Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3647/2021 30.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasmda imzalanmış 10 avqust 2020-ci il tarixli və 16 avqust 2020-ci il tarixli “Su filtrlərinin satış” müqavilələrinin ləğv edilməsi, Cavabdeh 1280 (min iki yüz səksən) manat su filtrlərinin qiymətinin, 394.20 (üç yüz doxsan dörd manat 40 qəpik) dəbbə pulunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 1704.20 manat (min yeddi yüz dörd manat 20 qəpik) pul məbləğinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında imzalanmış 10 avqust 2020-ci il tarixli "su filtrlərinin satış müqaviləsi"nə əsasən cavabdehə "Qorxmazoğlu su" markalı su filtri 810 manata satılaraq təhvil verilmiş, cavabdeh isə ilkin ödəniş olaraq 45 manat ödəniş etdikdən sonra yerdə qalan 765 manat pul məbləğini aylıq 45 manat olmaqla, 10 yanvar 2022-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan əlavə tərəflər arasmda imzalanmış 16 avqust 2020-ci il tarixli "su filtrlərinin satış müqaviləsi”nə əsasən cavabdehə "Qorxmazoğlu su" markalı su filtri 810 manata satılaraq cavabdehə təhvil verilmiş, cavabdeh isə ilkin ödəniş 45 manat ödəniş etdikdən sonra yerdə qalan 765 manat pul məbləğini aylıq 45 manat olmaqla, 10 yanvar 2022-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vicdanla, lazımi qaydada, qanunvericiliyə və müqavilə şərtlərinə uyğun şəkildə, yerinə yetirərək müqavilənin predmeti olan su filtrini tam istifadəyə yararlı vəziyyətdə cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinizə düşən öhdəliklərə əməl etməyərək qrafik üzrə ödənişləri gecikdirmişdir. Yalnız 24.09.2020-ci il tarixdə 150 manat və 01 yanvar 2021-ci il tarixdə 100 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilən izahata əlavə olaraq bildirdi ki, məhkəmədə iddia qaldırdıqdan sonra cavabdeh 26 may 2021-ci il tarixdə 1000 manat ödəniş etmişdir, onun 280 manat borcu qalmışdır. Bu barədə maliyyə arayışı məhkəməyə təqdim edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.1, 421.2, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, iş materiallarında olan 10.08.2020-ci il tarixli X2 Texnologiyaları Su Filtrlərinin Satışı Müqaviləsinə əsasən Cavabdeh arasında imzalanmış 10 avqust 2020-ci il tarixli "su filtrlərinin satış müqaviləsi"nə əsasən iddiaçı tərəfindən cavabdehə "Qorxmazoğlu su" markalı su filtri 810 manata satılaraq təhvil verilmiş, cavabdeh isə ilkin ödəniş olaraq 45 manat ödəniş etdikdən sonra yerdə qalan 765 manat pul məbləğini aylıq 45 manat olmaqla, 10 yanvar 2022-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin tərəflər arasında bağlanmış 16 avqust 2020-ci il tarixli "su filtrlərinin satış müqaviləsi”nə əsasən cavabdehə "Qorxmazoğlu su" markalı su filtri 810 manata satılaraq cavabdehə təhvil verilmiş, cavabdeh isə ilkin ödəniş 45 manat ödəniş etdikdən sonra yerdə qalan 765 manat pul məbləğini aylıq 45 manat olmaqla, 10 yanvar 2022-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçının izahatından görünür ki, məhkəmə gedişatında cavabdeh ona 1000 manat ödəniş etmişdir. İş materiallarında olan maliyyə arayışından da görünür ki, Cavabdeh 10.08.2020-ci ildə 810 manat məbləğində su filtri satılmışdır. İlkin ödəniş 45 manat ödəniş etmişdir. 765 manat qalmışdır. 16.08.2020-ci ildə 810 manata ikinci su filtri satılmışdır. İlkin ödəniş 45 manat ödəniş etmişdir. 765 manat qalmışdır. Son ödənişi 26.05.2021-ci ildə 1000 manat etmişdir. Qalan 280 manat məbləğ isə bu günə qədər ödənilməmişdir. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 avqust 2020-ci il tarixli və 16 avqust 2020-ci il tarixli "Su filtrlərinin satış"müqavilələrinin ləğv edilməli, Cavabdeh 280 manat əsas borc, 10 manat dəbbə pulu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, 10.08.2020-ci il və 16.08.2020-ci il tarixli müqavilələr üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 394,20 manat məbləğində deyil 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddaçı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10.08.2020-ci il və 16.08.2020-ci il tarixli müqavilələr ləğv edilsin. Cavabdeh 280 (iki yüz səksən) manat əsas borc, 10 (on) manat dəbbə pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3647/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3647/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver