Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-362/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1939cu il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1939-cu il təvəllüdlü X3 Ərizəçi anasıdır. X3 müddətsiz İ qrup əlildir. AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən ona beyin infarktı nəticəsində sol tərəfli dərin hemiparez matorb afaziya diaqnozu qoyulmuşdur. Əlilliyin müəyyən olunması meyarı olaraq ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması və ya total afaziya ilə nəticələnmiş sinir sistemi” qeyd edilmişdir. Kobud nitq və davranış pozuntuları və dayaq-hərəli aparatının pozulması ilə əlaqədar daima kənar şəxslərin köməyinə ehtiyacı var.Artıq uzun müddətdir ki ev şəraitində və ambulator qaydada çoxsaylı müalicələr almışdır. Daimi qulluğa ehtiyacı var, həyati vacib tələbatlarını yaxınlarının köməyi olmadan yerinə yetirə bilmir. O, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Ona görə də hazırki ərizənin verilməsinə zərurət yaranmışdır. Qeyd olunmalıdır ki, ərizəçi Azada Fərəcova xəstəyə qulluq edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatandırılmış maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8, 33.1-ci maddələrini, Azərbaycan Respublikası MPM-nin 305.1.3, 317.2, 320.2, 321.2-ci maddələrini nəzərə alaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi publik hüquqi şəxs Abşeron rayon mərkəzi xəstəxanasının arayışından görünür ki, Ərizəçi anası X3 2016-cı il tarixdən poliklinika şöbəsində dispanser qeydiyyatdadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5617/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi qərara alınmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 3599 saylı rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 3599 saylı rəyindən görünür ki, X2 damar mənşəli dərin demensiya müəyyən edilmişdir. X2 hal-hazırda onda müəyyən edilən demensiya ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X1 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, 3-cü Xrebtovi 129/110 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1963-cü ildə Qazax rayonunda anadan olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 3 ünvanında yaşayan xx.xx.1939-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-362/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-362/2024
05.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver