Məhkəmə qərarları › İş №2(004)-3564/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3564/2021

24.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3564/2021 24.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-ə qarşı “aktın və akt əsasında hesablanmış borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-ə qarşı “aktın və akt əsasında hesablanmış borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəmənin mülki işin kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və onun nümayəndəsi və vəkilinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməyə əsasən müəyyən olnuur ki, Cavabdeh ASC hüquqi şəxs kimi vergi ödəyicisidir. (VÖEN **********) AZEMİS elektron sistemindən çıxarışa əsasən görünür ki, İddiaçı adına qeydiyyatdan keçmiş ********** nömrəli VÖEN mövcuddur və “VİP Express” çamaşırxana və quru təmizləmənin rəhbəridir. İş materiallarında olan 007285 №-li akta əsasən müəyyən olunur ki, qeyd edilən akt Nərimanov Rayonu ərazisində yerləşən camaşırxanada tərtib olunmuşdur. Məhkəmə iddia ərizəsini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş materialları aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. İş üzrə iddiaçı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan olan fiziki şəxs, Cavabdeh ASC isə hüquqi şəxsdir və mübahisə predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirirlməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31,35,44,45,263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın və akt əsasında hesablanmış borcun ləğv edilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində, qərardaddan işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar