqı-sa tqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, müqavilənin şərtləri qanunvericiliyin tələblərinə müvafiq olaraq müəyyən edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda da müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verməmiş, Cavabdeh2 və Emin Abbasovun əməlində cinayət tərkibi olmamışdır. Məhkəmə hesab etmişdir ki, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən, iddiaçı tərəfindən iddia tələbinin əsaslandığı hallar sübuta yetirilə bilmədiyindən, həmçinin mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının tələbi əsaslı olsa belə, Mülki Məcəllədə əqdlərin etibarsızlığı üçün müəyyən edilmiş 1 illik müddət iddiaçı tərəfindən ötür ülmüşdür. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 337, 354.2, 390.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə baxarkən Mülki Məcəllənin əqdin etibarsızlığı ilə müəyyən edilmiş 1 illik müddətin ötürüldüyü ilə əsaslandırsa da, məhkəmənin gəldiyi bu nəticə tamamilə yanlışdır. Belə ki, hazırki mübahisə əqdin etibarsızlığı ilə bağlı deyil, daşınmaz əmlak olan evlə bağlıdır. Daşınmaz əmlak üzrə isə mübahisə müddəti 6 il nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Onun mülkiyyətində olan mənzilə dair alqı-satqı müqaviləsi 2018-ci il tarixdə bağlanmaqla iddia müddəti ötürülməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 fevral 2023-cü il tarixli, 2(103)1193/2023 saylı qətnaməsi ilə (hakimlər R.Həsənov sədrlik edən, məruzəçi, M.Məmmədov və C.Musayeva) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçının Cavabdeh2 mübahisəli mənzili satmaq üçün etibarnamə vermək niyyətinin o lmaması mülki iş materialları ilə öz təsdiqini tapmamışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində maddi baxımdan çox ehtiyacı olduğundan və səfil həyat tərzi keçirdiyindən X sözlərinə inandığını və etibarnamə verdiyini bildirmişdir. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı cavabdeh X müəyyən hərəkətləri etmək, həmçinin ona məxsus daşınmaz əmlakla bağlı sərəncam vermək barədə etibarnamə verməklə bu etibarın riskini daşımışdır. İddiaçı təmsilçinin digər tərəflə pis niyyətlə razılığa gəldiyini iddia etdiyi halda bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iddia müddəti ilə bağlı qeyd etmişdir ki, əslində Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik müddət iddia müddəti yox, əqdi mübahisələndirmək hüququ verən “kəsici” müddətdir və bu müddətin tətbiq olunması üçün ərizə verilməsinə ehtiyac yoxdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki işdə iddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı mübahisə açmaq üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddəti buraxmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiya qeyd etmişdir ki, hazırki mübahisə daşınmaz əmlaka dair bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığı ilə bağlı olduğundan, qanunla əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün müəyyən edilmiş 1 illik müddət nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Məcəllənin 354.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində mülkiyyət hüququnun anlayışı və məzmunu, 157-ci maddəsində mülkiyyətin müdafiəsindən, Mülki Məcəllənin 158-ci maddəsində mülkiyyətçi olmayan şəxslərin hüquqularından bəhs edilmişdir. Lakin işə baxan məhkəmə qeyd edilən tələ blərə əhəmiyyət verməmişdir. Mülki Məcəllənin 159cu maddəsində sahiblik hüququndan, həmin Məcəllənin 166.3-cü maddəsində mülkiyyətin sahiblik əsasında ehtimal edilməsindən bəhs edilsə də məhkəmə qətnaməsində nəzərə alınmamışdır. İddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququ, 43-cü maddədə təsbit olunmuş mənzil hüququ pozulmuşdur. Məhkəmə işə baxarkən Mülki Məcəllənin əqdin etibarsızlığı ilə müəyyən edilmiş 1 illik müddət ötürüldüyünə saslandırsa da məhkəmənin gəldiyi bu nəticə tamamilə yanlışdır. Belə ki, hazırkı mübahisə əqdin etibarsızlığından deyil, daşınmaz əmlak olan evin mübahisəsidir. Daşınmaz əmlak üzrə isə mübahisə müddəti 6 il nəzərdə tutulmuşdur. İddiaçının mülkiyətində olan mənzilə dair isə alqı-satqı müqaviləsi 2018-ci il tarixdə bağlanmaqla iddia müddəti ötürülməmişdir. Apellyasiya instansiyası məhkəməsi mövcud və mülki məcəllədə öz əksini tapmış alqı-satqı müqaviləsinə deyil, haqqında ümumi müddəalara, əqdin etibarsızlığı barədə maddələrə istinad etmiş, iddianın rədd edilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsi əsas götürmüşdür. Eyni zamanda əmlak satılarkən iddiaçı tərəfindən verilmiş etibarnamənin qüvvədə olması, alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlanması, alqı-satqının hər hansı təzyiq, aldatma və sair nəticəsində bağlanmasının məhkəmə baxışı zamanı təsdiqini tapmadığını əsas götürmüşdür. Lakin, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən etibarnamənin sağlamlıq baxımından hansı şəraitdə və hansı məqsədlə verilməsinə əhəmiyyət verməmişdir. Apellyasiya instans iyası məhkəməsi həmçinin mənzilin satışından əldə edilmiş pul vəsaiti üzərində sərəncamın nəticəsi ilə maraqlanmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə mə hdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozma qla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bucürəqdbağlandığıandanetibarsızdır. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 359.1. Əqd təms ilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Maddə
390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmə lidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayə tində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi v ə prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 07 avqust 2018-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqısatqı müqaviləsindən görünür ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, V.Məmmədov, 11 say lı evin 2 saylı mənzilini 174.000 manata Cavabdeh1 satmışdır. Müqaviləni iddiaçının əvəzinə Cavabdeh2, Cavabdeh1 əvəzinə isə Nümayəndə imzalamışdır. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 17 may 2022-ci il tarixli qərarından görünür ki, 27 iyun 2018-ci il tarixdə iddiaçı Cavabdeh2 vermiş olduğu etibarnamə əsasında sonuncu, 07 avqust 2018-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 11 saylı evin 2 saylı mənzilini 174.000 manata Cavabdeh1 satmışdır. İddiaçı Cavabdeh2 və X tərəfindən aldadılaraq mənzilin satıldığını iddia etsə də, toplanmış material üzrə tərəflər arasındakı münasibətlər mülki xarakterli münasibətlərdir. Toplanmış material üzrə cinayət hadisəsi baş vermədiyindən, Cavabdeh2 və X əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılma sının rədd edilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçının Cavabdeh2 mübahisəli mənzili satmaq üçün etibarnamə vermək niyyətinin olmaması mülki iş materialları ilə öz təsdiqini tapmamışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində maddi baxımdan çox ehtiyacı olduğundan və səfil həyat tərzi keçirdiyindən Əvəz Muradovun sözlərinə inandığını və etibarnamə verdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi onun bu dəlili ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçı cavabdeh x müəyyən hərəkətləri etmək, həmçinin ona məxsus mənzill ə bağlı sərəncam vermək barədə etibarnamə verməklə bu etibarın riskini daşımışdır. İddiaçı təmsilçinin digər tərəflə pis niyyətlə razılığa gəldiyini iddia etdiyi halda bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddia müddəti ilə bağlı qeyd etmişdir ki, əslində Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik müddət iddia müddəti yox, əqdi mübahisələndirmək hüququ verən “kəsici” müddətdir və bu müddətin tətbiq olunması üçün ərizə verilməsinə ehtiyac yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki işdə iddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı mübahisə açmaq üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddəti buraxmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, hazırki mübahisə daşınmaz əmlaka dair bağlanmış alqısatqı müqaviləsinin etibarlılığı ilə bağlı olduğundan, qanunla əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün müəyyən edilmiş 1 illik müddət nəzərə alınmalıdır. İddiaçı, kassasiya şikayətində alqı-satqı müqaviləsi üzrə əldə edilmiş 174.000 manat pul vəsaitinin ona verilmədiyini, həmin pul vəsaitinin Cavabdeh2 etiraf etdiyi kimi onda olduğunu iddia etmişdir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan dəlil sözügedən əqdin etibarsızılığı üçün əsas ola bilməz və Mülki Məcəllənin 782.1-ci maddəsinə əsasən, etibarnamə üzrə vəkalət alan şəxs kimi Cavabdeh2 sözügedən alqı-satqı müqaviləsi üzrə tapşırığın icrası nəticəsində əldə etdiyi 174.000 mana t pulun hamısını vəkalət verənə, yəni iddiaçıya verməyə borcludur, vermədiyi halda isə sonuncu məhkəmədə Cavabdeh2 qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldıra bilər. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblə rini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 fevral 2023-cü il tarixli 2(103)-1193/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.