Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1869/2025 02.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, hakim X1 - qarşılıqlı İddiaçı Cavabdeh MMC-ə qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdim : İddiaçı Cavabdeh MMC-ə qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Onun ərizəsini nəzərə alaraq hesab edirəm ki, ərizə təmin olunmalı, iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də hesab edirəm ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər, habelə həmin iddianın verilməsi üçün ödənilmiş 55 manat məbləğində dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə 55 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152.1.9, 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq qərara aldım: Ərizə təmin olunsun. İddiaçı Cavabdeh MMC-ə qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də iddianın verilməsi üçün ********** saylı mədaxil qəbzinə əsasən ödənilmiş 55 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan onun surəti təqdim olunduğu gündən on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-1869/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1869/2025
02.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver