Məhkəmə qərarları › İş №2(004)-3686/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3686/2024

03.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3686/2024 03.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına, X9 edilməsi Agentliyi MMC-yə və Azərbaycan Kredit Bürosu MMC-yə qarşı "xx.xx.2014-cü il tarixli 11357 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və s" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına, X9 edilməsi Agentliyi MMC-yə və Azərbaycan Kredit Bürosu MMC-yə qarşı "xx.xx.2014-cü il tarixli 11357 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və kredit borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 11357 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin kredit müqaviləsi üzrə onun borclu olmağı barədə qeydin Azərbaycan Kredit Bürosundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə bağlanılmış həmin kredit də daxil olmaqla bir çox kredit müqavilələri üzrə cinayət işi başlanılmış, bağlanılmış həmin kredit müqavilələrinin saxta və qanunsuz olduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə müəyyən edilmiş və təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb edilmişlər. Bakı Apcllyasiya Məhkəməsinin 1 (103)- 845/2017 nömrəli, 01 iyun 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü qanuni qüvvəsini almışdır. Qeyd olunan hökmə əsasən İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı ASC-nin Nəqliyyat filialı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 1.000.000 (bir milyon) manat pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İbrahim Hüseynov və Cahangir Hacıyev tərəfindən mənimsənildiyi müəyyən edilmişdir. Həmin hökmə əsasən Azərbaycan Beynəlxalq Bankı ASC-nin mülki iddiası qismən təmin edilmiş və o formal olaraq bağlanılmış xx.xx.2014- cü il tarixli kredit müqaviləsi də daxil olmaqla X4 və X3 9.696.204,52 manat alınaraq, “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə verilməsi qərara alınmışdır. Yəni onunla “Azərbaycan Beynəlxalq Bankı" ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən götürülmüş pulun qaytarılmasına görə qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən X5 və X6 öhdəlik daşıyırlar. Həmin məhkəmə hökmündən sonra onun adının kredit reyestrində göstərilən kredit müqaviləsinə görə borclu kimi göstərilməsi hüquqi baxımdan mümkün deyildir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 QSC arasında bağlanılmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh1 QSC-yə keçmiş və Cavabdeh1 QSC ilə Cavabdeh2 MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanılmış xidməti müqaviləyə əsasən Cavabdeh1 QSC-yə keçmiş "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsi Cavabdeh2 MMC tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar Cavabdeh1 QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı ona dair sənədlər S-FK-32 saylı, 19 iyun 2017-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh1 QSC-yə verilmişdir. Halbuki, iddiaçı ilə X7 arasında “bağlanmış” kredit müqaviləsi uydurma əqd hesab olunmalıdır. Bu fakt məhkəmə hökmündə qeyd olunmuşdur. Məhkəmə iclasında iddiaçı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X13 iddia tələbini qəbul etdiklərini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 QSC-nin nümayəndəsi X14 izahatında iddia tələbinə etirazı olmadığını bildirərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materillarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-5871/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 QSC BOKTnın cavabdeh İddiaçı qarşı “əsas və faiz borcunun tutulması” tələbinə dair iddiası təmin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-ci il tarixli 1(101)-975/16 saylı hökmünün surətindən görünür ki, X4 AR CM-nin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmün mətnindən görünür ki, digər epizodlarla yanaşı, X1 Rövşən Telman oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 1.000.000 manat məbləğində pulu talayaraq mənimsəməklə "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuşdur. nildiyi üçün barəsində AR CM-nin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313cü maddələri ilə cinayət işi başlanılmış və həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 16.1-ci maddəsinə əsasən məlumat təchizatçıları kredit bürosuna aşağıdakı məlumatları təqdim edirlər: borcun ilkin məbləği; cari borc məbləği;borcun məqsədi; müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər; vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc); borcun ödənilməsi müddətinin uzadılması; borc öhdəliyinin təminatı; borcun təminat hesabına ödənilməsi; balansdan silinmiş ümidsiz borc; ödənilməli olan cərimənin və digər sanksiyanın, alimentin, vergilərin və sosial sığorta haqlarının, digər icbari ödənişlərin, dəbbə pulunun, sığorta haqqının, notariat qaydada təsdiq olunmuş borc müqavilələrindən irəli gələn borcun, kommunal borcların məbləği və onun ödənilmə müddəti; kredit tarixçəsi subyektinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə təsir edən hər hansı digər məlumat, bu şərtlə ki, həmin məlumatların kredit tarixçəsinə daxil edilməsi qanuna zidd olmasın. Mülki-Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-ci il tarixli 1(101)-975/16 saylı qanuni qüvvəyə minmiş hökmü ilə, İddiaçı adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən X4 tərəfindən ******* manat məbləğində pul mənimsənildiyi üçün X4 barəsində AR CM-nin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələri ilə cinayət işi başlanılmış və həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Mülki iş mareiallarından da göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə etibarsızdır. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətindən də göründüyü kimi Azərbaycan Beynəlxalq Bankı ASC-nin Nəqliyyat filialından fiziki şəxs İddiaçı verilmiş kredit vəsaiti üzrə kreditin tarixçəsində nəzərdə tutulan sənədlər alınmadan, verilmiş kreditin şərtləri müəyyən edilmədən kreditin rəsmiləşdirilməsi həyata keçirilmişdir. Nəticədə Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən İddiaçı adına açılmış kredit üzrə əməliyyatlar qeyri-qanuni olmuşdur. Və İddiaçı adı hal-hazıradək kredit reyestrindən çıxarılmamışdır. Məhkəmə qeyd edir ki, həmin məhkəmə hökmü hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanılmış xx.xx.2014-cü il tarixli 11357 saylı kredit müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə prosesio zamanı cavabdehlərin nümayəndələri də məhkəməyə müraciət edərək iddiaya qarşı hər hansı etirazalarının olmadığını bildirmişdirlər. Odur ki, hazırki iddia tələbi tam əsaslı olub təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 11357 saylı kredit müqaviləsi ləğv edilməli, iddiaçının həmin kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 11357 saylı kredit müqaviləsi etibarsız hesab edilsin. İddiaçı xx.xx.2014-cü il tarixli 11357 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi vəzifəsi Cavabdeh1 QSC BOKT üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar