Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3666/2021 29.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi 05.05.2021ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 06.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Hauwei P30 Pro” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 2.127 manat əsas borc və hesablanmış 638 manat cərimə; 02.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Hauwei Frebuds” markalı qulağlığın dəyərindən ödənilməmiş qalan 193 manat əsas borc və hesablanmış 57 manat cərimə; 22.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Hauwei MediaPad” markalı tablet və “Trust GXT307 Ravu Gaming” markalı qulaqcığın dəyərindən ödənilməmiş qalan 598,80 manat əsas borc və hesablanmış 176,20 manat cərimə olmaqla, ümumilikdə 3.790 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.820 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, "xxxx" MMC tərəflər arasında bağlanmış 06.10.2019-cu il tarixli müqaviləyə əsasən “Hauwei P30 Pro” markalı mobil telefonu; 02.02.2020-ci il tarixli müqaviləyə əsasən “Hauwei Frebuds” markalı mobil qulaqlığı; 22.02.2020-ci il tarixli müqaviləyə əsasən “Hauwei MediaPad” markalı tableti və “Trust GXT307 Ravu Gaming” markalı qulaqcığı Cavabdeh nisyə satmışdır. Cavabdeh cihazların ümumi dəyərindən 887 manat ödəmiş, müqavilələr üzrə ümumi 2.918,80 manat əsas borcu qalmış və ümumilikdə müqavilələr üzrə 871,20 manat dəbbə hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən boyun qaçırır. O, cavabdehlə 28.07.2021-ci il tarixdə şəxsən telefon əlaqəsi saxlamış və borcu ödəməsini, həmçinin məhkəməyə gəlməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə gələcəyini bildirsə də, borcu ödəməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin bildirişi ona təqdim etmək mümkün olmamışdır. Bu barədə AZ1070 nömrəli poçt tərəfindən müvafiq qeyd yazılmaqla bildiriş məhkəməyə qaytarılmışdır. Həmçinin “AZEMİS” vasitəsilə cavabdehin mobil telefon nömrəsinə SMS bildirişi göndərilsə də, SMS çatdırılmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" MMC tərəflər arasında bağlanmış 06.10.2019-cu il tarixli müqaviləyə əsasən dəyəri 2865 manat olan “Hauwei P30 Pro” markalı mobil telefonu ilkin ödənişi 129 manat olmaqla 18 ay müddətinə ayda 152 manat ödənilməsi; 02.02.2020-ci il tarixli müqaviləyə əsasən dəyəri 231 manat olan “Hauwei Frebuds” markalı mobil qulaqlığı ilkin ödəniş olmadan, 6 ay müddətinə ayda 38,5 manat ödənilməsi; 22.02.2020-ci il tarixli müqaviləyə əsasən ümumi dəyəri 709,8 manat olan “Hauwei MediaPad” markalı tableti və “Trust GXT307 Ravu Gaming” markalı qulaqcığı ilkin ödənişi 111 manat olmaqla 12 ay müddətinə ayda 49,9 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 05.05.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 06.10.2019-cu, 02.02.2020-ci və 22.02.2020-ci il tarixli müqavilələr üzrə "xxxx" MMC-yə ümumilikdə 2.918,8 manat əsas borcu və 871,2 manat cərimə olmaqla, cəmi 3.790 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 06.10.2019-cu il tarixli müqavilə üzrə tənasübsüz surətdə hesablanmış yüksək hesablanmış 638 manat dəbbə pulu azaldılaraq 100 manat; 02.02.2020-ci il tarixli müqavilə üzrə tənasübsüz surətdə hesablanmış yüksək hesablanmış 57 manat dəbbə pulu azaldılaraq 20 manat; 22.02.2020ci il tarixli müqavilə üzrə tənasübsüz surətdə hesablanmış yüksək hesablanmış 176,20 manat dəbbə pulu azaldılaraq 50 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Hauwei P30 Pro” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 2.127 manat əsas borc və hesablanmış 100 manat cərimə; 02.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Hauwei Frebuds” markalı qulağlığın dəyərindən ödənilməmiş qalan 193 manat əsas borc və hesablanmış 20 manat cərimə; 22.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Hauwei MediaPad” markalı tablet və “Trust GXT307 Ravu Gaming” markalı qulaqcığın dəyərindən ödənilməmiş qalan 598,80 manat əsas borc və hesablanmış 50 manat cərimə olmaqla, ümumilikdə 3.088,80 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.118,80 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia tələbi - 701,20 manat cərimə tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Hauwei P30 Pro” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 2.127 manat əsas borc və hesablanmış 100 manat cərimə; 02.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Hauwei Frebuds” markalı qulağlığın dəyərindən ödənilməmiş qalan 193 manat əsas borc və hesablanmış 20 manat cərimə; 22.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Hauwei MediaPad” markalı tablet və “Trust GXT307 Ravu Gaming” markalı qulaqcığın dəyərindən ödənilməmiş qalan 598,80 manat əsas borc və hesablanmış 50 manat cərimə olmaqla, ümumilikdə 3.088,80 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.118,80 (üç min yüz on səkkiz manat səksən qəpik) manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3666/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3666/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver