Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3539/2023 02.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi X15, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İsgəndər oğlu, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin özbaşına tikilidən ailə üzvləri ilə birlikdə çıxarılması və həmin tikilidən ibarət olan əmlakın iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin özbaşına tikilidən ailə üzvləri ilə birlikdə çıxarılması və həmin tikilidən ibarət olan əmlakın iddiaçıya qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu, X19 adlanan ərazisində yerləşən, Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saykl MİKS-i tərəfindən 117 saylı özbaşına tikili kimi İddiaçı adına qeydə alınmış tikilidən Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılaraq, həmin tikilidən ibarət olan əmlakı sahibi İddiaçı qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1980-cı illərdə Bakı şəhəri Yasamal rayonu, Qanlıgöl adlanan yerdə vətəndaşlar tərəfindən özbaşına evlər inşa edilərək qəsəbə salınırdı. Həmin vaxt bu məsələyə dövlət tərəfindən razılıq verilsə də, sənədləşdirmə həyata keçirilmirdi. O da, başqaları kimi ailəsiylə birlikdə, 1987-1988-ci illərdə həmin Qanlıgöl adlanan ərazinin qərb sahilində özbaşına tikili inşa edib yaşamışdılar. Azərbaycanda bələdiyyələr yarandıqdan sonra ərazi, o cümlədən onun istifadə etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətinə verilmişdir. 2012-ci ilin may ayında, hazırda cavabdeh olan Cavabdeh1 ilə kirayə müqaviləsi bağlayaraq, ailəsi ilə birlikdə yaşamaq üçün həmin tikilini onlaraq bir il müddətinə kirayə vermişdir. 2013-cü ilin iyul ayında kirayə müqaviləsini yeniləyərək, yenidən bir il müddətinə bağlamışdılar. Kirayə müqaviləsinin müddəti bitdikdən sonra aralarında olan şifahi razılaşmaya görə müqavilə yeni müddətə uzadılmışdır. 2015-ci ildən başlayaraq cavabdeh kirayə pulunu verməkdən boyun qaçırmağa başlamışdır. Eyni zamanda kommunal xərcləri də ödəməyə məcbur olmuşdur. Cavabdehdən ona məxsus tikilini boşaltmağı tələb etsə də, onlar tikilini boşlatmaqdan imtina etmiş və güc tətbiq edərək onu və ailə üzvlərini əraziyə buraxmamışdırlar. 2015-ci ildə Cavabdeh2 onu şərləmək məqsədilə polisə ərizə vermiş və bildirmişdir ki, guya ona 4000 (dörd min) manat borca pul verib, ondan geri ala bilmir. Onun verdiyi şikayət üzrə təhqiqat aparılmış və tələbinin yalan olması müəyyən edilmişdir. Təhqiqat materiallarından da (cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardam) görünür ki, Gülbəniz özlərini kirayəçi, onu isə evin sahibi kimi göstərmişdir. Təqribən 2019-cu ildən tikilinin yerləşdiyi ərazinin torpaqları bələdiyyə tərəfindən Abşeron MMC-yə özgəninkiləşdirilmiş və həmin torpaq sahəsi Abşeron MTK-nın mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra yeni torpaq mülkiyyətçisi Abşeron MTk ərazinin boşaldılmasını və tikilinin öz hesabına sökülüb götürülməsini ondan tələb edir. O isə tikilidə istifadə etdiyi inşaat materiallarını (kubik daşı, taxta materialı, dam örtüyü və s.) söküb aparmaq istəsə də, cavabdehlər tikilini boşaltmırlar və güc tətbiq edərək sökməyinə imkan vermirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məsələnin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən tikilini o inşa etmiş, həmin tikilidə istifadə olunan inşaat materialları ona məxssdur. Mübahisəli halı isə cavabdehlərin onu, ona məxsus əmlaka sahiblikdən qanunsuz məhrum etməsidir. İş materiallarına əlavə etdiyi Bakı şəhəri Yasamal rayon İH Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİSi tərəfindən xx.xx.2015-ci il tarixdə, xx.xx.2016-cı il tarixdə və xx.xx.2023-cü il tarixdə verilmiş, cəmi 3 ədəd arayışların məzmunundan görünür ki, 22 saylı MİKS-də X19 sahilində inşa edilmiş tikililərin nömrələnmiş siyahısı vardır və həmin siyahıda tikililərin sahiblərinin adı qeydə alınmışdır. Həmin siyahıya əsasən 117 nömrəli tikilinin sahibi İddiaçı qeydə alınmışdır. 27 may 2012-ci il tarixli 1 saylı və 10 iyul 2013-cü il tarixli 2 saylı “ev kirayəsi” müqavilələrindən görünür ki, Qanlı Göl yaşayış massivinin qərb sahilində, 6 sot torpaqda yerləşən ev barəsində tərəflər arasında hər biri bir il müddətinə olmaqla, kirayə müqaviləsi bağlanmışdır. Müqavilədə tərəflərin rekvizitləri, pasport nömrələri və telefon nömrələri qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş məişət qazının alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, “Azəriqaz” İB ilə İddiaçı arasında Qanlı Göl, ev 1, mənzil 2 A ünvanında mənzilə tibbi məişət qazının verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı tərəfindən mütəmadi ödənişlər həyata keçirilmişdir. "xxxx" ASC-nin ödəniş hesab saldosundan çıxarışdan görünür ki, İddiaçı 2011-ci ildən 2023-cü il tarixədək X19 sahilində yerləşən evin işıq təhcizahına görə fasiləsiz ödənişlər həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş 162 nömrəli aktın məzmunundan görünür ki, İddiaçı yaşadığı 117 saylı evdə ölçülər aparılmışdır. Yasamal RPİ-si TŞ-nin baş təhqiqatçısı polis mayoru Məhərrəm Hüseynovun 14 fevral 2015-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cavabdeh Rzayeva X4 Mahirə məxsus evdə kirayəçi kimi yaşamağa başladıqları faktı tam sübuta yetirilir. Hal-hazırda isə torpaq mülkiyyətçisinin tələbi ilə əmlakını götürməyə maneçilik yaratmaqla, onu öz əmlakından məhrum etmişlər. Ona görə də cavabdehlərin ona məxsus əmlakı məcburi qaydada azad etmələri və sahibliyinə qaytarmaları haqqında məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İsgəndər oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, cavabdehlər 2010-cu ildən həmin mənzildə yaşayırlar. 2012-ci ildən müqavilə bağlayıblar. Orda ev tikiblər. Artıq 13 ildir ki həmin ünvanda yaşayırlar. Tərəflər arasında mübahisəli mənzilin alqı-satqısına dair şifahi müqavilə var. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən Yasamal rayon MKTB-nin 22 saylı MKİS-nin nümayəndəsi X6 bildirmişdir ki, hazırki ünvan siyahıda İddiaçı məxsusdur. Tərəfindən imzalanmış 162 saylı ölçü aktını da təsdiq edir, bildirir ki, 2 köməkçi sahə, mətbəx, dəhliz, hamam, tualet, 2 otaq və tövlə mövcuddur. Eyni zamanda tərtib etdikləri aktda da qeyd olunduğu kimi, əlavə tikinti aparılarsa qeydiyyata alınmır. X16 ifadəsində bildirdi ki, cavabdeh X5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh X9 ailəsi ilə birlikdə 2012-ci ildən bəri həmin mənzildə yaşayır. O, iddiaçını ümumiyyətlə 2 dəfə həmin ünvanda görmüşdür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Bakı şəhəri Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 fevral 2015-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə İddiaçı barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Qərarın məzmunundan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, 2011-ci ildən hal-hazırda yaşadığı evə ailəsi ilə köçərək ev sahibi Mahirə kirayə pulu 120 manat versələr də, ev sahibi Mahirin onlarla müqaviləni 50 manata bağlamış, həmin vaxt ev sahibindən səbəbini soruşduqda Mahirin onlarla müqaviləni 50 manata bağlatmış. Həmin vaxt ev sahibindən səbəbini soruşduqda Mahirin onlara aldığı pulun hamısını müqavilədə göstərdikləri halda verdi ödəməli olacağını bildirmişdir. Təxminən 2014-cü ilin aprel ayının 25 ev sahibi Mahirin kirayə pulunualmaq üçün onlara gəldiyini və həmin vaxt Mahirin onlardan iki ay müddətinə qaytarmaq şərti ilə borc pul istədiyindən Cavabdeh2 evdə xəstə uşağını müalicə etdirmək üçün yığdığı 4000 manat pulu Mahirə vermişdir. Həmin söhbətdən təxminən iki ay keçdikdən sonra Cavabdeh2 ev sahibi Mahirin pulu qaytarmadığını görüb onunla əlaqə saxlayıb borclu olduğu pulu istədikdə Mahirin onu və ailəsini hədələyərək pulu verməyəcəyini bildirmişdir. Vətəndaş Cavabdeh2 ev sahibi Mahir adlı şəxsə borc verdiyi pulu rəfiqələri Kəmalə Məmmədova və Valeriya Sergeyevnanın yanında verdiyini qeyd etmişdir. Araşdırma zamanı izahatları alınmış X2 və X7 eyni məzmunlu izahat verərək xx.xx.2014-cü il tarixdə rəfiqələri Gülbənizin onların yanında kirayə qaldığı evin sahibi Mahir adlı şəxsə 4000 manat borc pul verdiyini təqsdiqləmişlər. Araşdırma zamanı izahatı alınmış Səbail rayonu, M.Hüseyn küçəsi ev 90 mənzil 9-da yaşayan İddiaçı bildirmişdir ki, 2012-ci ildə ona məxsus Yasamal rayonu Qanlı Göl yaşayış massivində yerləşən fərdi yaşayış evini Cavabdeh1 müqavilə əsasında kirayə vermiş və əvvəlcə müqaviləni 50 manata bağlayaraq, 2013-cü ildə ikinci müqaviləni 120 manata bağlamış və hal-hazırda kirayənişinlərin hər ay 120 manat kirayə pulu alır. Vətəndaş İddiaçı əlavə qeyd etmişdir ki, hal-hazırda evində kirayə yaşayan şəxslərin komunal xidmətlərə xeyli borcları yığıldığından onlara müqaviləni xitam etdirəcəyini və bu səbəbdən də evdən çıxmalarını bildirmiş və ev sahibi Gülbəniz adlı qadını və onun ailə üzvlərini hədələmədiyini, nə də onlara qeyd edilən məbləği borc olaraq almadığını bildirmişdir. Toplanmış material üzrə Cavabdeh2 İddiaçı tərəfindən hədə-qorxu gəlinməsi faktı real olmadığından, aralarında yaranmış borc məsələsi mülki hüquqi münasibətlər kateqoriyasına aid edildiyi müəyyən edildiyibdən əməllərində cinayət tərkibi olmadığı üçün xx.xx.2015-ci il tarixdə İddiaçı barəsində CPM-nin 39.1.2 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanması Yasamal RPİ 29-cu PB-nin təhqiqatçısı, polis kapitanı Kamil Rahmanov tərəfindən rədd edilmişdir. Lakin xx.xx.2015-ci il tarixdə material üzrə Kamil Rahmanov tərəfindən qəbul edilmiş qərar Yasamal rayon prokurorluğu tərəfindən ləğv edilmiş və material əlavə araşdırılması üçün Yasamal RPİ-nin Təhqiqat Şöbəsinə qaytarılmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 3-21-3-02/2-11458/2023 nömrəli sorğuya cavab məktubdan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarına əsasən Bakı şəhəri Yasamal rayonu, Yeni ünvan 2 ünvanın dövlət reyestrində qeydiyyatda keçməsi barədə məluamt aşkar edilməmişdir. “Azəriqaz” İB ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli AKX- 03186xx/xx-2021 nömrəli müqavilədən görünür ki, müqavilə üzrə “paylayıcı” adlananan “Azəriqaz” İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “istehlakçı” adlanan İddiaçı (Y.Yasamal, Qanlı Göl, ev 1, mənzil 2 A) keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. **********00021 saylı abonent saldosundan görünür ki, xx.xx.2011-ci il tarixdə İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilinə Smart-G-4-İTRON tiplu qaz sayğacı quraşdırılmışdır. **********00025 saylı abonent kartına dair xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı yaşadığı ünvan 4 ünvanı üzrə xx.xx.2021-ci il tarixdə 100, xx.xx.2021-ci il tarixdə 50, xx.xx.2020-ci il tarixə 100, xx.xx.2020-ci il tarixə 100, xx.xx.2020-ci il tarixə 100, xx.xx.2020-ci il tarixə 200 manat məbləğində ödəniş edilmişdir. **********00021 saylı abonent koduna dair arayışdan görünür ki, İddiaçı tərəfindən Y.ünvan 5 ünvanı üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 150 manat məbləğində zenner smart sayğaca olan ödənişlər edilmişdir. "xxxx" ASC Yasamal Rayon Sukanal idarəsi üzrə ödənişlərin siyahısından görünür ki, istehlakçı İddiaçı tərəfindən (abonent kodu ********************0 olan) ünvan 6 ünvanında yeləşən mənzilə göstərilmiş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə xx.xx.2015-ci il tarixdə 20, xx.xx.2019-cu il tarixdə 50, xx.xx.2021-ci il tarixdə 100 manat olmaqla, ümumilikdə 170 manat ödəniş edilmişdir. Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-nin xx.xx.2015-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də Qanlı-gölün qərb sahili massivində heç bir sənədi olmayan özbaşına tikilidə qeydiyyatsız yaşayır. Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-nin xx.xx.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də Qanlı-gölün qərb sahilində heç bir icazə sənədi olmayan özbaşına şərti nömrəsi 117a olan tikilidə qeydiyyatı olmadan yaşayır. Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 22 saylı MKİS-də mövcud olan Qanlı-gölün qərb sahili adlanan ərazidə özbaşına tikililərin siyahısında İddiaçı şərti nömrəsi 117 olan tikili siyahı üzrə göstərilmişdir. X10 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1 nömrəli “ev kirayəsi” müqaviləsindən görünür ki, kirayə verən şəxs (ev sahibi) X3-göl yaşayış massivinin qərb sahili, ev 2 (6 sot) ünvanda yerləşən on otaqdan bir otağı kirayəyə götürən (kirayəçi) Cavabdeh1 kirayəyə verir. Kirayə haqqı 50 (əlli) azn olmaqla, hər ay qabaqcadan ödənilir. Müqavilənin müddəti 1 ildir. X10 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 2 nömrəli “ev kirayəsi” müqaviləsindən görünür ki, kirayə verən şəxs (ev sahibi) X3-göl yaşayış massivinin qərb sahili, ev 2 (6 sot) ünvanda yerləşən evini kirayəyə götürən (kirayəçi) Cavabdeh1 kirayəyə verir. Kirayə haqqı 0 (sıfır) azn olmaqla, hər ay qabaqcadan ödənilir. Müqavilənin müddəti 1 ildir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli iddia müddətinin tətbiqi barədə ərizənin məzmunundan görünür ki, hesab edirlər ki, həmin iddia ilə əlaqədar iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı ilə cavabdeh arasında mənzilin boşaldılması ilə əlaqədar mübahisə 2015-ci ildə başlamış, iddiaçı bununla əlaqədar Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, iddiası baxılmamış saxlanılmış, həmin vaxtdan həmin tələblə əlaqədar cavabdehə heç bir müraciət ünvanlanmamışdır. MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. İddiaçı 8 il müddətində qeyd olunan tələblə əlaqədar cavabdehə müraciət etməmişdir. Qeyd olunanları və iddia müddətinin ötürülməsini əsas tutaraq iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3999/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı “mənzildən çıxarılma, maddi və mənəvi ziyan tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. 2 noyabr 2023-cü il saylı yerində müayinə protokolundan görünür ki, 2 noyabr 2023cü il tarixdə saat 12:00-da Bakı şəhəri, Yasamal rayonu, X19 sahili, Yasamal rayonu İcra hakimiyyəti MKTB-nin 22 saylı MİKS- tərəfindən 117 saylı özbaşına tikili kimi qeydə alınan ünvana yerində müayinə keçirilən zaman müəyyən olunmuşdur ki, ünvanda 2 yaşayış otağı, dəhliz, mətbəx, hamam, tualet üçün istifadə olunan otaq mövcuddur. Eyni zamanda Yasamal rayon MKTB-nin 22 saylı MKİS-nin nümayəndəsi X6 bildirmişdir ki, hazırki ünvan siyahıda İddiaçı məxsusdur. Tərəfindən imzalanmış 162 saylı ölçü aktını da təsdiq edir, bildirir ki, 2 köməkçi sahə, mətbəx, dəhliz, hamam, tualet, 2 otaq və tövlə mövcuddur. Eyni zamanda tərtib etdikləri aktda da qeyd olunduğu kimi, əlavə tikinti aparılarsa qeydiyyata alınmır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl yaşayış massivinin qərb sahilində yerləşən ərazidə özbaşına tikili inşa etdirmiş, həmin tikili Yasamal rayonu İcra hakimiyyəti MKTB-nin 22 saylı MİKStərəfindən 117 saylı özbaşına tikili kimi qeydə alınmışdır. O Cavabdeh1 ilə xx.xx.2012-ci il tarixdə 1 il müddətinə kirayə müqaviləsi bağlayaraq həmin fərdi yaşayış evini cavabdehlərin istifadəsinə vermişdir. Daha sonra xx.xx.2013-cü il tarixdə tərəflər arasında təkrarən kirayə müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehə mülkiyyətində olan fərdi yaşayış evindən çıxması, evin boşaldılması ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdehlər onun mülkiyyətindən çıxmaqdan imtina edir. Bu səbəbdən İddiaçı mülkiyyət hüquqlarını pozur, fərdi yaşayış evindən öz istədiyi kimi istifadə etmək hüququnu məhdudlaşdırır. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir. Cavabdehlər mübahisəli evi iddiaçının satdığını bəyan etsə də, bu, onların əsaslı olduğuna dəlalət etmir. Çünki, iş materiallarında olan sənədlərlə qeyd olunan evin (özbaşına tikilinin) iddiaçıya məxsus olduğu təsdiq edilmişdir. Cavabdehlərin qeyd olunan evə dair heç bir hüquqları yoxdur. Mübahisəli evə iddiaçının mülkiyyət hüququ qeydə alınmasa da, mülkiyyətçi hüquqları əmlaka sahiblik edən şəxs kimi ona da mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları isə istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır: 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl yaşayış massivinin qərb sahilində yerləşən 117 saylı fərdi yaşayış evindən çıxarılmalı və həmin ev boşaldılaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl yaşayış massivinin qərb sahilində yerləşən 117 saylı fərdi yaşayış evindən çıxarılsın və həmin ev boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3539/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3539/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver