Məhkəmə qərarları › İş №2(004)-3548/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3548/2024

23.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3548/2024 23.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialını maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialını maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Keçmiş Oktyabr rayon X18 İcraiyyə Komitəsinin, indiki Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 020070 №-li orderində qeyd olunan “X9”' kimi göstərilmiş şəxsin Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1957-ci ildə Neftçala rayonunda anadan olmuşdur. Onun İV-5KF 311195 №-un, xx.xx.1976-cı il tarixli doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adı, soyadı “X11” kimi yazılmışdır. Sonradan ərizəçi rəsmi dövlət nikah qeydiyyatından keçdikdən sonra “Niflullayeva” soyadını "xxxx" soyadına dəyişmişdir. Qeyd etdi ki, keçmiş Oktyabr rayon X18 İcraiyyə Komitəsinin, indiki Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 020070 №-li orderinə əsasən, Bakı şəhəri, Yeni Yasamal-2 ünvanında yerləşən 3 saylı evin 167 saylı mənzili ərizəçinin adına qeydiyyata alınmışdır. Lakin həmin orderdə ərizəçinin adı “X10” kimi yazılmışdır. Ərizəçi uzun illərdir ki, həmin ünvanda yaşayır, həmçninin mənzilin dəyərini tam ödəmişdir. Bununla bağlı AR Bakı şəhər İcra Hakimiyyəti nəzdində 186 saylı MTK tərəfindən xx.xx.2017-ci il tarixli, 85 №-li maliyyə arayışı da verilmişdir. Ərizəçi sözü gedən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən qanunvericiliyin tələblərinə uyğun olaraq arxiv sənədlərinə zərurət yaranmışdır. Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət edilmiş, Arxiv-İdarəsinin xx.xx.2022-ci il tarixli, BA-00302-2022 N-li məktubunda Keçmiş Oktyabr rayon xalıq Deputatları Soveti İcraiyyə Komitəsinin, indiki Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci i. tarixli, 57 saylı sərəcamlarının olduğunu qeyd etsələr də lakin vətəndaş X6 barədə heç bir məlumatın olmadığı qeyd edilmişdir. Göründüyü kimi mənzilin sənədləşdirilməsi üçün əsas olan hüquqmüəyyən edici sənədlərlə ərizəçinin əsaslı sənədi arasında uyğunsuzluq vardır. Bu da qanunun tələblərinə zidd olduğuna görə mənzilin sənədləşməsində böyük manelər yaradır. Bu səbəbdən də hazırki, ərizə ilə məhkəməyə müraciət edir. Belə ki, ərizəçinin atasının adı X7r, ərizəçiyə məxsus doğum haqqında şəhadətnamədə isə atasının adı X3 yazılmışdır. Bundan başqa mübahisənin əsas predmeli olan Bakı şəhəri, Yeni Yasamal-2 ünvanında yerləşən 3 saylı evin 167 saylı mənzil ərizəçinin adına qeydiyyata alınarkən həmin mənzilə dair orderdə qeydiyyata alınan şəxsin adı X2 yazılmışdı. Yuxarıda qeyd olunan məlumatlarla ərizəçinin hal-hazırda şəxsiyyət vəsiqəsindəki məlumatları arasında uyğunsuzluq vardır. Bu səbəbdən də sözü gedən mənzili özəlləşdirmək mümkün olmamışdır. Bunu da bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, **********43 Ms-li, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə həmin uyğunsuzluq ucbatından mənzili özəlləşdirməyin mümkün olmadığını bildirmişlər. Məhkəmə gedişatında ərizəçi ərizəsinə dəqiqləşdirmə verərək, Keçmiş Oktyabr rayon X18 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 020070 №-li orderin xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanlarla eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nizami rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İV-ЖГ seriyalı, 311195 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 1957-ci il tarixdə Neftçala rayonunda anadan olmuşdur. X1r. Oktyabr rayon X18 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 020070 №-li orderdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 3 saylı evin, 167 saylı mənzilə dair order X5 verilmişdir. Ailə üzvlərinə: 1. Niftullayeva S. A.-özü, 2. Nəsibova İ.S.-qızı, 3.Nəsibova M.S.-qızı daxildir. Bakı şəhəri Nizami rayonu VVAQ şöbəsi tərəfindən verilmiş V-ЖГ seriyalı, 344251 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 fevral 1990-cı ildə X4 ilə nikaha daxil olmuş, nikah bağlanandan sonra "xxxx" soyadını götürmüşdür. AR Bakı şəhər İcra Hakimiyyəti nəzdində 186 saylı MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 85 №-li maliyyə arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Yeni Yasamal-2, 3 saylı evin 167 saylı mənzildə yaşayır. Mənzilin dəyəri (10200 manat) tam olaraq, Ərizəçi tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab 30 may 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, 3 saylı evin, 167 saylı mənzili üzərində Ərizəçi hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 035/24 saylı, xx.xx.2024-cü il tarixli müraciətə baxılmış, müraciətə əlavə olunmuş 020070 saylı, xx.xx.1993- cü il tarixli orderdə müvafiq mənzilin X5 verildiyi qeyd olunsa da, şəxsiyyət vəsiqəsində Ərizəçi göstərilmişdir. Soyad və ata adında yaranmış uyğunsuzluqla bağlı hər hansı sənəd əlavə olunmamışdır. Yuxarıda göstərilən uyğunsuzluq aradan qaldırıldıqdan və sənədlərdə düzəliş edildikdən sonra müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbayca Respublikası Dövlət Arxivinin Bakı filialının 24 sentyabr 2024-cü il tarixli, 3-48-2F/2-2002/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Yasamal RİH-nin arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli, 57 saylı sərəncamları Dövlət Arxivinin Bakı filialında mövcud olsa da, həmin sərəncamlarda X8 barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin sorğuya cavab 08 oktyabr 2024-cü il tarixli, 5-21/2-1399/2024 saylı məktubuna qoşma olaraq, göndərilmiş Oktyabr rayon X18 İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli, 020070 №-li orderin təsdiq olunmuş surətinə əsasən, Bakı şəhəri, Yeni Yasamal-2 ünvanında yerləşən 3 saylı evin 167 saylı mənzili X5 verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri hüquq müəyyənedici sənəd kimi tanınmışdır. Məhkəmə, tədiq edilmiş sübutlar əsasında o qənaətə gəlir ki, Keçmiş Oktyabr rayon X18 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 020070 №-li orderində ərizəçinin adı yanlış olaraq, “X9” kimi qeyd edilmişdir. Qeyd edilən order hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin dəyişdirilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı ərizəçinin atasının adının “Azər” deyil “Hazər” olması iş materiallarında olan digər sənədlərlə sübuta yetirildi. Habelə, ərizəçi nikaha daxil olduqdan sonra "xxxx" soyadını götürmüşdür. Bu halda ərizəçinin ərizəsi əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Keçmiş Oktyabr rayon X18 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 020070 №-li orderinin xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Keçmiş Oktyabr rayon X18 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 020070 №-li orderinin xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar