Məhkəmə qərarları › İş №2(004)-3513/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3513/2022

24.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3513/2022 24.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair kod 30800086, JN – 905A nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, onun adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN - 905A nömrəli şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə yanlış olaraq adı “Ərizəçi Əbülhüseyn oğlu” kimi yazılmışdır. Ərizəçi olaraq o, həmin torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, onun adı sənəddə səhv getmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışda da şəhadətnamə də göstərilən adın səhv qeyd edildiyi öz təsdiqini tapmışdır. O, həmin səhvin aradan qaldırılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, həmin səhvlərin düzəldilməsi idarənin səlahiyyətləri xaricindədir. Göstərilən hallara görə torpağın mülkiyyət verilməsinə dair şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********01 nömrəli bildirişə əsasən JN-905A nömrəli şəhadətnamədə hüquq sahibi “Ərizəçi Əlihüseyn oğlu” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edildiyi aşkar edildiyindən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********57 nömrəli məktubuna əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən texniki səhvin aradan qaldrılması Ərazi İdarəsinin səlahiyyətləri xaricində olduğundan Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 868 saylı arayışa əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” 905A saylı şəhadətnamədə Ərizəçi əvəzinə səhvən Ərizəçi Əlihüseyn oğlu yazılmışdır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair kod 30800086, JN – 905A nömrəli şəhadətnaməyə əsasən Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 nömrəli sərəncamına əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi Ərizəçi Əlihüseyn oğlunun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi ərizəçinin mülkiyyətinə verilmişdir. Lakin onun adı “Ərizəçi” olmasına baxmayaraq, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən “Ərizəçi Əlihüseyn oğlu” kimi qeyd olunmuşdur . Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair kod 30800086, JN – 905A nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair kod 30800086, JN – 905A nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar