Məhkəmə qərarları › İş №2(004)-3517/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3517/2022

22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3517/2022 22.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC borclu Cavabdeh qarşı “kredit” tələbinə dair ərizə ilə xx.xx.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 956 ABŞ dolları əsas borc, 143 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1099 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-6342/2016 saylı məhkəmə əmrinə əsasən, Cavabdeh 1099 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3517/2022 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)- 6342/2016 saylı məhkəmə əmri ləğv edilərək mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, borclu Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə bağlanmış VİP 15184 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən kreditor borcluya satış qiyməti 1162 ABŞ dolları olan “iPhone 5 16 GB Gold” markalı bir ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Tərəflər arasında həmin müqavilə bağlandıqdan sonra borclu ilkin olaraq 75 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 87 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 33 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 11 ABŞ dolları ödəmiş, lakin sonradan qrafik üzrə ödəməli olduğu pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq alınmış əmlak kreditor yərəfindən borcluya təhvil verilmiş və borclu onunla bağlanılmış alğı-satqı müqaviləsinə əsasə qalan 956 ABŞ dolları məbləğində borcu hissə-hissə 12 ərzində ödəməli idi. Lakin borclu üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununla da ödənilməmiş 956 ABŞ dolları borcu yaranmışdır. Suala cavab olaraq bildirir ki, 886 ABŞ dolları borcdan 143 ABŞ dolları cərimə, qalanı isə əsas borcdur. Hazırda cavabdehin 886 ABŞ dolları borcu qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, pandemiya ilə əlaqədar olaraq işləməməyə başlamışdır, hazırda da işləmir. Hazırda onun ölkədən çıxmasına qadağa qoyulmuşdur. Buna görə də işləyə bilmir. İşləyə bilmədiyi müddətdə də borcu ödəyə bilməyəcəkdir. O, malı ABŞ dollarının manata əvvəlki məzənnəsi ilə əldə etmişdir. Ona cərimə barədə məlumat verilməmişdir, cərimə ilə razı deyil. Borcu manatla göstərilməklə ona cədvəl təqdim edilsə sentyabr ayından etibarən hissə-hissə ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, VİP 15184 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı (İddiaçı MMC) satış qiyməti 1162 ABŞ dolları olan “iPhone 5 16 GB Gold” markalı telefonu alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini ilkin ödəniş 75 ABŞ dolları olmaqla 12 ay ərzində satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli, VİP 15184 nömrəli alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən Cavabdeh müqavilə üzrə yaranmış 1087 ABŞ dolları borcu 12 ay hər ay 90 ABŞ dolları və sonuncu ay 97 ABŞ dolları olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2015-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə ümumilikdə 886 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddiaçı borcu tələb etməkdə haqlıdır. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 50 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia tələbi 956 ABŞ dolları əsas borc, 143 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1099 ABŞ dolları məbləğində borcun tutulması olsa da iş materiallarına əlavə edilmiş maliyyə arayışınə əsasən cavabdehin hazırda cəmi 886 ABŞ dolları borcu qaldığı məlum olduğundan, həmçinin cavabdehdən tutulacaq cərimənin miqdarı azaldılaraq 50 ABŞ dolları müəyyən edildiyindən, cavabdehdən hazırda mövcud olan borcdan cərimənin azaldılmış hissəsi (143-93=50) çıxılmaqla qalan borc (886- 93=793), yəni cəmi 793 ABŞ dolları tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli, VİP 15184 saylı alğı-satqı müqaviləsi üzrə 793 (yeddi yüz doxsan üç) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, VİP 15184 saylı alğı-satqı müqaviləsi üzrə 793 (yeddi yüz doxsan üç) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar