Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3628/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktin müəyyən edilməsi” tələbinə dair ərizəsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktin müəyyən edilməsi” tələbinə dair ərizə ilə 08.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, anası X3 və babası X5 ata-bala olmalarının, babası X5 1943cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 20.05.2021-ci il tarixdə “tələbin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin anasının X3 olması və onunla X5 nəvə-baba olması; X5 1943-cü il tarixdə vəfat etməsi; X5 anası olmuş Xırda xanımın 1948-ci ildə, Xanımın 1948-ci ildə və Kamilə Məlikməmməd qızının 1948-ci ildə ölmələri faktının müəyyən edilməsi və qətnamənin icrasının Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 10.06.2021-ci il tarixdə “tələbin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, X1 Məlikməmməd Baba oğlunun doğma övladı olması; Məlikməmməd Baba oğlunun anası Xırdaxanımın 1960-cı ilə qədər vəfat etməsi; X1 doğma anası Xədicənin 1928-ci ildə ölməsi; Xədicənin anası Xanım ananın 1961-ci il tarixdə ölməsi; ünvan 1 ünvanında yaşamış Xanım ananın, Məlik Məmmədin və Xırdaxanımın sözügedən əmlakda paylarının X2 vəsiyyət etməsi və X1 ona vəsiyyət edilmiş payları nəvəsi Ərizəçi vəsiyyət etməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı 16.06.2021-ci il tarixə saat 14:30-a təyin olunmuşdur. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinə 08.05.2021-ci il tarixdə verilmiş 06.05.2021-ci il tarixli ərizədəki imza ona məxsus deyildir, ərizəni onun xahişi ilə qohumu imzalayaraq məhkəməyə vermişdir. Həmin ərizəni müdafiə etmir. O, düz formada ərizə tərtib edərək, ayrıca məhkəməyə müraciət edəcəkdir. Bu səbəbdən onun adından verilmiş ərizənin və əlavə edilmiş sənədlərin ona qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. Məhkəmə ərizəçinin ərizəsinin geri qaytarılmasına dair ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, 08.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 06.05.2021-ci il tarixli ərizədəki imza Ərizəçi məxsus olmadığına, ərizə Ərizəçi tərəfindən tərtib edilmədiyinə görə və ərizəçi düzgün formada ərizə tərtib etdirərək, yenidən məhkəməyə müraciət edəcəyi və hazırkı ərizənin geri qaytarılması barədə yazılı ərizə təqdim etdiyinə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktin müəyyən edilməsi” tələbinə tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3628/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3628/2021
16.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver