Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-361/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh1 nümayəndəsi (anası) Rəhimova Alagöz Seyfəddin qızının, nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat kontorunun notariusları Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit və ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd hesab olunmaqla etibarsız hesab olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat kontorunun notariusları Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit və ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd hesab olunmaqla etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri 19 saylı Notariat kontorunda İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 3M-363 reyestr nömrəli kredit müqaviləsinin və İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin 7 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2016-cı il tarixli 3M-364 reyestr nömrəli ipoteka müqaviləsinin əhəmiyyətsiz əqdlər hesab olunmaqla etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, həmçinin Bakı şəhəri 19 saylı Notariat kontorunun notariusları Cavabdeh4 və Cavabdeh5 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və bildirdi ki, onun vasitəçiliyi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsindəki 26 nömrəli evin üç otaqlı 36 nömrəli mənzilini xx.xx.2013-cü il tarixdə 66.640 manata (86.000 ABŞ dollarına) Cavabdeh1 satmışdır. Cavabdeh2 mənzilin satışından əldə etdiyi 86.000 ABŞ dollarının 80.000 ABŞ dollarını ər-arvad kimi birlikdə yaşadığı Cavabdeh3 vermişdir ki, biznesini genişləndirsin, 6.000 ABŞ dollarını isə özünə saxlamışdır. Mirtalib Əliyev onun anasının dayısı oğludur. Mirtalib Əliyev mənzilin satışından əldə olunmuş puldan 80.000 ABŞ dollarını Cavabdeh2 alarkən, üstündə 50.000 manat pul qaytaracağına vəd etmişdir. X9 aldığı 80.000 ABŞ dollarını Cavabdeh2 qaytarmamış, ona qarşı dələduzluq edərək pulunu ələ keçirmişdir. Bir müddət keçəndjən sonra Cavabdeh2 satdığı mənzili boşalmadığına görə Cavabdeh1 mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, onun iddia tələbi təmin edilmiş, Cavabdeh2 mənzildən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Cavabdehin şikayətlər təmin olunmamış, qətnamə dəyişdirmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh2 hüquq mühafizə orqanlarına müraciət edərək, mənzilini satarkən X2 onun aldatdığını və mənzilin pulunu ələ keçirdiyini bildirmişdir. Cavabdeh2 şikayətində mənzilin satışından əldə edilmiş vəsaitin X5 və İddiaçı tərəfindən ələ keçirilərək mənimsənildiyini yazmış və istintaq zamanı onun üzünə duraraq güya mənzilin pulunu X5 və İddiaçı verdiyini bildirmişdir. Pulun qaytarılmasını və İddiaçı tələb etmişdir. Bakı şəhər prokurorunun birinci müavini Fazil Həsənəliyev xx.xx.2014-cü il tarixdə X5 və İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlamış və istintaqın aparılmasını Bakı şəhəri Yasamal rayon X8 şöbəsinə tapşırmışdır. İstintaq zamanı Mirtalib Əliyev ifadəsində mənzilin satışından əldə olunan vəsaitin 80.000 ABŞ dollarını Cavabdeh2 özü aldığını və əlavə olaraq Cavabdeh2 50.000 manat qaytaracağını bildirsə də, Yeganə Cəfərov verdiyi pulu Mirtalib Əliyev həbs olunduğuna görə qaytarılmayacağını anlayaraq, Asim Səfrovdan şikayət etməyə başlamış və güya mənzilin pulunu İddiaçı verdiyini bildirmiş və onun üzünə durmuşdur. Bu səbəbdən xx.xx.2016-cı ildə İddiaçı həbs etmişlər. İddiaçı qoxduğuna görə və oğlunun BDU-nin hüquq fakultəsində oxuduğunu, onun həbs olunmasının gələcəkdə oğlunun işinə xələl gətirə biləcəyini düşünərək, Cavabdeh2 mənzilinin geri qaytarılması üçün Cavabdeh1 atası Məzahir həkimə yalvarmış və mənzili geri qaytarmasını, tezliklə ona yeni mənzil alacaqlarına söz vermişdir. Çünki, cinayət işinin istintaqını aparan müstəntiq Elnur Abdullayev və Yasamal rayon prokurorunun müavini Rasim Musayev onu şəxsən inandırmışlar ki, Yeganənin evini qaytarıb versələr, tez bir zamanda Mirtalib Əliyevin mənzilin pulunu Cavabdeh2 alaraq mənimsədiyini sübuta yetirəcəklər və onun mənzili geri qaytarılacaqdır. Bu səbəbdən o, Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlanma kamerasında xx.xx.2016-cı il tarixdə müstəntiqin və Bakı şəhəri 19 saylı Notariat kontorunun nümayəndəsinin iştirakı ilə İddiaçı və Cavabdeh1 arasında 90.000 manat borcun verilməsinə dair xx.xx.2016-cı il tarixli 3M-363 reyestr nömrəli kredit müqaviləsi və İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin 7 nömrəli mənzilinin həmin borcun qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2016cı il tarixli 3M-364 reyestr nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Müqavilələr bağlanarkən notarius özü iştirak etməyib, fotoçəkiliş aparılmayıb. O, xx.xx.2016-cı il tarixdə kredit və ipoteka müqavilələrini imzalayandan sonra onu həbsdən azad etmişlər. Cavabdeh1 isə onunla müqavilə bağladığına görə Cavabdeh2 mənzilini özünə qaytarmışdır. Cavabdeh1 mənzilin alınması üçün Cavabdeh2 verdiyi 86.000 ABŞ dolları özünə qaytarılmamışdır. Həmin pullar Mirtalib Əliyev və Cavabdeh2dır. Onu həbsdən buraxandan sonra dəfələrlə müstəntiqin və prokurorun qəbulunda olmuş, Cavabdeh1 mənzilin alınması üçün verdiyi pulun geri qaytarılması üçün tədbirlər görülməsini xahiş etmişdir. Çünki, Cavabdeh1 pulu qaytarıldıqdan isonra, onun mənzili də özünə qaytarılmalı idi. Bir il gözlədikdən sonra Cavabdeh1 atası Məzahir Rəhimov pulu qaytarmağı tələb etmişdir. O, bir qədər də gözləməsini və ona vaxt verməsini xahiş etsə də, Məzahir Rəhimov razılaşmamış və gözləyə bilməyəcəklərini bildirmişdir. Bundan sonra o, Cavabdeh1 ilə aralarında bağlanmış 90.000 manat borcun verilməsinə dair xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin və onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin 7 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin ləğv edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmədə Cavabdeh1 ona 90.000 manat pul vermədiyi sübuta yetirilsə də, güya onun Cavabdeh2 əvəzində Cavabdeh1 mənzilin alınması üçün ödəyini pul vəsaitini qaytarmağı üzərinə götürməsi qənaətinə gəlməklə, məhkəmə onun iddiasını rədd etmişdir. Kredit və ipoteka müqavilələrini o, polis idarəsində təzyiq altında imzalamışdır, müqavilələrin Bakı şəhəri 19 saylı Notariat kontorunun notariusları Cavabdeh4 və Cavabdeh5 tərəfindən təsdiq edildiyi göstərilsə də, hər iki müqaviləni eyni şəxs imzalamış və müqavilələr bir notariusun reyestr kitabında qeydiyyata alınmışdır. Hesab edir ki, müqavilələr təzyiq altında bağlandığı və Cavabdeh1 ona 90.000 manat pulu vermədiyinə görə, müqavilələr əhəmiyyətsiz əqdlər olmaqla etibarsız hesab edilməli, ntoariusların barəsində isə tədbir görülməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi (anası) Rəhimova Alagöz Seyfəddin qızı məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2013-cü il tarixdə elan əsasında vasitəçiliyi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsindəki 26 nömrəli evin üç otaqlı 36 nömrəli mənzilinə İddiaçı vasitəçiliyi ilə həyat yoldaşı Məzahir Rəhimov baxaraq bəyənmiş və mənzili almağa razılaşmışlar. xx.xx.2013-cü il tarixdə 89.500 ABŞ dolları verərək Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsindəki 26 nömrəli evin üç otaqlı 36 nömrəli mənzilini Cavabdeh2 notal qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən almışlar, mənzili oğlu Cavabdeh1 adına sənədləşdirmişlər. Çünki, oğlunu evləndirmək üçün həmin mənzili almışlar. Bir müddət sonra Cavabdeh2 mənzili boşalmadı, bu səbəbdən Cavabdeh1 mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət etdi və iddia tələbi təmin edildi, Cavabdeh2 mənzildən çıxarılması barədə qətnamə qəbul edildi. Cavabdeh2 hüquq mühafizə orqanlarına müraciət edərək, X2 və İddiaçı əlbir olaraq mənzilin satışından əldə etdiyi pulu ələ keçirdiklərini bildirmişdir. Həyat yoldaşı Məzahir Rəhimov 2016-cı ilin iyul ayında evə gələrək ona bildirmişdir ki, İddiaçı tutacaqlar. İddiaçı yalvarır ki, Yeganənin evini geri qaytsınlar, 3-4 ay sonra onlara yeni mənzil alıb verəcəkdir. O, razılaşmamış və İddiaçı probleminin onlara aidiyyəti olmadığını bildirmişdir. Lakin İddiaçı arvadı və qaynatası dəfələrlə onların yaşadığı evə gələrək mənzilin pulunu qaytarmağa söz vermişlər, gecə yarıya kimi onların evindən çıxıb getməmişlər. Nəhəyət onları yalvararaq Yeganə ilə bağlanmış mənzilin müqaviləsinin ləğv edilməsinə, İddiaçıla borc müqaviləsi və ipoteka müqaviləsi bağlamağa məcbur etmişlər. Mənzilin pulu qaytarılmayacağı təqdirdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin 7 nömrəli mənzilinə tutma yönəldiləcəyini bildirmişlər. Onlar naəlac qalaraq İddiaçı həbs edilməməsi üçün bu təklifə razı oldular. Notariusa gedərək xx.xx.2016-cı il tarixdə Yeganə Səfərovanın evini özünə qaytararaq müqaviləni ləğv etmişlər, lakin onlara pul qaytarılmamışdır. Bunun əvəzində Bakı şəhəri 19 saylı Notariat kontorunda İddiaçı və Cavabdeh1 arasında 90.000 manat borcun verilməsinə dair xx.xx.2016-cı il tarixli kredit müqaviləsi və İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin 7 nömrəli mənzilinin həmin borcun qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi imzalanmışdır. İddiaçı mənzilin pulunu bir il müddətinə xx.xx.2017-cil tarixə kimi qaytarmağı özdəsinə götürsə də, vədinə əməl etməmişdir. Əksinə, Cavabdeh1 qarşı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin və xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin ləğv edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Bu səbəbdən Cavabdeh1 da İddiaçı qarşı borcun tutulması və ipoteka predmetinə yönəldilməsinə dair qarşılıqlı iddia vermişdir. İddiaçı iddiası rədd edilmiş, Cavabdeh1 qarşılıqlı iddiası təmin edilmişdir. Qətnamə icra edilmiş ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin 7 nömrəli mənzili borcun əvəzində Cavabdeh1 təhvil verilmişdir. Müqavilələr bağlanarkən İddiaçı ailə üzvləri və qaynatası notariusda iştirak etmiş, ailə üzvləri ipoteka müqaviləsinin batğlanmasına yazılı razılıq vermişlər. Müqaviləni bağlamağa İddiaçı heç kim məcbur etməmişdir. Əksinə İddiaçı özü bu müqavilələrin bağlanmasının təşəbbüskarı olmuş və Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış mənzil alqı-satqı müqaviləsinin ləğv edilməsini təkid etmişdir. Çünki, İddiaçı, onun arvadı və qaynatası mənzilin Yeganəyə qaytarılmadığı təqdirdə, İddiaçı həbs ediləcəyini bildirirdilər. Hesab edir ki, müqavilələrin qanuni bağlanmasına qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə artıq hüquqi qymət verilmişdir. İddia tələbi əsasızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat kontorunun notariusları Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli 3M-363 reyestr nömrəli kredit müqaviləsində göstərilir ki, borcverən Cavabdeh1 borcalan İddiaçı 90.000 manat borc vermişdir. İddiaçı aldığı borcu xx.xx.2017-ci ilə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilənin Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu Cavabdeh4 tərəfindən təsdiq edildiyi qeyd edilsə də, müqavilə Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu Cavabdeh5 tərəfindən imzalanmış və Cavabdeh5 adına olan möhürlə təsdiq edilmişdir. Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli 3M-364 reyestr nömrəli ipoteka müqaviləsində göstərilir ki, ipoteka qoyan (borcalan) İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin 7 nömrəli mənzilini xx.xx.2016-cı il tarixli 3M-363 reyestr nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin təminatı kimi ipoteka saxlayan (borcverən) Cavabdeh1 xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti tərəflərin razılaşmasına əsasən 100.000 manat qiymətləndirilmişdir. Bu müqavilə Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu Cavabdeh5 tərəfindən təsdiq edilmiş, imzalanmış və Cavabdeh5 adına olan möhürlə təsdiq edilmişdir. Göründüyü kimi, hər iki müqavilə Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu Cavabdeh5 tərəfindən təsdiq etmiş, imzalanmış və Cavabdeh5 adına olan möhürlə təsdiq edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “İpoteka haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddiaçı Mülki Məcəllənin 152.4-cü maddəsinin tələbinə uyğun olaraq mülkiyyətçi kimi ipoteka müqaviləsini bağlamaqda səlahiyyətli olmuşdur. İpoteka müqaviləsi notarial qaydada bağlanmış və dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələbinə əməl edilmişdir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İddiaçı Cavabdeh1 qarşı “xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin və xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən Cavabdeh1 da İddiaçı qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia vermişdir. Həmin iddia tələblərinə məhkəmədə baxılmış və məhkəmə aktları qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-7887/2017 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və üçüncü şəxs Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit və ipoteka müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh1 İddiaçı qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 90.000 manat pul və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 90.030 manat pulun İddiaçı oğlundan tutularaq Cavabdeh1 ödənilməsi, tələbin ödənilməsinin xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin ümumi sahəsi 60 kv.m olan 3 otaqlı 7 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilmiş pul hesabına İddiaçı Cavabdeh1 olan borcunun ödənilməsi, borcun ödənilməsindən artıq məbləğ qalarsa, həmin məbləğin İddiaçı qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-4155/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-7887/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13.011.2018-ci il tarixli 2(102)- 7237/2018 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-4155/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəsiz qaydada sübuta yetirilmişdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələrin müəyyən etdiyi işin faktiki hallarına əsasən Cavabdeh2 mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsi 26 nömrəli evin üç otaqlı 36 nömrəli mənzili xx.xx.2013-cü il tarixdə 66.640 manata Cavabdeh1 satmışdır. Müəyyən müddət keçdikdən sonra mənzilin keçmiş mülkiyyətçisi Cavabdeh2 mənzili tərk etməmiş və ona görə Cavabdeh1 mənzildən çıxarma barədə iddia ilə məhkəməyə müraciət etmiş, onun iddia tələbi təmin edilmiş və cavabdehin vermiş olduğu şikayətlər təmin olunmayaraq yuxarı məhkəmələr qətnaməni dəyişdirmədən saxlamışdır. Bundan sonra Cavabdeh2 hüquq mühafizə orqanlarına müraciət edərək mənzil satılarkən X5 tərəfindən aldadıldığını bildirmiş və onun şikayəti ilə bağlı araşdırmalar aparılmışdır. Şikayət onunla bağlı olmuşdur ki, mənzilin satışından əldə edilmiş vəsait X5 və İddiaçı tərəfindən ələ keçirilərək mənimsənilmişdir. Həmin araşdırmalar gedişində məlum olmuşdur ki, mənzilin alqı-satqısı zamanı İddiaçı vasitəçilik etmiş və onun da hərəkətləri ilə bağlı müvafiq araşdırmalar aparılmasına zərurət yaranmışdır. Cinayət hüquqi araşdırmalar zamanı İddiaçı Cavabdeh1 mənzilə görə Cavabdeh2 ödədiyi pulu, yəni 90.000 manat pulu Cavabdeh1 qaytaracağını öz üzərinə götürmüş, əvəzində öz mənzilini ipotekaya qoymuş, Cavabdeh1 isə əvəzində alqı-satqının bağlandığı notariusa ərizə yazaraq müqavilənin ləğv edilməsini və mənzilin Cavabdeh2 özünə qaytaracağını bildirmişdir. Həmin razılaşmaya uyğun olaraq Cavabdeh1la İddiaçı arasında xx xxxx 2016-cı il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilədə Cavabdeh1 İddiaçı xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə 90.000 manat pul borc verməsi öz əksini tapmışdır. Həmin tarixdə tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən İddiaçı kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin ümumi sahəsi 60 kv.m. olan 3 otaqlı 7 nömrəli mənzilini ipoteka ilə yüklü etmişdir. Tərəflər mənzilin dəyərini 100.000 manat dəyərində qiymətləndirmişlər. İpoteka müqaviləsinin bağlanması üçün mənzilə hüququ olan şəxslərin razılığı alınmışdır. İpoteka qanunla müəyyən edilən qaydada dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 isə öz növbəsində notariat kontoruna ərizə yazaraq, Cavabdeh2 ilə bağladığı alqı-satqı müqaviləsindən imtina etmiş və mənzili əvvəlki mülkiyyətçisi Cavabdeh2 qaytarmışdır. Cavabdeh1la İddiaçı arasında xx xxxx 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsi əslində 90.000 manat pulun müqavilə tərəfinə verilməsi barədə olmamışdır. Çünki həmin müqavilə üzrə qeyd olunan məbləğin Asim Rəhimova verilmədiyi işin müəyyən edilən halıdır. Həmin müqavilə mənzilə görə Cavabdeh1 ödəmiş olduğu pulun, yəni Cavabdeh2 (onun borcunun) mənzilə görə almış olduğu pulun Asim Rəhimov tərəfindən etiraf olunaraq qaytarması barədədir. İddiaçı etiraf etmişdir ki, barəsində aparılan cinayət təqibindən çəkinərək Orxan Rəhmova qaytarılmalı olan borcu öz üzərinə götürmüş, Orxan Rəhmov isə mənzili Cavabdeh2 qaytarmışdır. İddiaçı belə etirafnın səbəbini onunla izah vetmişdir ki, Cavabdeh2 mənzilə görə aldığı pulu qohumu X3 vermiş, sonuncu Yeganəni aldadaraq pulu qaytarmamış, Yeganənin şikayəti ilə bağlı araşdırma aparılarkən Yeganə və Mirtalib hər ikisi mənzilin satışından əldə edilən pulun ona çatması barədə ifadələr vermişlər və məhz bundan sonra pulu Orxana qaytaracağını etiraf etmişdir. Cavabdeh2 satdığı mənzil geri qaytarıldığı üçün Cavabdeh1 mənzilə görə ödədiyi pul ona geri qaytarılmalıdır. Bu halı hər bir tərəf qəbul edir. Həmin pulun məbləği ilə bağlı mübahisə yoxdur. Mübahisə edən tərəflər pulun məbləğinin 90.000 manat civarında olmasını qəbul edirlər. Pulu qaytarmalı olan tərəf isə Cavabdeh2, X5 və hazırkı iş üzrə İddiaçıdur. Mənzilin dəyəri olaraq pulun mənimsənilməsi ilə bağlı onlar arasında mübahisə var və bu məsələ cinayət hüquqi qaydada araşdırılır. Həmin araşdırma zamanı İddiaçı kredit və ipoteka müqaviləsi bağlamaqla özünün və yaxud digər iki şəxsin (Cavabdeh2, X5) mövcud öhdəliklərinin (Orxana ödənilməli olan pulun) məbləğini etiraf etməklə onu icra edəcəyini öz üzərinə götürmüşdür. Hazırda İddiaçı həmin öhdəliyin ona məxsus olmadığını və pulun Mirtalib və yaxud Yeganə tərəfindən qaytarılmalı olduğunu israr edir və müqavilələri ona təsir edilməsi nəticəsində bağladığını bildirir. Lakin iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni ona fiziki və yaxud psixoloji təsir göstərilməsi yolu ilə müqavilələri bağlamağa məcbur edilməsi hallarını sübuta yetirə bilməmişdir. Belə ki, borc müqaviləsi, ipoteka müqavilələri notariusun iştirakı ilə bağlanmış, ailə üzvləri mənzilin ipoteka ilə yüklü edilməsinə könüllü olaraq razılıq vermişlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 pulun qaytarılması öhdəliyi digər şəxslərin, yəni Cavabdeh2 və yaxud Mirtalib Əliyevin öhdəliyi olması halı sübuta yetirilsə belə, İddiaçı onu icra etməyi öz üzərinə götürmüşdür. Həmçinin məhkəmə kollegiyası izah etmişdir ki, İddiaçı Cavabdeh1 pulun qaytarılması öhdəliyini icra etməli, Cavabdeh2 və Mirtalib Əliyevlə birbirinə qarşı pul tələbini (kimin-kimə nə qədər borclu olması məsələsini) öz aralarında mülki qadada həll etməlidirlər. Çünki, hazırkı mübahisədə yeganə vicdanlı tərəf Cavabdeh1 hesab oluna bilər. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları və işin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, Bakı şəhəri 19 saylı Notariat kontorunda İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi və xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi yazılı formada bağlanmaqla, notarial qaydada təsdiq edilmiş, müqavilələr bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir, müqavilələrin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Çünki, müqavilənin tərəfləri kredit və ipoteka müqaviləsinin bağlanması anında bütün şərtlər barəsində razılığa gəlmişlər və öz iradələri ilə həmin müqavilələri bağlayaraq imzalamışlar. Müqavilələrin bağlanmasının təşəbbüskarı Cavabdeh1 deyil, məhz İddiaçı özü olmuş, Cavabdeh1 bu müqavilələri bağlamağa təkidlə razılaşdırmışdır. İşin qeyd olunan faktiki halları və müqavilələrin qanuna uyğun bağlanması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Odur ki, iddia tələbi əsassızdır. Məhkəmə qeyd edir ki, kredit və ipoteka müqavilələri qanunvericiliyin tələbinə uyğun bağlanmışdır, iddiaçının xx.xx.2016-cı il tarixli müqavilələri şəxsən bağlamış və müqavilələrin bağlanmasından məlumatı olmuşdur. İddiaçı müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş bir illik müddəti də buraxmış, xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilələri xx.xx.2020-ci il tarixdə mübahisələndirmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırkı halda yuxarıda qeyd olunduğu kimi Cavabdeh1 bağladığı əqdlərə münasibətdə vicdanlı olmuş, əqdlərin legitimsizliyi barədə onda hər hansı şübhə olmamışdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat kontorunun notariusları Cavabdeh4 və Cavabdeh5 qarşı “Bakı şəhəri 19 saylı Notariat kontorunda İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 3M-363 reyestr nömrəli kredit müqaviləsinin və xx.xx.2016-cı il tarixli 3M-364 reyestr nömrəli ipoteka müqaviləsinin əhəmiyyətsiz əqdlər hesab olunmaqla etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-361/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-361/2021
22.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver