Məhkəmə qərarları › İş №2(004)-353/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-353/2023

28.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-353/2023 28.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X10 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X10 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İsmayılov Fərid lsmixan oğlunun, İsmayılov Rafiq lsmixan oğlunun və Cavabdeh3 lsmixan qızının İsmayılov lsmixan Hacıxəlil oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 16, mənzil 12-yə məcburi pay hüquqlarına 15000 manat, yəni hərəsinə 5000 manat kompensasiya verməklə xitam verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2003-cü il tarixdə X2 ilə nikah qeydiyyatından keçib ailə qurmuşlar. Birgə nikahlarından övladları olmamışdır. Birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 16, mənzil 12-ni almışlar. Sonradan həyat yoldaşı xəstələnmişdir. O, onun qulluğunda durmuş, sağlamlığının qayğısına qalmışdır. xx.xx.2013-cü il tarixdə həyat yoldaşı İsmayılov İsmixan ona vəsiyyətnamə vermiş və ona məxsus DƏDRX-də xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 16, mənzil 12-ni ona vəsiyyət etmişdir. X2 xx.xx.2014-cü il tarixində vəfat etmişdir. Mübahisəli mənzil 1 otaqdan ibarət olub, ümumi sahəsi 41.0 kv.m, yaşayış sahəsi 23.0 kv.m, yardımçı sahəsi 18.0 kv.mdir. Birgə nikah dövründə alındığı üçün mənzilin ½ hissəsi onun xüsusi mülkiyyətindədir. Qalan ½ hissədən isə vəsiyyətnamə ona verildiyindən həmin hissə payına əlavə edilmişdir. Cavabdehlər mərhum İsmayılov İsmixanın 1-ci həyat yoldaşından olan uşaqları X7, X8 və X9 məcburi pay verilmişdir. Miras əmlak birgə nikah dövründə alındığından və vəsiyyətnamə ilə ona pay verildiyindən, miras əmlakdan ona çatası pay çoxluq təşkil etdiyindən o, hesab edir ki, onların miras əmlakda olan payına 15000 manat kompensasiya verilməklə xitam verilməlidir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər X4, X5 və Cavabdeh3 X1 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 16, mənzil 12-yə məcburi pay hüquqlarına 16500 (on altı min beş yüz) manat, yəni hər birinə 5500 (beş min beş yüz) manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı xx.xx.2003-cü il tarixdə X2 ilə nikah qeydiyyatından keçib ailə qurmuşlar. Birgə nikahlarından övladları olmamışdır. Birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 16, mənzil 12-ni almışlar. Sonradan həyat yoldaşı xəstələnmiş, onun qulluğunda durmuş, sağlamlığının qayğısına qalmışdır. xx.xx.2013-cü il tarixdə həyat yoldaşı İsmayılov İsmixan ona vəsiyyətnamə vermiş və ona məxsus DƏDRX-də xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş Bakı şəhəri Yasamal rayonu Z.Əhmədbəyov küçəsi ev 16 mənzil 12-ni ona vəsiyyət etmişdir. X2 xx.xx.2014 cü il tarixdə vəfat etmişdir. Mübahisəli mənzil 1 otaqdan ibarət olub, ümumi sahəsi 41.0 kv.m, yaşayış sahəsi 23.0 kv.m, yardımçı sahəsi 18.0 kv.m-dir. Birgə nikah dövründə alındığı üçün mənzilin ½ hissəsi onun xüsusi mülkiyyətindədir. Qalan ½hissədən isə vəsiyyətnamə ona verildiyindən həmin hissə payına əlavə edilmişdir. Cavabdehlər mərhum İsmayılov İsmixanın 1-ci həyat yoldaşından olan uşaqları X7, X8 və Cavabdeh3 məcburi pay verilmişdir. Cavabdehlər X4, X5 və Cavabdeh3 X1 miras qalmış Bakı şəhəri Yasamal rayonu Z.Əhmədbəyov küçəsi ev 16 mənzil 12-yə məcburi pay hüquqlarına 16500 (on altı min beş yüz) manat, yəni hərəsinə 5500 (beş min beş yüz) manat kompensasiya verilməklə xitam verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfinən verilmiş rəy ilə razı deyildir. Ekspert yalnız çıxarışda olan sahəsini hesablayıb, lakin orada əlavə tiklilər də mövcudur. Həmin tiklilərin sahəsi təxmini 60 km-ə yaxındır. Lakin çıxarışda az qeyd olunub. Hazırki, mərhələdə heç bir kompensasiya məbləğindən söhbət gedə bilməz. İddiaçı həmin mənzildə yaşamaq istəyirsə yaşasın. Heç kim onun orda yaşamasına etiraz etmir. Həmin əmlak onlara atalarından miras qalmışdır. İddiaçı tərəfindən verilən kompensasiya cavabdehi qane etmir, azdır. Qeyd edilənlərə əsasən iddia tələbini kompensasiyanın məbləği hissəsində qəbul etmirlər. Digər cavabdehlər X10 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduqları ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdehlər məhkəmə iclasında işdirak etməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2003-cü il tarixdə X2 ilə nikah qeydiyyatından keçib ailə qurmuşlar. Birgə nikahlarından övladları olmamışdır. Birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 16 saylı evin, 12 nömrəli mənzilini almışlar. X2 xx.xx.2013-cü il tarixdə ona məxsus DƏDRX-də xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş Bakı şəhəri Yasamal rayonu Z.Əhmədbəyov küçəsi ev 16 mənzil 12-ni İddiaçı vəsiyyət etmişdir. X2 xx.xx.2014 cü il tarixdə vəfat etmişdir. Mübahisəli mənzil 1 otaqdan ibarət olub, ümumi sahəsi 41.0 kv.m, yaşayış sahəsi 23.0 kv.m, yardımçı sahəsi 18.0 kv.m-dir. İş materiallarında olan Mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, İsmixan İsmayılov və İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 16 saylı evin, 12 nömrəli mənzilini birgə nikah dövründə əldə etdiklərindən İddiaçı qeyd edilən əmlak üzrə ½ hissədə mülkiyyət hüququ verilmişdir. Həmçinin ¼ hissə üzrə paya vəsiyyət üzrə, ¼ hissə paya isə məcburi pay üzrə vərəsəlik şəhadətnaməsinin veriləcəyi qeyd edilmişdir. İş materiallarında olan Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 16 saylı evin, 12 nömrəli mənzilinə ¼ hissədə vəsiyyətnamə üzrə mülkiyyət hüququ əldə etmişdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, İddiaçı, Cavabdeh1, X10 və Cavabdeh3 qanun üzrə vərəsələr kimi tanınmışlar və Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 16 saylı evin, 12 nömrəli mənzilini onların hər birinə 1/16 hissədə pay hüququ ilə əldə etmişlər. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarşdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 16 saylı evin, 12 nömrəli mənzili 3/16 hissədə İddiaçı xüsusi mülkiyyətindədir, həmin mənzildə hər birinə müvafiq olaraq 1/16 hisssədə olmaqla Cavabdeh1, X5 və Cavabdeh3 mülkiyət hüququ vardır. İş materiallarında olan Məhkəmə ekspertiza mərkəzinin 10/207-9-258 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 16 saylı evin 12 saylı mənzilin 1/16 hissəsinin 2,57 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Sôzügedən mənzilin 3/16 hissəsinin 13/16 hissəyə münasibətdə cuzi sayılıbsayılmamasını müəyyən etmək tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 16 saylı evin 12 saylı mənzilin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrllmasının "İnşaat Norma və Qaydaları" 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhhətdn mümkün olmadığı müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 16 saylı evin 12 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 82000 (səksən iki min) manat (41.0 x 2000) məbləğində müəyyən edilmişdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası MM-in 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd edilir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Eləcə də adıçəkilən qərarda qeyd edilmişddir ki, göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. .... Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Beləliklə qeyd olunanları, iş üzrə təqdim edilmiş sübutları, mülki qanunivericiliyi həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, idddiaçı İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 16 saylı evin, 12 nömrəli mənzilinin 13/16 hissəsinə mülkiyyət hüququ ilə sahib olmaqla, həmin mənzildə yaşayır və ondan istifadə etməkdədir. İş materiallarından görünür ki, cavabdehlərin hər birinin payı 1/16 hisssədədir. Beləliklə iddiaçının mübahisəli mənzildə payının cavabdehlərin payına münasibətdə fərqini, cavadehlərin ümumi əmlakdan istifadə edilməsində mühüm mənafelərinin olmamasını, bunun əksini təsdiq edən sübutların cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməməsini, həmçinin mənzilin naturada bölgüsünün qeyri-mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 hər birinə 5500 (beş min beş yüz) manat məbləğində (ümumilikdə 16500 (on altı min beş yüz) manat) kompensasiya verilməklə paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilə cavabdehlər Cavabdeh1 1/16, X5 1/16 və Cavabdeh3 1/16 hissədən ibarət olan mülkiyyət hüquqlarına xitam verilməli, Cavabdeh1, X8 və Cavabdeh3 kompensasiya ödənilməsi və mənzilə mülkiyyət hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, Cavabdeh1, X3 və Cavabdeh3 müştərək qaydada məhkəmə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 hər birinə 5500 (beş min beş yüz) manat məbləğində (ümumilikdə 16500 (on altı min beş yüz) manat) kompensasiya verilməklə paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilə cavabdehlər Cavabdeh1 1/16, X5 1/16 və Cavabdeh3 1/16 hissədən ibarət olan mülkiyyət hüquqlarına xitam verilsin. Cavabdeh1, X8 və Cavabdeh3 kompensasiya ödənilməsi və mənzilə mülkiyyət hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunsun. Cavabdeh1, X3 və Cavabdeh3 müştərək qaydada məhkəmə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar