Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-352/2024 23.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.2005-ci il təvəllüdlü Mirzəyeva Nazlı Zamir qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun X6 ilə birgə nikahından xx.xx.2005ci il tarixində Mirzəyeva Nazlı Zamir qızı və xx.xx.2010-cu il tarixində isə X5 adlı iki övladı dünyaya gəlmişdir. Qızı Nazlı doğuşdan “hidrosefaliya” xəstəliyindən əziyyət çəkir. Ona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən anadan gəlmə hidrosefaliya süst hemiplegiya, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, fiziki inkişaf yaş normasından aşağı olması, sol yuxarı və aşağı ətraflarda hərəkət məhdudluğu diqanozu qoyulmuşdur. Sağlamlıq imkanları məhdud uşaqlar qrupuna daxildir. Övladı kənar şəxsin qulluğuna ehtiyac duyur. Onun bütün ehtiyyacları şəxsən onun tərəfindən qarşılanır. Övladı xəstəliyi ucbatından yalnız qala bilmir, özünə qulluq edə bilmir, hətta özünü idarə edə də bilmir. Ona görə də onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyən edilməsi zərurəti yaranmışdır. Bu səbəblə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Qeyd etmişdir ki, digər övladı da epilepsiyadan əziyyət çəkir. O, həyat yoldaşı ilə ayrıldığına görə övladları təkcə onun himayəsinə möhtac qalır. Onlara ondan başqa heç kim xidmət göstərə bilmir. Qoşmaya əlavə edilmiş Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən verilmiş elektron arayışdan da göründüyü kimi övladı sağlamlıq imkanları məhdud uşaqlar qrupuna daxildir və ona anadan gəlmə hidrosefaliya süst hemiplegiya, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, fiziki inkişaf yaş normasından aşağı olması, sol yuxarı və aşağı ətraflarda hərəkət məhdudluğu diaqnozu qoyulmuşdur. Qoşmaya əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamədən də göründüyü kimi onların nikahı 17 oktyabr 2013-cü il tarixində pozulmuşdu. Qoşmaya əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən də göründüyü kimi Mirzəyeva Nazlı xx.xx.2005-ci il tarixində dünyaya gəlmişdir və onun atası Zamir, anası isə Billurədir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qızı artıq yetkinlik yaşına çatmış, hazırda onun 18 yaşı var. O, anadangəlmə xəstədir və onda uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırlmış) xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Xaçmaz rayonu İ.H.B-nin Qusarçay i.ə.v. üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ №700920 saylı, 13 iyul 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Mirzəyeva Nazlı Zamir qızı 23 dekabr 2005-ci il tarixdə Qusarçay kəndində anadan olmuşdur, atası X6, anası isə X1r. - Abşeron rayonu qeydiyyat şöbəsinin AZ-İ № 278184 saylı, 13 oktyabr 2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X3 arasında olan nikah 13 oktyabr 2017-ci il tarixdə 274 saylı akt qeydi ilə ləğv edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 04 oktyabr 2023-cü il tarixli arayışına əsasən Mirzəyeva Nazlı Zamir qızı sağlamlıq imkanları məhdud uşaqdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nin ********** saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən 23 dekabr 2005-ci il təvəllüldlü Mirzəyeva Nazlı Zamir qızına uşaq serebral iflici diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 312 saylı rəyindən görünür ki, Mirzəyeva Nazlı Zamir qızında uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə valideynləri qohum olmaqla xalaqızı-xalaoğlu olması, doğuş travması ilə anadan olması, serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqinin zəif inkişaf etməsi, tək-bir sözlərdən ibarət olması bununla əlaqədar əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması, Bakı Uşaq Nevroloji Xəstəxanasında müayinə edilərək ona “Ağır dərəcəli əqli gerilik” diaqnozu təyin edilməsi, əqli geriliyi, narahatlığı, öz-özünü vurması, fizioloji ifrazatları ilə natəmiz olması, xəstəliyi ilə əlaqədar köməkliklə yeriməsi, “Anadangəlmə hidrosefaliya. Süst hemiplegiya .Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Fiziki inkişafı yaş normasından aşağıcır. Sol yuxa və aşağı ətraflarda hərəkət məhdudluğu” diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi, hər hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı ağır dərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Mirzəyeva Nazlı Zamir qızında uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. Mirzəyeva Nazlı Zamir qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasın dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mirzəyeva Nazlı Zamir qızı tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mirzəyeva Nazlı Zamir qızı onda müəyyən edilən uşaq serebral iflici, ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2005-ci il təvəllüdlü Mirzəyeva Nazlı Zamir qızının psixi xəstəliyi iş materiallarında olan sənədlərlə sübut olunduğundan, Mirzəyeva Nazlı Zamir qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü Mirzəyeva Nazlı Zamir qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-352/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-352/2024
23.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver