Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3523/2021 07.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, 26.10.1993-cü il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və qətnamənin icrasının maraqlı şəxsə həhalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 26.10.1993-cü il təvəllüdlü qızı X4 anadan gəlmə sağlamlıq imkanları məhdud uşaq olub. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitaziya Xidmətinin 1 saylı TSEK-nin rəyinə əsasən X3 iflic diaqnozu ilə əmək qabiliyyəti olmayan İ qrup müddətsiz əlillik dərəcəsi təyin olunmuşdur. Daim kənar şəxsin qulluğuna ehtiyacı var. Öz hərəkətlərinin mənasını dərk etmir. Onun cəmiyyətə təhlükə yaratmaması üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını bilmədiyinə görə, onun daimi nəzarət altında olmaqla, tibbi yardım olunmasına ehtiyacı vardır. Bundan əlavə, vəfat etmiş həyat yoldaşının adma olan fərdi yaşayış evini vərəsəlik qaydasında öz adına rəsmləşdirmək istəmiş, Asan xidmətdən qızı xəstə olduğuna görə razılığını qəbul etməmiş və bildirmişlər ki, qızı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab ediləndən sonra, qəyyumu kimi onun adından sərəncam verə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8, 33.1-ci maddələrini, Azərbaycan Respublikası MPM-nin 305.1.3, 317.2, 320.2, 321.2-ci maddələrini nəzərə alaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 26.10.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Anası qrafasında Ərizəçi qeyd edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitaziya Xidmətinin 1 saylı TSEK-nin rəyinə əsasən X3 iflic diaqnozu ilə əmək qabiliyyəti olmayan İ qrup müddətsiz əlillik dərəcəsi təyin olunmuşdur. Daim kənar şəxsin qulluğuna ehtiyacı var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ambulator məhkəmə psixiatrik ekspertizasının 1499 saylı, 09.07.2021-ci il tarixli rəyindən görünür ki, X2 uşaq serebral iflici ilə əlqədar ağır əqli gerilik müəyyən olunur və o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub qismən təmin edilməli, 26.10.1993-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə qismən təmin edilsin. 26.10.1993-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3523/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3523/2021
07.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver