Məhkəmə qərarları › İş №2(004)-3508/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3508/2021

30.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3508/2021 30.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçılar X7 və X6 nümayəndəsi və eyni zamanda vəkili Vəkil, cavabdeh “xxxx” QSC BOKT-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar X7 və X6 cavabdeh “xxxx” QSC BOKT-a qarşı aktın və çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X7 və X9 cavabdeh “xxxx” QSC BOKT-a qarşı aktın və çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli 2(009)-74/2018 saylı qətnaməsi ilə “xxxx” MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 12.06.2014-cü il tarixli Y-395 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12.06.2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evə “xxxx” ASC-nin mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 16.01.2015-ci il tarixli ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarış etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)-173/2019 saylı qətnaməsi ilə iddiaçı X6 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli qətnaməsi qismən-X6 iddiasının təmin olunmayan hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, “xxxx” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti “Q” ünvanda yerləşən 38 saylı mənzilin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 12.06.2014-cü tarixli Y- 395 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12.06.2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti “Q” ünvanda yerləşən 38 saylı mənzilə “xxxx” ASC-nin mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 13.02.2015-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX0572927 seriyalı çıxarış etibarsız hesab edilmiş, Cavabdeh QSC-nin apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.09.2019-cu il tarixli 2(102)-5751/2019 saylı qərarı ilə üçüncü şəxs Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)-173/2019 nömrəli icra vərəqəsinin icrasına dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 15.11.2019-cu il tarixli 15670-12Q saylı və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 20.11.2019-cu il tarixli 17/72-168206/18-30378 saylı məktublarına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılaraq 19.12.2019-cu il tarixli **********66 nömrəli cavab məktubu ilə göstərilir ki, Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)-173/2019 nömrəli icra vərəqəsində qeyd edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evi və Bakı şəhəri, Yasamal rayonu, 528ci məhəllə, H.Cavid prospekti, “Q” ünvanda yerləşən 38 saylı mənzil 18.01.2018-ci il tarixdə “xxxx” ASC-nin adından Cavabdeh QSC-nin adına keçərək, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)-173/2019 nömrəli icra vərəqəsi ilə müvafiq əmlaklara dair Cavabdeh QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların hüquqi əsası etibarsız edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1 -ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinə və Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti, “Q” ünvanda yerləşən 38 saylı mənzilə dair Cavabdeh QSCnin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata və onun hüquqi əsasının etibarsızlığına münasibət bildirərək, Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019cu il tarixli 2(103)-173/2019 nömrəli icra vərəqəsinə izah verilməsi xahiş olunmuşdur. Bildiririk ki, keçən müddət ərzində Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)-173/2019 nömrəli icra vərəqəsinə heç bir izah verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)-173/2019 nömrəli icra vərəqəsinə əsasən, “xxxx” MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 12.06.2014-cü il tarixli Y-395 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 12.06.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evə “xxxx” ASC-nin mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 16.01.2015-ci il tarixli ********** saylı qeydiyyatın və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi; “xxxx” MMC tərəfındən Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti “Q” ünvanda yerləşən 38 saylı mənzilin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 12.06.2014-cü il tarixli Y-395 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12.06.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti “Q” ünvanda yerləşən 38 saylı mənzilə “xxxx” ASC-nin mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 13.02.2015-ci il tarixli, ********** saylı qeydiyyatın və həmin qeydiyyata dair RX0572927 seriyalı çıxarış etibarsız hesab edilməsi; icra olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)-173/2019 nömrəli icra vərəqəsi ilə həmin əmlaklara dair Cavabdeh QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların hüquqi əsası etibarsız edilmişdir. Cavabdeh QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların hüquqi əsasının etibarsız edilməsi ilə əlaqədar, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin və Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti, “Q” ünvanda yerləşən 38 saylı mənzilin 18.01.2018-ci il tarixdə “xxxx” ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair müqavilə etibarsız hesab edilməli və daşınmaz əmlakın dövlət reyestrində aparılmış müfaviq qeydiyyat və həmin qeydiyyata əsasən verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin və Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti, “Q” ünvanda yerləşən 38 saylı mənzilin 18.01.2018-ci il tarixdə “xxxx” ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydiyyatın və həmin qeydiyyata əsasən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin və Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti, “Q” ünvanda yerləşən 38 saylı mənzilin 18.01.2018-ci il tarixdə “xxxx” ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış müfaviq qeydiyyatın və həmin qeydiyyata əsasən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmə baxılan zaman iddiaçının nümayəndəsi və eyni zamanda vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin “xxxx” ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair 27.12.2017-ci il tarixli, S-ƏML 124 saylı aktın etibarsız hesab edilməsi və onun əsasında verilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 18.01.2018-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti məhəllə 528, “Q” ünvanda yerləşən ev 38 (yeni qaydalarla ünvan 4, mənzil 2) saylı mənzilin “xxxx” ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair 27.12.2017-ci il tarixli, S-ƏML 125 saylı aktın etibarsız hesab edilməsi və onun əsasında verilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 18.01.2018-ci il tarixli ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarışın etibarsız hesab ediləməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar X7 və X6 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçıların cavabdeh “xxxx” MMC-yə qarşı “hərracın nəticələri haqqında protokolların və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair işə baxılarkən hazırki iş üzrə cavabdeh yəni Cavabdeh QSC özü də işə cəlb olunmuş və əmlaklarla bağlı məhkəmədə iş olduğunu bildiyi halda işə məhkəmədə baxılan zaman mübahisəli əmlaklar özgəninkiləşdirilmişdir. Qeyd oluanalara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” QSC BOKT-nin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək bildirdi ki, “xxxx” ilə “xxxx” MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən, “xxxx” MMC-nin “xxxx” ASC qarşısında kredit öhdəliyi yaranmış və mübahisəli əmlaklar ipoteka ilə yüklü edilmişdir. “xxxx” MMC kredit öhdəliklərini yerinə yetirə bilmədiyinə görə mübahisəli əmlaklar olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evi və Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti məhəllə 528 ev Q, 38 saylı mənzil Şəki rayon Məhkəməsinin qətnaməsinə əsasən, hərraca çıxarılmışdır. 27 dekabr 2017-ci il tarixli, təhvil təslim aktlarına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evi və Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti məhəllə 528 ev Q, 38 saylı mənzil “Cavabdeh ” QSC-nin adına keçmişdir. “Cavabdeh ” QSC həmin aktlara əsasən, Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərək müvafiq çıxarışlar almışdır. Mübahisəli əmlaklar hal hazırda “Cavabdeh ” QSC-nin balansındadır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.06.2021-ci il tarixli **********69 nömrəli məktubuna əsasən ünvan 5 ünvanı 21.08.1997ci il tarixdə X4 adına ilkin qeydiyyata alınmışdır. Sözügedən mənzil 27.09.1997-ci il tarixdə X5 adına rəsmiləşdirilmişdir. Yasamal rayon İcra Hakimiyyətinin 764 saylı, 03.12.2003-cü il tarixli sərəncamına əsasən həmin mənzilə əlavə olaraq 24 kv.m tikinti işi aparılması faktı təsdiq edilmişdir. Qeyd olunan mənzil X2 adına 18.12.2003-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzil üzərində X6 mülkiyyət hüququ 19.06.2004-cü il tarixdə qeydə alınmışdır. 13.02.2015-ci il tarixdə sözügedən ünvan “xxxx” ASC-nin adına qeydiyyata alınmışdır. 18.01.2018-ci il tarixdə isə Cavabdeh QSC BOKT-un mülkiyyət hüququ bəhs olunan mənzil üzərində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bakı şəhəri İcraiyyə Komitəsinin 22.12.1989-cu il tarixli, 14/519 nömrəli qərarına əsasən 37 nömrəli BTK nəzdində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.09 hektardan ibarət olan 408 nömrəli bağ sahəsinə dair Səməd-zadə Şamil Əliabbas oğlunun adına b/s nömrəli order verilmişdir. Həmin order əsasında sözügedən bağ evi 22.10.2004-cü il tarixdə Səməd-zadə Şamil Əliabbas oğlunun adına ilkin qeydiyyata alınmışdır. Həmin bağ evinə dair verilmiş qeydiyyat vəsiqəsi onun adına 27.11.2007-ci il tarixdə çıxarışla əvəz edilmişdir. Daha sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evi Şəki Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(075)-109/2013 saylı icra vərəqəsi, “xxxx” hərracın nəticələri haqqında Y-395 nömrəli 12.06.2014-cü il tarixli Protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12.06.2014-cü il tarixli müqaviləsi əsasında 16.01.2015-ci il tarixə “xxxx” ASC-nin adına, 18.01.2018-ci il tarixdə isə Cavabdeh QSC BOKT-un adına qeydiyyata alınmışdır. İş materialları və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-74/2018 saylı, 03.08.2018-ci il tarixli qətnaməsin əsasən, iddiaçılar X6 və X3 - cavabdeh “xxxx” MMC-yə qarşı “hərracın nəticələri haqqında protokolların və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, “xxxx” MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 12 iyun 2014-cü il tarixli Y395 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsi və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evə “xxxx” ASC-nin mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 16.01.2015-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarış etibarsız hesab edilmişdir. Daha sonra həmin qətnamədən iddiaçı C.Bədəlov tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-173/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı X6 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.08.201 8-ci il tarixli qətnaməsinin qismən - X6 iddiasının təmin olunmayan hissəsində ləğv edilməsi və nəmin hissədə yeni qətnamə qəbul edilməsi; “xxxx” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti, «Q» ünvanda yerləşən 38 saylı mənzilin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 12 iyun 2014-cü il tarixli Y-395 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti, «Q» ünvanda yerləşən 38 saylı mənzilə “xxxx” ASC-nin mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsində aparılmış 13.02.2015-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX0572927 seriyalı çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh QSC-nin apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 5751/2019 saylı, 06.09.2019-cu il tarixli qərarından görünür ki, üçüncü şəxs Cavabdeh QSC BOKT-un kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-173/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti üzrə” 13.02.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, işin halları ilə müəyyən edilmşdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin və Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti məhəllə 528 ev Q, 38 (yeni qaydalarla ünvan 4, mənzil 2) saylı mənzilin “xxxx” ASC-nin adına mülkiyyət hüququ ilə keçməsinə əsas olmuş hüquqi sənədlər müvafiq məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan hüquq normalarına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin “xxxx” ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair 27 dekabr 2017-ci il tarixli, S- ƏML 124 saylı akt etibarsız hesab edilməli; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evə Cavabdeh QSC-nin mülkiyyət hüququna dair Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 18.01.2018-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarış etibarsız hesab edilməli; Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti məhəllə 528 ev Q, 38 (yeni qaydalarla ünvan 4, mənzil 2) saylı mənzilin “xxxx” ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair 27 dekabr 2017-ci il tarixli, S-ƏML 125 saylı akt etibarsız hesab edilməli; Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti məhəllə 528 ev Q, 38 (yeni qaydalarla ünvan 4, mənzil 2) saylı mənzilə Cavabdeh QSC-nin mülkiyyət hüququna dair Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 18.01.2018-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarış etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci, 80-ci və 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin “xxxx” ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair 27 dekabr 2017-ci il tarixli, S-ƏML 124 saylı akt etibarsız hesab edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evə Cavabdeh QSCnin mülkiyyət hüququna dair Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 18.01.2018-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarış etibarsız hesab edilsin. Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti məhəllə 528 ev Q, 38 (yeni qaydalarla ünvan 4, mənzil 2) saylı mənzilin “xxxx” ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair 27 dekabr 2017-ci il tarixli, S-ƏML 125 saylı akt etibarsız hesab edilsin. Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti məhəllə 528 ev Q, 38 (yeni qaydalarla ünvan 4, mənzil 2) saylı mənzilə Cavabdeh QSC-nin mülkiyyət hüququna dair Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 18.01.2018-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarış etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar