Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3549/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh İsrafilov X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Həsənağa oğlunun cavabdehlər Cavabdeh2 və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı "mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması, buraxılan müddətin bərpası, notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə qərarın ləğvi, miras paylarının müəyyən edilməsi və mirasın bölünməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Həsənağa oğlu cavabdehlər Cavabdeh2 və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı "mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması, buraxılan müddətin bərpası, notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə qərarın ləğvi, miras paylarının müəyyən edilməsi və mirasın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar və cavabdeh mərhum X1 övladları, yəni qanun üzrə vərəsələridirlər. X2 xx.xx.2017-ci il tarixdə vəfat etmiş və həmin tarixdən miras açılmışdır. Mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla AZ 1094, ünvan 1 ünvanında yerləşən və mərhumun xüsusi mülkiyyətində olan daşınmaz əmlak miras əmlak mirasın açıldığı anda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, sözügedən daşınmaz əmlakla bağlı mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Əmlaka çıxarış əldə edildikdən sonra iddiaçılar tərəfindən miras payının müəyyən edilməsi məqsədilə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət edilmiş, lakin sonuncu tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı müddətin iddiaçılar tərəfindən ötürülməsi əsası ilə imtina edilmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh İsrafilov X5 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər cavabdeh 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla AZ 1094, ünvan 1 ünvanında yerləşən bağ evi X1 mülkiyyətindədir və hüququn qeydiyyat tarixi xx.xx.2023-cü ildir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində açılmış xx.xx.2023-cü il tarixli 8V-104 reyestr nömrəli vərəsəlik işinə əsasən müəyyən olunur ki, vərəsəlik işi üzrə miras əmlakın qəbul edilməsi ilə bağlı ərizə Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Həsənağa oğlu tərəfindən isə xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə ünvanlanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X2 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli “Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi haqqında” qərara əsasən müəyyən olunur ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Həsənağa oğluna notariat hərəkətləri aparmaqdan imtina edilmiş və notariusun hərəkətlərindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Həmin qərarın təsviri-əsaslandırıcı hissələrində qeyd olunan hüquqi mövqeyə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, X2 xx.xx.2017-ci il tarixdə vəfat etmiş və bununla da vərəsəlik açılmışdır. Mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla AZ 1094, ünvan 1 ünvanında yerləşən və mərhumun xüsusi mülkiyyətində olan daşınmaz əmlak miras əmlak mirasın açıldığı anda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, sözügedən daşınmaz əmlakla bağlı mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə X1 adına dövlət qeydiyyatına alınmışdır. Əmlaka çıxarış əldə edildikdən sonra iddiaçılar tərəfindən miras payının müəyyən edilməsi məqsədilə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət edilmiş, lakin sonuncu tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı 6 aylıq müddətin iddiaçılar tərəfindən ötürülməsi əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi "mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması, buraxılan müddətin bərpası, miras paylarının müəyyən edilməsi və mirasın bölünməsi” hissəsində əsaslıdır və təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla AZ 1094, ünvan 1 ünvanında yerləşən miras əmlakına dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış və iddiaçılar tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə yazılı qaydada notariat ofisinə müraciət edilmişdir. Odur ki, mirasın qəbulu üçün buraxılan 6 illik müddət üzrlü hesab edilərək bərpa edilməlidir. Belə ki, müəyyən edilir ki, mirasın qəbulu üçün müəyyən edilmiş 6 aylıq müddətin buraxılmasına səbəb iddiaçıların hüquqi intizamsızlığı deyil, miras predmeti olan daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün prosedurların gözlənilməsi olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini rəhbər tutaraq 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin “Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi haqqında” qərarını qanuni və əsaslı hesab edir. Nəzərə almaq lazımdır ki, müvafiq ərizələr miras qoyan X1 vəfatından 6 il sonra verilmişdir. Bu səbəbdən, iddia tələbi notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə qərarın ləğv edilməsi hissəsində təmin edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Həsənağa oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla AZ 1094, ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbulu üçün buraxılan müddət bərpa edilməli, miras payları vərəsələr arasında müəyyən edilməli və miras əmlakı vərəsələr arasında qanunla müəyyən edilmiş qaydada 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən bölünməlidir. İddia tələbi notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə qərarın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Həsənağa oğlunun cavabdehlər Cavabdeh2 və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı "mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması, buraxılan müddətin bərpası, notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə qərarın ləğvi, miras paylarının müəyyən edilməsi və mirasın bölünməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Həsənağa oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1336 (yeni qaydalarla AZ 1094, ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbulu üçün buraxılan müddət bərpa edilsin. Miras payları vərəsələr arasında müəyyən edilsin. Miras əmlakı vərəsələr arasında qanunla müəyyən edilmiş qaydada 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən bölünsün. İddia tələbi notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə qərarın ləğv edilməsi hissəsində təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-3549/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3549/2023
27.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver