Məhkəmə qərarları › İş №2(004)-3654/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3654/2023

07.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3654/2023 07.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat komisiyyasının 24 mart 1997-ci il tarixli 04 saylı qərarı ilə JN-719 KOD 50100108 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X3 aid hissəsdə sənədin X7 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Qazax rayon Aqrar İslahat komisiyyasının 24 mart 1997-ci il tarixli 04 saylı qərarına ilə JN-719 KOD 50100108 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X3 aid hissəsdə sənədin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ona və ailə üzvləri X4 mülkiyyətinə X16 24 mart 1997-ci il tarixli 04 saylı qərarına ilə JN-719 KOD 50100108 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən 1.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair dövlət aktında onun adı səhvən "Bəxtiyar" kimi göstərilmişdir. Ümumiyyətlə onların ailəsində X5 adda şəxs yoxdur. Qazax rayon Yuxarı Salahlı kənd icra nümayəndəliyin verdiyi arayışdan göründüyü kimi, Qazax rayonu Yuxarı salahlı kəndində həmin adda şəxs yaşamır və yoxdur. Onun adı doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində və bütün sənədlərdə X8r. Bundan başqa X12 ilə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra ər soyadını götürmüşdür. Hazırda soyadı Süleymanovadır. Həmin torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında olan səhvlik ona müəyyən sənədləşməni aparmağımda çətinlik yaradır. Həmin səhin düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, hazırda bəzi sənədlərinin əldə edilməsi ilə bağlı bəziproblemlərlə rastlaşır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsinə həmin sənədlə bağlı çıxarış almaq üçün müraciət etsə də, ona məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında adının səhv göstərildiyindən əvvəllər xəbəri olmamışdır. Keçən il həmin torpaq sahəsini satmaq istədikdə, bu hal onlara məlum olmuşdur. Həmin dövlət aktında adları qeyd edilən digər şəxslər həyat yoldaşı və qızıdır. Onun dörd bacısı var, qardaşı yoxdur. Həmçinin, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, həmin torpaq sahəsi verilərkən o evli idi və soyadı “Süleymanova” idi. Soyadı da aktda səhv qeyd edilmişdir. Ərizəçi nümayəndəsi X12 məhkəmə iclasınsda ərizəni müdafiə edərək izahatında həyat yoldaşı Ərizəçi adının həmin dövlət aktında səhvən “Bəxtiyar” olaraq göstərildiyini qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİ-ЖГ seriyalı 409593 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.1973-cü il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. İş materiallarında olan İİ-ЖГ seriyalı 403187 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 ilə X12 xx.xx.1995-ci il tarixdə nikahlarını bağlamışlar. Nikahn bağlandıqdan sonra ərə “Süleymanov”, arvada isə “Süleymanova” soyadı verilmişdir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-719 nömrəli (kod ********) Dövlət aktından görünür ki, Qazax rayonu Aqrar İslahatı Komissiyasının 24 mart 1997-ci il tarixli qərarına əsasən 1.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 və ailə üzvləri X3 və X6 verilmişdir. İş materiallarında olan Qazax rayonu İcra Hakimiyyətinin başçısının Yuxarı Salahlı kənd ərazi dairəsi üzrə Nümayəndəliyinin 22 iyun 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, həqiqətən də Qazax rayonun Yuxarı Salahlı kənd sakini Ərizəçi adı JN-719 nömrəli (Kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında səhvən X2 göstərilmişdir. Yuxarı Salahlı kəndində yuxarıda adı qeyd edilmiş vətəndaşdan başqa bu adda heç kim yaşamır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən 1.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-719 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında buraxılmış texniki səhvlərin aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı ərizsinə cavab olaraq bildirilmişdir ki, araşdırma zamanı, JN- 719 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən Torpaq sahəsinin JN-719 nömrəli dövlət aktında göstərilən məlumatların baza məlumatları ilə eyni olması məlum olmuşdur. Odur ki, ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, ərizəçi onun anasıdır. Qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında anasının adı səhv olaraq “Bəxtiyar” göstərilmişdir. Bu hal ona bu yaxınlarda məlum olmuşdur. X1 adında qohumları yoxdur. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxslərin izahatı, şahidin ifadəsi və təqdim edilmiş rəsmi sənədlərlə - “Torpağa mülkiyyət hüququna dair” JN-719 nömrəli (kod ********) Dövlət aktının “X3” aid hissəsinin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və sənədin Ərizəçi məxsus olmasını başqa qaydada əldə edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-719 nömrəli (kod ********) Dövlət aktının “X3” aid hissəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar