Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3660/2025 04.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, oğlu - X2 fəaliyyət qabiliyyət olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X6 07 may 2007-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi - Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışa əsasən oğlu X7 ikinci dərəcə əlilliyi müddətsiz olaraq müəyyən edilmişdir. Həmin arayışda qeyd olunur ki, ona qulluq və mülaci tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllıq qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları, nitq artikulyasiyasının spesifik pozuntusu İQ - 41 diaqnozu qoyulmaqla kənar şəxsin köməyinə ehtiyacı vardır. Dəfələrlə müalicə olunsa da, heç bir nəticə verməmişdir. O, hərəkətlərinin mənasını dərk etmir və hərəkətlərini şüurlu surətdə idarə edə bilmir. Uşaqlıqdan bu günə qədər ona özü qulluq etmişdir. Qeyd etmişdir ki, oğlu ilə o, eyni ünvanda yaşayır. Atası ilə aralarında nikah pozulmuşdur və oğlu onun himayəsinə verilmişdir. Mütəmadi olaraq oğlunun sənədləşmə işlərində onu təmsil etmək lazım gəlir. Pensiya kartının, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə əlaqədar sənədləşmə işlərində problem yaranmış olur. Çünki onun adından heç bir etibarnaməsi də yoxdur. Faktiki olaraq onun fəaliyyət qabiliyyəti olmadığından bütün bunların icrası mümkün deyildir. Ona görə də istəyir ki, oğlu məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab olunaraq onun üzərinə qəyyum təyin olunsun. Bütün bunlara görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 30 aprel 2025-ci il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, Ərizəçi və X7 Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 227 ünvanında qeydiyyatdadırlar. - Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən 03 oktyabr 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 305132 saylı nikahın pozulması haqqında haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi arasında olan nikah 03 oktyabr 2018-ci il tarixdə ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 118 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllıq qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları, nitq artikulyasının spesifik pozuntusu (İQ41)” diaqnozu qoyularaq kənar şəxsin nəzarəti altında xüsusi məsuliyyət tələbi olmayan peşələr üzrə işləyə bilər və müddətsiz olaraq ikinci dərəcəli əlil kimi qeydiyyata alınmışdır. - AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) xx.xx.2022-ci il tarixli çıxarışına əsasən X3 yüngül dərəcəli əqli gerilik, ifadə olunmuş davranış pozuntuları ilə diaqnoz qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik və Ekspertizasının xx.xx.2025-ci il tarixli, 2572 saylı rəyinə əsasən yoxlanılan şəxs X3 Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə valideynləri qohum olmaqla xalaqızı-xalaoğlu olması, yoxlanılan şəxs yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqi tək-bir sözlərdən ibarət olmaqla qeyri-aydın olması, Bakı şəhər X5 müalicədə olması, həmçinin Bakı şəhər 2 saylı X1 17.01,2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi “Orta kəmağıllıq qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları. İQ-41 Nitq artikulyasiyasının spesifik pozuntusu” diaqnozu ilə Bakı şəhər 2 saylı X1 stasionar müalicədə olması, psixi vəziyyəti ilə əlaqədar ona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, əqli inkişafdan geri qalması, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2029-cu il tarixdə müayinə edilərək “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta kəmağıllıq qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları. Nitq artikulyasiyasının spesifik pozuntusu. İQ-41” diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilməsi, xəstəliyi ilə əlaqədar xüsusi məktəbdə formal olaraq bir neçə sinif təhsil alması, ara-sıra narahatlığı, aqressivliyi, fizioloji ifrazatları ilə natəmiz olması, davranış pozuntuları ilə əlaqədar hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: orta dərəcəli əqli gerilik əlamətlərinin müəyyən edilməsi və s.) sübut edir. X3 Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi X2 yaxın qohumu – anasıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. 07 may 2007-ci il təvəllüdlü X7 oğlunun psixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, 07 may 2007-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi oğlu - Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 227 ünvanında yaşayan 07 may 2007-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3660/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3660/2025
04.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver