Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3574/2024 09.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızıın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Gəncə şəhəri 3 saylı Notariat Ofisinə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Gəncə şəhəri 3 saylı Notariat Ofisinə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 cavabdeh "xxxx" ASC-nin Gəncə filialı ilə onun arasında bağlanmış xx.xx.2008-ci il tarixli 45/7 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanda yerləşən evin yüklülükdən azad edilməsi, "xxxx" Hərrac Mərkəzi MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2008-ci il tarixli 45/7 saylı protokolun və həmin hərracın yekunlarının etibarsız hesab edilməsinə, həmin protokol əsasında aparılmış qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 cavabdeh "xxxx" ASC Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 45/7 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanda yerləşən əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kəpəz rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbləri barədə iddiası təmin edilmiş, cavabdeh X1 25000 manat məbləğində əsas, 57648,79 manat faiz borcu olmaqla Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, ev 60 nömrəli fərdi yaşayış evi iddiaçı "xxxx" ASCnin xeyrinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-77/16 saylı mülki iş üzrə 29 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.Hüseynzadə) iddia müddəti keçdiyinə görə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1394/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 25000 manat əsas borc və 8005 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 33005 manat məbləğində pulun X1 tutularaq "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. X2 "xxxx" ASC-yə olan 33005 manat məbləğində borcunun ipotekaya qoyulmuş İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, ev 60 nömrəli fərdi yaşayış evinə yönəldilərək ödənilməsi qət edilmişdir. İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi ev 60 ilə bağlı hərrac keçirilmişdir. Keçirilmiş hərraclar nəticəsində adı çəkilən daşınmaz əmlak satılmadığından, cavabden "Respublika Xammal və Əmtəə birjası, "xxxx" MMC" tərəfindən "xxxx" ASC-yə 33150 manata təklif edilmiş və nəticədə balansa qəbul edilmişdir. 2010-cu il tarixdə Gəncə şəhər prokurorluğunda X7 barəsində bir sıra şəxslərə qarşı törətdiyi cinayət əməlləri üzrə Azərbaycan Respublikasının CM-nin 178.2.2,178.2.3,178.2.4, 178.3.2, 179.2.2,179.2.3, 179 2.4, 179.3.2, 313, 320.1-ci maddələri ilə istintaq olunmuş ********* saylı cinayət işində əri X8 şahid qismində dindirilmiş, araşdırma zamanı X5 X7 vasitəsilə X3 direktoru olduğu “Turan Bank' ASC-nin Gəncə Filialından 25000 manat məbləğində kreditin ayrılması üçün Rəşad Zeynalovun adına rəsmiləşdirilmiş kredit müqaviləsi ilə ünvan 1 nömrəli evi həmin banka girov qoyduğu, bank tərəfindən ayrılmış kredit vəsaitinin Rəşad Zeynalov tərəfindən xəzinədən alınmaması, bank rəhbərliyinin razılığı ilə pul məbləğinin digər kreditlərin silinməsinə yönəldilməsi müəyyən edilmiş, nəticədə, mənzil girov qoyulmaqla ayrılmış pul məbləği faktiki olaraq heç kimə verilmədiyindən mənzilin girovdan çıxarılıb özünə qaytarılması ilə əlaqədar əmlak sahibinin bank və ya məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab edilmiş, həmin fakt üzrə X7 və X3 əməllərində cinayət tərkibi əlaməti müəyyən edilmədiyindən barələrində cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə Daxili işlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətlərinə baxılmış və müəyyən olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılması və “TuranBank" ASC-yə təhvil verilməsi barədə sonuncunun iddiası Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilmiş, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları ilə qüvvədə saxlanılmışdır. Bundan başqa “NBC Bank" Gəncə filialının kredit üzrə sabiq mütəxəssisi X7 tərəfindən bir sıra vətəndaşlarla kredit müqaviləsi bağlanaraq pullarının mənimsənilməsi faktlarına görə Gəncə Şəhər Prokurorluğunda başlanmış cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli 1(088)-42/2012 saylı hökmü ilə S.İbrahimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2. (Dələduzluq), 179.3.2. (Mənimsəmə), 313 Vəzifə saxtakarlığı və 320.1. (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirili bilinərək azadlıqdan məhrum edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Qeyd edilən kredit vəsaiti X2 adına yazılsa da, həmin kredit vəsaiti aidiyyatı üzrə verilməmişdir. Prokurorluq tərəfindən verilən sənədə əsasən, bankın rəhbərliyi də izahatlarında həmin kredit vəsaitinin verilmədiyini etiraf edirlər. Buna görə də hesab edirlər ki, bağlanmış girov müqaviləsinin heç bir əhəmiyyəti yoxdur. Kredit öhdəliyi olmadığı və vətəndaş həmin kredit vəsaitini qəbul etmədiyi halda heç bir müqavilədən söhbət gedə bilməz. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Əqdin etibarsızlığı ilə bağlı iddia müddəti ötürülmüşdür. İddianın rədd edilməsini xahiş edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2841/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən kasassiya şikayəti verilməmişdir. Digər cavabdehlər Gəncə şəhəri 3 saylı Notariat Ofisinə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Digər cavabdehlərin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Prokurorluğunun İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2010-cu il tarixdə Gəncə şəhər prokurorluğunda X7 barəsində bir sıra şəxslərə qarşı törətdiyi cinayət əməlləri üzrə Azərbaycan Respublikasının CM-nin 178.2.2,178.2.3,178.2.4, 178.3.2, 179.2.2,179.2.3, 179 2.4, 179.3.2, 313, 320.1-ci maddələri ilə istintaq olunmuş ********* saylı cinayət işində əri X8 şahid qismində dindirilmiş, araşdırma zamanı X5 X7 vasitəsilə X3 direktoru olduğu “Turan Bank' ASC-nin Gəncə Filialından 25000 manat məbləğində kreditin ayrılması üçün Rəşad Zeynalovun adına rəsmiləşdirilmiş kredit müqaviləsi ilə ünvan 1 nömrəli evi həmin banka girov qoyduğu, bank tərəfindən ayrılmış kredit vəsaitinin Rəşad Zeynalov tərəfindən xəzinədən alınmaması, bank rəhbərliyinin razılığı ilə pul məbləğinin digər kreditlərin silinməsinə yönəldilməsi müəyyən edilmiş, nəticədə, mənzil girov qoyulmaqla ayrılmış pul məbləği faktiki olaraq heç kimə verilmədiyindən mənzilin girovdan çıxarılıb özünə qaytarılması ilə əlaqədar əmlak sahibinin bank və ya məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab edilmiş, həmin fakt üzrə X7 və X3 əməllərində cinayət tərkibi əlaməti müəyyən edilmədiyindən barələrində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində mülkiyyətində olan 0,0359 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 123,5 kv.m yaşayış, 48,2 kv.m köməkçi sahədən ibarət 60 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət rüyüstrində xx.xx.2008-ci il tarixdə 14 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4454/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Gəncə şəhəri üzrə İcra İdarəsi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Ərazi İdarəsi və "xxxx" ASC-nə qarşı hərrac nəticələrinin və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2841/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il il tarixli, 2(005)-44542021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Belə ki, iş materiallarında olan sənədlərdən, iddiaçının iddia ərizəsindən də aydın olur ki, iddiaçının tələbdə nəzərdə tutulmuş ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürməsinə səbəb müqavilənin etibarsızlığına səbəb olan qanunvericilikdə nəzərdə tutulan yuxarıdakı əsaslar deyildir. Odur ki, Cavabdeh1 cavabdeh "xxxx" ASC Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 45/7 saylı ipoteka müqaviləsi Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, müqavilənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin iddia tələbinin “ünvan 1 ünvanda yerləşən əmlakın yüklülükdən azad edilməsi” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsindən asılı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissədə də iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Gəncə şəhəri 3 saylı Notariat Ofisinə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Gəncə şəhəri 3 saylı Notariat Ofisinə, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3574/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3574/2024
09.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver