Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3669/2025 15.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə “sənədin şəxsə məxsusluğu faktının müəyyən olunması” tələbi barədə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə “sənədin şəxsə məxsusluğu faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinin 11 mart 1983-cü il tarixli 9784 nömrəli müqaviləsinin mərhum atası X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum atası X1 miras qalmış əmlaka dair vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət etmiş, vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmişdir. Notariat ofisi tərəfindən Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinin 11 mart 1983-cü il tarixli 9784 nömrəli müqaviləsinə əsasən X1 miras qalmış əmlaka dair çıxarışın verilməsi xahiş edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən imtina qərarı qəbul edilərək 11 mart 1983-cü il tarixli 9784 nömrəli müqavilədə hüquq sahibinin ata adı “Vəli” kimi, digər sənədlərdə isə “Vəliyulla” kimi göstərilməsi qeyd edilmişdir. Bu səbəbdən, həmin uyğunsuzluğun aradan qaldırılması xahiş edilir. Ərizəçi məhkəmə hazırlıq iclasında iştirak edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X5 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarına X2 doğum haqqında və nikah haqqında şəhadətnamələrinin surəti əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinin 11 mart 1983-cü il tarixli 9784 nömrəli müqaviləsində X2 adı kiril əlifbası ilə “X8” kimi qeyd edilmişdir. İş materiallarına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin imtina qərarı əlavə edilmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.1 hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, X5 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinin 11 mart 1983-cü il tarixli 9784 nömrəli müqaviləsində X2 adı kiril qrafikası ilə “X8” kimi qeyd edilmişdir. Nəticədə həmin müqavilə ilə digər hüquq müəyyən edici sənədlər arasında uyğunsuzluq yaranmışdır. Sözügedən uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalıdır. Belə ki, X2 ata adı digər hüquq müəyyən edici sənədlərdə “Vəli” deyil, “Vəliyulla” kimi qeyd edilmişdir. Ərizəçinin hazırki ərizə ilə bağlı mülkiyyət hüquq münasibətlərinə dair hüquqi marağı vardır. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinin 11 mart 1983-cü il tarixli 9784 nömrəli müqaviləsinin Ərizəçi mərhum atası X3 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə “sənədin şəxsə məxsusluğu faktının müəyyən olunması” tələbinə dair ərizəsi təmin edilsin. Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinin 11 mart 1983-cü il tarixli 9784 nömrəli müqaviləsinin Ərizəçi mərhum atası X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-3669/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3669/2025
15.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver