Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3688/2022 15.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənişin dəbbə pulu kimi hesablanmış hissəsinin əsas borc və faiz borclarına hesablanması və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənişin dəbbə pulu kimi hesablanmış hissəsinin əsas borc və faiz borclarına hesablanması və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən 4000 manat ödənişin dəbbə pulu kimi hesablanmış hissəsinin əsas borc və faiz borclarına hesablanması və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə 25 fevral 2020-ci il tarixli 2001/0686 saylı lizin müqaviləsi imzalamışdır. Həmin müqavilənin şərtlərinə görə Lizinq verən öz mülkiyyətinə satıcıdan alınmış, lizinq alan tərəfindən bəyənilib seçilmiş, fərdi əlamətləri 1 saylı Əlavədə göstərilən nəqliyyat vasitəsini təqdim edir. Lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Ona illik 27 faiz olmaqla 36 aylıq 45 500 manat pul ayrılıb və o bu puldan 21096 manat ödəmişdir. Axırıncı dəfə 4000 manat ödədiyi peniyaya hesablanıb. Cavabdehin dediyinə görə 40 000 manat dəbbə pulu hesablanıb. O, müqavilənin Əlavə cədvəlinə uyğun olaraq ödənişləri həyata keçrimiş, sonradan pandemiya dövründə yaranan çətinliklər həm də ikinci maşını (Tir) xarici ölkə ərazisində qəzaya uğradığı üçün gözlənilməz xərcləri qarşıladığı üçün ödəmələrdə gecikmələr baş vermişdir. İndi həmin problemlər aradan qalxdığı üçün ödəmələri (həm əsas borc, həm də ona hesablanmış faizləri) davam etdirmək istəyir. Amma indi ödədiyi məbləğdən asılı olmayaraq ödənişlər cavabdeh tərəfindən dəbbə pulu kimi tutulur. O, əsas borcu və faizləri ödəyə bilmir. O, cavabdehə pretenziya qaydasında məktubla müraciət etmiş,məktubu alsalar da, ona cavab verməmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinin məzmuna uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirməmişdir. Ona görə də müqavilə şərtlərinə əsasən faiz və cərimə borcu hesablanmışdır. Onun tərəfindən ödənilən 4000 manat pul həm həm faiz, həm də cərimə borcuna çıxılmışdır. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2001/0686 saylı lizinq müqaviləsinə əsasən Cavabdeh MMC ümumi dəyəri 65000 manat olan bir ədəd “Volvo” markalı yük nəqliyyat vasitəsini yararlı vəziyyətdə 36 ay müddətinə İddiaçı müvəqqəti sahiblik və istifadəsinə verməyi, İddiaçı müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini qəbul edərək lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Daxili lizinq müqaviləsinin 10.1-ci bəndinə əsasən, lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə (7-ci maddəyə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5% (sıfır tam onda beş faiz) məbləğində cərimə pulunun ödənilməsini tələb edir, lizinq alan isə onu ödəməyi öhdəsinə götürür. Müqavilənin 10.2-ci bəndində nəzərdə tutulmuş haliar istisna olmaqla, Lizinq alan müqavilə üzrə öhdəlikləri yerinə yetirmirsə və Lizinq verənin yazılı bildirişi alındıqdan sonra 5 (beş) gün ərzində belə pozuntular aradan qaldırılmayıbsa, Lizinq verən müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinin hər bir konkret halına görə lizinq obyektinin cari dəyərinin 1% (bir faiz) miqdarında dəbbə pulunu tələb etmək hüququna malikdir, Lizinq alan isə ona Lizinq verən tərəfindən öhdəliyin yerinə yetirilməməsi haqqında müvafiq bildiriş göndərilən gündən 7 (yeddi) gün ərzində dəbbə pulunu ödəməyi öhdəsinə götürür. Müqavilənin 7.4-cübəndinə əsasən lizinq ödənişlərini qrafiki ilə müəyyən edilmiş müddətdən əvvəl lizinq ödənişlərinin ödənilməsi mümkündür. Lizinq verənin hesablaşma hesabına Lizinq alandan növbəti pul vəsaitləri daxil olduqda, Lizinq verən onları ilk növbədə müqaviləyə müvafiq olaraq hesablanmış dəbbə pulu və/və ya cərimə üzrə borcun ödənilməsinə, qalan məbləği isə növbəti lizinq ödənişinin ödənilməsinə yönəldə bilər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, qeyd edilən tarixdə İddiaçı tərəfindən 4000 manat lizinq ödənişi Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə ödənilmiş 4000 manat lizinq ödənişindən 2386,5 manat cərimə borcuna, 143,5 manat vaxtı keçmiş faiz borcuna, 1470 manat isə vaxtı çatmış faiz borcuna çıxılmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddiaçı müqavilə üzrə MMC-nin müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Daxili lizinq müqaviləsinin 10.1-ci bəndinə əsasən, lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə (7-ci maddəyə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5% (sıfır tam onda beş faiz) məbləğində cərimə pulunun ödənilməsini tələb edir, lizinq alan isə onu ödəməyi öhdəsinə götürür. Müqavilənin 10.2-ci bəndində nəzərdə tutulmuş haliar istisna olmaqla, Lizinq alan müqavilə üzrə öhdəlikləri yerinə yetirmirsə və Lizinq verənin yazılı bildirişi alındıqdan sonra 5 (beş) gün ərzində belə pozuntular aradan qaldırılmayıbsa, Lizinq verən müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinin hər bir konkret halına görə lizinq obyektinin cari dəyərinin 1% (bir faiz) miqdarında dəbbə pulunu tələb etmək hüququna malikdir, Lizinq alan isə ona Lizinq verən tərəfindən öhdəliyin yerinə yetirilməməsi haqqında müvafiq bildiriş göndərilən gündən 7 (yeddi) gün ərzində dəbbə pulunu ödəməyi öhdəsinə götürür. Müqavilənin 7.4-cübəndinə əsasən lizinq ödənişlərini qrafiki ilə müəyyən edilmiş müddətdən əvvəl lizinq ödənişlərinin ödənilməsi mümkündür. Lizinq verənin hesablaşma hesabına Lizinq alandan növbəti pul vəsaitləri daxil olduqda, Lizinq verən onları ilk növbədə müqaviləyə müvafiq olaraq hesablanmış dəbbə pulu və/və ya cərimə üzrə borcun ödənilməsinə, qalan məbləği isə növbəti lizinq ödənişinin ödənilməsinə yönəldə bilər. Tərəflər müqaviləni imzalamış və müqavilə imzalandığı andan qüvvəyə minmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə müqavilə şərtlərinə uyğun olaraq onun tərəfindən ödənilmiş məbləğ cərimənin və faiz borcunun ödənilməsinə yönəldilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənişin dəbbə pulu kimi hesablanmış hissəsinin əsas borc və faiz borclarına hesablanması və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənişin dəbbə pulu kimi hesablanmış hissəsinin əsas borc və faiz borclarına hesablanması və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3688/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3688/2022
15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver