Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2679/2022 05.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X14 qızının katibliyi İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil, onun nümayəndəsi Cavabdeh3 (həmçinin cavabdeh) iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1na, üçüncü şəxslər X8, X2 X7 Famil Cabir oğlu, X6, X9, X1, X4, X3, Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və "xxxx" MMC-yə qarşı “dəymiş zərər, müqavilə və onun nəticələrinin etibarsızlığı, öhdəlikləri icrası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, Heydər Əliyev prospekti, 194 ünvanında yerləşən ümumi sahəsi 298,5 kv.m olan qeyri-yaşayış binasına dair 19 iyul 2022-ci ildə Cavabdeh1 bağlanmış reyestri ilə 4Ə-1601 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi, Cavabdeh2 28 fevral 2018-ci il tarixdə Xaçmaz rayon Notariat Kontorunda təsdiqləndiyi bağışlamaq vədi barəsindəki ərizəyə əsasən Quba şəhəri Heydər Əliyev prospekti, 194 ünvanında yerləşən ümumi sahəsi 298,5 kv.m olan qeyri yaşayış binasındakı payının (Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(103)-3565/2020 saylı barışıq sazişinin şərtləri nəzərə alınmaqla) 20% -nin ona bağışlaması öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması, Cavabdeh2 və atası Cavabdeh3 hüquqdan sui-istifadə nəticəsində (bağışlamaq vədi verdiyi əmlakı gizlincə özgəninkiləşdirilməsinə görə) ona dəymiş zərər olaraq 70000 (yetmiş min) manat məbləğində pulun və ödədiyi 300 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək onun təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında hər iki tərəf mülki iş üzrə barışıq sazişinin şərtlərini qəbul edərək işi barışıqla tamamlanmasını məhkəmədən xahiş etdilər. Tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilmişdir.
1. Cavabdehler Cavabdeh2 və Cavabdeh3 İddiaçı cavabdehlərə qarşı olan hazırkı 2(027)-2679/2022 saylı mülki iş üzrə (dəymiş zərər, müqavilə və onun nəticələrinin etibarsızlığı, öhdəliklərin icrası) tələbini qəbul edir. İddiaçı hazırkı (dəymiş zərər, müqavilə və onun nəticələrinin etibarsızlığı, öhdəliklərin icrası) tələbdən imtinası müqabilində cavabdehlər iddiaçıya 30000 (otuz min) manat məbləğində pul ödəyir.
2. İddiaçı cavabdehlər Cavabdeh2 və X10 qarşı hazırkı 2(027)-2679/2022 saylı mülki iş üzrə tələbindən (dəymiş zərər, müqavilə və onun nəticələrinin etibarsızlığı, öhdəliklərin icrası) 30000 (otuz min) manat mabləğində pul almaqla tam olaraq imtina edir. İddiaçı 30000 (otuz min) manat məbləğində pul almaqla iddia tələbindən imtina etdikdan sonra, bir daha hazırkı tələblə cavabdehlara qarşı məhkəməyə müraciət etmayacəkdir və onlara qarşı hazırkı Quba rayon Məhkəməsinin icraatında olan 2(027)-2679/2022 saylı iş üzrə iddia tələbi ilə bağlı heç bir şikayəti və tələbinin olmayacağını bildirir.
3. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı cavabdehlərə qarşı olan hazırkı Quba rayon Məhkəməsinin icraatında olan 2(027)-2679/2022 saylı mülki iş üzrə (dəymiş zərər, müqavilə və onun nəticələrinin etibarsızlığı, öhdəlikləri icrası) iddia tələbi ilə bağlı 30000 (otuz min) manat məbləğində pul verməklə iddiadan imtinası müqabilində İddiaçı qarşı heç bir tələb və şikayətləri olmayacaq va məhkəməyə müraciət etməyəcəklər.
4. “Tərəflər“ bu sazişi imzaladıqdan sonra hər iki tərəfin iddiaçı olduğu ayrı-ayrı mülki işlər üzrə məhkəmə mübahisəsinə son qoyacaqları barədə iradə ifadələrini bildirir və hər biri öz iddia ərizəsi əsasında olan mülki işə hazırki sazişin surətini əlavə etməklə mübahisəyə son qoyurlar: Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və tərəflərə barışıq sazişinin təsdiq edilməsi üzrə prosessual hərəkətlərin nəticələrini izah edərək hesab edir ki, həmin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, bu hərəkətlər qəbul edilərək barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (maddə 881.3) Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladıqlarından, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin saziş məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.5, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1na, üçüncü şəxslər X8, X2 X7 Famil Cabir oğlu, X6, X9, X1, X4, X3, Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və "xxxx" MMC-yə qarşı “dəymiş zərər, müqavilə və onun nəticələrinin etibarsızlığı, öhdəlikləri icrası” tələbinə dair iddia ərizəsi üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmununda barışıq sazişi təsdiq edilsin:
1. Cavabdehler Cavabdeh2 və Cavabdeh3 İddiaçı cavabdehlərə qarşı olan hazırkı 2(027)-2679/2022 saylı mülki iş üzrə (dəymiş zərər, müqavilə və onun nəticələrinin etibarsızlığı, öhdəliklərin icrası) tələbini qəbul edir. İddiaçı hazırkı (dəymiş zərər, müqavilə və onun nəticələrinin etibarsızlığı, öhdəliklərin icrası) tələbdən imtinası müqabilində cavabdehlər iddiaçıya 30000 (otuz min) manat məbləğində pul ödəyir.
2. İddiaçı cavabdehlər Cavabdeh2 və X10 qarşı hazırkı 2(027)-2679/2022 saylı mülki iş üzrə tələbindən (dəymiş zərər, müqavilə və onun nəticələrinin etibarsızlığı, öhdəliklərin icrası) 30000 (otuz min) manat mabləğində pul almaqla tam olaraq imtina edir. İddiaçı 30000 (otuz min) manat məbləğində pul almaqla iddia tələbindən imtina etdikdan sonra, bir daha hazırkı tələblə cavabdehlara qarşı məhkəməyə müraciət etmayacəkdir və onlara qarşı hazırkı Quba rayon Məhkəməsinin icraatında olan 2(027)-2679/2022 saylı iş üzrə iddia tələbi ilə bağlı heç bir şikayəti və tələbinin olmayacağını bildirir.
3. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı cavabdehlərə qarşı olan hazırkı Quba rayon Məhkəməsinin icraatında olan 2(027)-2679/2022 saylı mülki iş üzrə (dəymiş zoror, müqavilə va onun nəticələrinin etibarsızlığı, öhdəlikləri icrası) iddia tələbi ilə bağlı 30000 (otuz min) manat məbləğində pul verməklə iddiadan imtinası müqabilində İddiaçı qarşı heç bir tələb və şikayətləri olmayacaq va məhkəməyə müraciət etməyəcəklər.
4. “Tərəflər“ bu sazişi imzaladıqdan sonra hər iki tərəfin iddiaçı olduğu ayrı-ayrı mülki işlər üzrə məhkəmə mübahisəsinə son qoyacaqları barədə iradə ifadələrini bildirir və hər biri öz iddia ərizəsi əsasında olan mülki işə hazırki sazişin surətini əlavə etməklə mübahisəyə son qoyurlar: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1na, üçüncü şəxslər X8, X2 X7 Famil Cabir oğlu, X6, X9, X1, X4, X3, Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və "xxxx" MMC-yə qarşı “dəymiş zərər, müqavilə və onun nəticələrinin etibarsızlığı, öhdəlikləri icrası” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rahim Həsənov