Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3669/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh qızına Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən, DECT PANASONİC markalı ev telefonu üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********85543 olan HOFFMANN X Ultra markalı telefon üçün 125 (yüz iyirimi beş) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, 06.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********75862 olan Samsung galaxy A10 markalı telefon üçün, 313,4 (üç yüz on üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 31,6 (otuz bir manat altı qəpik) manat cərimə, ümumilikdə, 521 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxx» MMC ilə 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən, DECT PANASONİC markalı ev telefonu almış və nəticədə 72 (yetmiş iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 72 (yetmiş iki) manat (12 ay x 6 manat + 0 manat ilkin ödəniş ) olan, DECT PANASONİC markalı ev telefonu üçün ümumilikdə 39 (otuz doqquz) manat olmaqla, ondan, 36 (otuz altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 (üç) manat cərimə borcu yaranmışdır. 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 292 (iki yüz doxsan iki) manat (11 ay x 25 manat + 17 manat ilkin ödəniş) olan İMEİ kodu **********85543 olan HOFFMANN X Ultra markalı telefon üçün ümumilikdə, 137 (yüz otuz yeddi) manat olmaqla ondan, 125 (yüz iyirimi beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 (on iki) manat cərimə borcu yaranmışdır. 06.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 380,4 (üç yüz səksən, qırx) manat (18 ay x 31.7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********75862 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 345 (üç yüz qırx beş) manat olmaqla ondan 313.4 (üç yüz on üç,qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31.6 (otuz bir,altmış) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 270 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 26.09.2019-cu il tarixli, 00940091 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh “xxxx” MMC-dən DEST PANASONİC markalı ev telefonu almışdır. İş materiallarına əlavə olunmuş 26.09.2019-cu il tarixli, 00940055 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh “xxxx” MMC-dən HOFFMAN X Ultra markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 06.02.2020-ci il tarixli, 20082382 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh “xxxx” MMC-dən Samsung Galaxy A10 markalı mobil telefon almışdır. İş materiallarında olan 05 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 26.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 72 (yetmiş iki) manat (12 ay x 6 manat + 0 manat ilkin ödəniş) DEST PANASONİC markalı ev telefonu üçün ümumilikdə, 39 (otuz doqquz) manat olmaqla ondan, 36 (otuz altı) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 26.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 292 (iki yüz doxsan iki) manat (11 ay x 25 manat + 17 manat ilkin ödəniş) İMEİ kodu **********85543, HOFFMAN X Ultra markalı telefon üçün ümumilikdə, 137 (yüz otuz yeddi) manat olmaqla ondan, 125 (yüz iyirmi beş) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, 06.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 380,4 (üç yüz səksən manat, qırx qəpik) manat (12 ay x 31,7 manat + 0 manat ilkin ödəniş) Samsung Galaxy A10 markalı mobil telefon üçün ümumilikdə, 345 (üç yüz qırx beş) manat olmaqla ondan, 313.4 (üç yüz on üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 31,6 (otuz bir manat, 60 qəpik) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş “xxxx” MMC tərəfindən borcluya ünvanlanmış 08.10.2020-ci il tarixli bildirişdən görünür ki, 26.09.2019-cu il tarixli, 26.09.2019-cu il tarixli, 06.02.2020-ci il tarixli müqavilələrə əsasən, öhdəsinə götürdüyü öhdəliyi ilə bağlı qısa bir zamanda ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş 06 may 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, “xxxx” MMC ilə Cavabdeh arasında 26.09.2019-cu il tarixli və 06.02.2020-ci il tarixli müqavilələr əsasən DEST PANASONİC markalı ev telefonu, HOFFMAN X Ultra markalı telefon, Samsung Galaxy A10 markalı mobil telefon almış və nəticədə 521 (beş yüz iyirmi bir) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26.09.2019-cu il tarixli müqavilə üzrə 36 (otuz altı) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 26.09.2019-cu il tarixli müqavilə üzrə 125 (yüz iyirimi beş) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, 06.02.2020-ci il tarixli müqavilə üzrə 313,4 (üç yüz on üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 31,6 (otuz bir manat altmış qəpik) manat cərimə, cəmi 521 (beş yüz iyirmi bir) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3669/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3669/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver