Məhkəmə qərarları › İş №2(004)-3505/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3505/2021

17.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3505/2021 17.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının, faizin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının, faizin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi 04.05.2021ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdehndən 9.529,34 manat ödənilməmiş əmək haqqı, hər gecikdirilmiş gün üçün ödənilməmiş əmək haqqının bir faizi məbləğində faiz (ödənc) və mənəvi zərərin əvəzi kimi 5.000 manat pul tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı 21.05.2015-ci il tarixdən etibarən Cavabdeh MMC-də əmək fəaliyyətinə başlamış, “X1”-da Mühəndis şöbəsinə inzibatçı vəzifəsinə işə qəbul edilmişdir. Müxtəlif vaxtlarda əmək müqaviləsinə olan dəyişiklik və əlavələrlə əmək müqaviləsinin vaxtı uzadılıb, beş ildən artıq müddət keçdiyinə görə 21.05.2020-ci il tarixli razılaşma ilə isə müqavilə müddətsiz edilib. Eyni zamanda əmək haqqının məbləği dəyişdirilib, 02.03.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi barədə razılaşmaya əsasən iddiaçıya hər ay üçün 1.995,53 manat vəzifə (tarif) əmək haqqı hesablanır. Vergilər və digər məcburi ödənişlər çıxdıqdan sonra iddiaçıya ödənilməli olan əmək haqqı 1.800 manat təşkil etmişdir. Lakin 2020-ci ilin aprel ayından etibarən, əmək müqaviləsinə müvafiq dəyişiklik edilmədən Cavabdeh MMC tərəfindən pandemiya və digər bəhanələrlə, müvvəqqəti hal olduğu bildirilməklə, əmək haqqının təxminən yarısı ödənilmişdir. Bu hal 2021-ci ilin mart ayına qədər davam etmişdir, sonra isə əmək şəraitinin dəyişməsi bəhanəsi ilə 12.04.2021-ci il tarixdən etibarən iddiaçı işdən azad edilmişdir. İddiaçı əmək haqqının ödənilməmiş hissəsinin ödənilməsini Cavabdeh MMC-nin məsul şəxslərindən tələb etsə də, heç bir razılıq əldə edilməmiş, iddiaçının əmək haqqının ödənilməmiş qalan hissəsi hazırkı vaxta kimi ödənilməmişdir. İddia ərizəsinə əlavə etdiyi “xxxx” ASC-nin Nərimanov Filialı tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, cavabdeh iddiaçıya aprel 2020 - fevral 2021-ci il tarixlərdə 11 ay ərzində ayda 1.800 manat olmaqla 19.800 manat əmək haqqı əvəzinə, orta hesabla 933 manat olmaqla, cəmi 10.270,66 manat əmək haqqı ödəmişdir. Əmək haqqının bu cür kəskin azaldılması əmək müqaviləsinə müvafiq dəyişiklik edilmədən həyata keçirilmişdir. Bu isə əmək qanunvericiliyin kobud şəkildə pozulması isə nəticələnmişdir. Eyni zamanda iddiaçı əmək funksiyalarını yerinə yetirərkən, heç vaxt işdən yayınmamış, bir gün də olsun belə işburaxma halı olmamışdır. Daima iş yerində olmuş və əmək funksiyasını yerinə yetirmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçıya hər ay üçün tam əmək haqqı ödənilməlidir. Odur ki, iddianın təmin edilməsini, İddiaçı 2020-ci ilin aprel ayından 2021-ci ilin fevral ayına kimi olan 11 ay müddətində ödənilməli olan 19.800 manat əmək haqqından ödənilmiş 10.270,66 manat hissəsi çıxılmaqla, ödənilməmiş qalan 9.529,34 manat əmək haqqı, hər gecikdirilmiş gün üçün ödənilməmiş əmək haqqının bir faizi məbləğində faiz (ödənc) və mənəvi zərərin əvəzi kimi 5.000 manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə +**********60 mobil telefon nömrəsinə SMS bildirişi göndərilməklə xəbərdarlıq edilimişdir. Lakin cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavbdehin nümayəndəsinin iştiroakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları, iddiaçının nümayəndəsi və vəkilinin izahatı və iş materiallarında olan rəsmi sənədlərlə müəyyən edilmişdir ki, təprəflər arasında bağlanmış 21.05.2015-ci il tarixli 0711-15 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı 21.05.2015-ci il tarixdən etibarən Cavabdeh MMC-də əmək fəaliyyətinə başlamış, “X1”-da Mühəndis şöbəsinə inzibatçı vəzifəsinə işə qəbul edilmişdir. Müxtəlif vaxtlarda əmək müqaviləsinə olan dəyişiklik və əlavələrlə əmək müqaviləsinin vaxtı uzadılıb, beş ildən artıq müddət keçdiyinə görə 21.05.2020-ci il tarixli razılaşma ilə isə müqavilə müddətsiz edilib. Eyni zamanda əmək haqqının məbləği dəyişdirilib, 02.03.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi barədə razılaşmaya əsasən iddiaçıya hər ay üçün 1.995,53 manat vəzifə (tarif) əmək haqqı hesablanır. Vergilər və digər məcburi ödənişlər çıxdıqdan sonra iddiaçıya ödənilməli olan əmək haqqı 1.800 manat təşkil etmişdir. Lakin 2020-ci ilin aprel ayından etibarən, əmək müqaviləsinə müvafiq dəyişiklik edilmədən Cavabdeh MMC tərəfindən pandemiya və digər bəhanələrlə, müvvəqqəti hal olduğu bildirilməklə, əmək haqqının təxminən yarısı ödənilmişdir. Bu hal 2021-ci ilin mart ayına qədər davam etmişdir, sonra isə əmək şəraitinin dəyişməsi bəhanəsi ilə 12.04.2021-ci il tarixdən etibarən iddiaçı işdən azad edilmişdir. İddiaçı əmək haqqının ödənilməmiş hissəsinin ödənilməsini Cavabdeh MMC-nin məsul şəxslərindən tələb etsə də, heç bir razılıq əldə edilməmiş, iddiaçının əmək haqqının ödənilməmiş qalan hissəsi hazırkı vaxta kimi ödənilməmişdir. “xxxx” ASC-nin Nərimanov Filialı tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC İddiaçı aprel 2020 - fevral 2021-ci il tarixlərdə 11 ay ərzində ayda 1.800 manat olmaqla 19.800 manat əmək haqqı əvəzinə, orta hesabla 933 manat olmaqla, cəmi 10.270,66 manat əmək haqqı ödəmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Cavabdeh MMC İddiaçı əmək haqqını azaldarkən əmək müqaviləsinə müvafiq dəyişiklik edilməmiş, iddiaçının yazılı razılığı alınmamışdır. Cavabdeh MMC İddiaçı 2020-ci ilin aprel ayından 2021-ci ilin fevral ayına kimi olan 11 ay müddətində ödəməli olduğu 19.800 manat əmək haqqından 10.270,66 manatını ödəmiş, qalan 9.529,34 manatını isə hazırkı vaxta kimi ödəməmişdir. Nəticədə İddiaçı 9.529,34 manat real zərər vurmuşdur. Hazırda isə, cavabdeh iddiaçıya əmək haqqının ödənilməsini gecikdirildiyindən, iddiaçı ödənilməmiş qalan 9.529,34 manat əmək haqqına gündəlik 1 faiz ödənc kimi hesablamaqla, hər gün üçün 95,29 manat vəsaitin ona ödənilməsini tələb edir. Bu isə 12.04.2021-17.06.2021-ci il tarixə kimi 65 gün üçün 6.194 manat təşkil edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə hesablanmış yüksək əmək haqqına gündəlik 1 faiz ödənc kimi 12.04.2021-17.06.2021-ci il tarixə kimi 65 gün üçün hesablanan 6.194 manat cərimə (dəbbə) azaldılaraq 200 manat müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə sübutlara məcmu halda qismət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı 2020-ci ilin aprel ayından 2021-ci ilin fevral ayına kimi olan 11 ay müddətində ödənilməli olan 19.800 manat əmək haqqından ödənilmiş 10.270,66 manat hissəsi çıxılmaqla, ödənilməmiş qalan 9.529,34 manat əmək haqqı və əmək haqqının gecikdirilməsinə görə 200 manat cərimə olmaqla, cəmi 9.729,34 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan, yəni “əmək haqqının gecikdirilməsinə görə 12.04.2021-17.06.2021-ci il tarixə kimi 65 gün üçün hesablanan 5.994 manat cərimənin və mənəvi ziyanın əvəzi kimi 5.000 manat tutulması” hissəsində rədd edilməlidir. Çünki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya mənəvi zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı 2020-ci ilin aprel ayından 2021-ci ilin fevral ayına kimi olan 11 ay müddətində ödənilməli olan 19.800 manat əmək haqqından ödənilmiş 10.270,66 manat hissəsi çıxılmaqla, ödənilməmiş qalan 9.529,34 manat əmək haqqı və əmək haqqının gecikdirilməsinə görə 200 manat cərimə olmaqla, cəmi 9.729,34 (doqquz min yeddi yüz iyirmi doqquz manat otuz dörd qəpik) manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar