Məhkəmə qərarları › İş №2(004)-369/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-369/2021

16.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-369/2021 16.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “müavinətlərin ödənilməsi, əmək müqaviləsinə xitam verilməsi və əmək kitabçasının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-cu il tarixdə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış əmək müqaviləsinə ixtisarla əlaqədar olaraq xitam verilməsi, iddiaçıya məxsus əmək kitabçasının verilməsi və son haqq-hesabın ödənilməsi (orta əmək haqqının 4 misli məbləğində) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçının nümayəndəsi və vəkili X8 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, tərəflər arasında xx xxxx 2013-cü il tarixdə bağlanılmış 177/5 saylı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əmrin ləğv edilməsi, bununla əlaqədar iddiaçının əmək kitabçasında müvafiq düzəlişin aparılması, xx xxxx 2013-cü il tarixdə bağlanılmış 177/5 saylı əmək müqaviləsinin şirkət tərəfindən ştat vahidinin ixtisarı ilə bağlı xx xxxxxx 2020-ci il tarixdən xitam verilməsi və bununla əlaqədar xəbərdarlıq müddəti əvəzinə orta əmək haqqının 4 misli miqdarında birdəfəlik müavinətin iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4431/2020 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili X6 vəsatəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas İsmət Nəsimiyevin icraatında olan "Cavabdeh” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin İqamətgahlara Xidmət şöbəsinin əməkdaşları İddiaçı, X3 və X5 tərəfindən Şirkətə məxsus pulun mənimsənilməsi, yəni Azərbaycan Respublikası CM-in 179-cu maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi barədə "Cavabdeh” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müraciəti əsasında toplanmış material üzrə yekun qərar qəbul edilənə kimi hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Yasamal rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas İsmət Nəsimiyevin xx.xx.2020-ci il tarixli qərarı ilə "Cavabdeh” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin İqamətgahlara Xidmət şöbəsinin əməkdaşları İddiaçı, X3 və X5 tərəfindən Şirkətə məxsus pulun mənimsənilməsi, yəni Azərbaycan Respublikası CM-in 179-cu maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi barədə "Cavabdeh” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müraciəti əsasında toplanmış 453-C-20 nömrəli material üzrə X2, İddiaçı və X1 əməllərində hər hansı bir cinayətin tərkib əlamətləri olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. "Cavabdeh” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərliyinə müqavilənin yerinə yetirilməsi prosesində mübahisələri həll etmək üçün agent Elmar Mustafayev barəsində mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4431/2020 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmiş və məhkəmə baxışına təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili X8 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edərək, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən xx.xx.2013-cü il tarixli 177/5 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 177/075/Ç nömrəli əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə əvvəlki iş yerinə - Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində İqamətgahlara Xidmətlər üzrə menecer vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 177/5 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində İqamətgahlara Xidmətlər üzrə Menecer vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçıya ştat vahidinin ixtisarı haqqında xəbərdarlıq məktubu təqdim edilmişdir. Həmin xəbərdarlıq məktubunda göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam veriləcəkdir. Əmək Məcəlləsinə əsasən ixtisar zamanı işçiyə əmək stajından asılı olaraq işdən çıxarma müavinəti ödənilməlidir. İddiaçı əmək stajının 25 il olmasını nəzərə alaraq, ona orta aylıq əmək haqqının azı iki misli miqdarında işdən çıxarma müavinəti ödənilməlidir. Lakın Nümayəndəliyinin Baş ofisinin Əməliyyatlar üzrə Baş vitseprezidentinin S.Milekoviçin xx xxxx 2020-ci il tarixli elektron məktubuna əsasən iddiaçıya əlavə müavinət, yəni ümumilikdə, aylıq əmək haqqının dörd misli miqdarında işdən çıxarma müavinəti ödənilməli idi. İddiaçı ona aylıq əmək haqqının dörd misli miqdarında işdən çıxarma müavinəti ödənilməsi ilə bağlı təklifi qəbul etməmiş və Dövlət Əmək Müfəttişliyinə və Həmkar İttifaqı Komitəsinə şikayət etmişdir. Bundan sonra, cavabdeh xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən iddiaçının xx.xx.2020-ci il tarixdən etibarən barəsində başlanmış tədqiqatlar başa çatanadək işdən kənarlaşdırılmasına dair iddiaçıya bildiriş vermişdir. xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən iddiaçının xx.xx.2020-ci il tarixdən etibarən barəsində başlanmış tədqiqatlar başa çatanadək işdən kənarlaşdırılması barədə yeni bildiriş verilmişdir. xx.xx.2020-ci il tarixli 074/K nömrəli əmrə əsasən iddiaçıya göndərilmiş xx.xx.2020-ci il tarixli işdən kənar edilmə haqqında bildiriş ləğv edilmişdir. xx.xx.2020-ci il tarixli bildirişlə iddiaçıya verilmiş ştat vahidinin ixtisarı haqqında xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu ləğv edilmişdir. Sonradan cavabdeh iddiaçının iş yerində mənimsəmə etməsi ilə bağlı Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə şikayət etmişlər. Hesab edir ki, istintaq orqanının mənimsəmə ilə bağlı qərarı olmadan iddiaçı xx.xx.2020-ci il tarixdən işdən qanunsuz olaraq kənarlaşdırılmışdır. Daha sonra xx.xx.2020-ci il tarixli 177/075/Ç nömrəli əmrlə İddiaçı və şirkət arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 177/5 saylı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı həmin əmri məhkəməyə müraciət etdikdən sonra almışdır. Bu səbəbdən iddia tələbinin nəticə hissəsinə dəyişiklik edərək hesab etmişdir ki, tərəflər arasında xx xxxx 2013cü il tarixdə bağlanmış 177/5 saylı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əmr ləğv edilməli, bununla əlaqədar iddiaçının əmək kitabçasında müvafiq düzəliş aparılmalı, tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 177/5 saylı əmək müqaviləsinə şirkət tərəfindən ştat vahidinin ixtisarı ilə bağlı xx.xx.2020-ci il tarixdən xitam verilməli və bununla əlaqədar xəbərdarlıq müddəti əvəzinə orta əmək haqqının 4 misli miqdarında birdəfəlik müavinət iddiaçıya verilməlidir. "Cavabdeh" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (X12) 14 07.2020-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nə müraciət edib Şirkətin iqamətgahlara Xidmət şöbəsinin əməkdaşları olan İddiaçı, X3 və X5 tərəfindən Şirkətə məxsus 21.000 manat pulun mənimsənilməsi barədə verdiyi şikayət əsasında Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Tahir Əzizov tərəfindən araşdırma aparılaraq toplanmış material üzrə xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müraciəti əsasında toplanmış material üzrə Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Tahir Əzizovun qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, material üzrə əlavə araşdırmanın aparılması Yasamal rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas İsmət Nəsimiyevə həvalə edilmişdir. Göründüyü kimi, "Cavabdeh” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi müraciətində Şirkətin İqamətgahlara Xidmət şöbəsinin əməkdaşları tərəfindən Şirkətə məxsus pulun mənimsənilməsi, yəni Azərbaycan Respublikası CM-in 179-cu maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi barədə məlumat vermişdir. Bakı şəhəri Yasamal rayon prokurorluğunun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı münasibətdə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon prokurorluğunun müstəntiqi İsmət Nəsimiyevin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2020ci il tarixli qərarından Şirkət tərəfindən verilmiş şikayət rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin şikayəti rədd edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdeh şirkətə hər hansı bir zərər vurmadığı və pul vəsaitini mənimsəmədiyi öz təsdiqini tapmışdır. Bu səbəbdən hazırda Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən xx.xx.2013-cü il tarixli 177/5 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 177/075/Ç nömrəli əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə əvvəlki iş yerinə - Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində İqamətgahlara Xidmətlər üzrə menecer vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədit, iddia ərizəsinə qarşı yazılı etiraz və mülahizələrini təqdim edərək izahatında bildirdi ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi xx xxxx 1996-cı il tarixdə ********** (VÖEN) sayla qeydə alınmış və bu barədə ona hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarış verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2013cü il tarixli 177/5 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində İqamətgahlara Xidmətlər üzrə Menecer vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçıya ştat vahidinin ixtisarı haqqında xəbərdarlıq məktubu təqdim edilmişdir. Həmin xəbərdarlıq məktubunda göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam veriləcəkdir. İddiaçı bildirişi aldıqdan sonra Dövlət Əmək Müfəttişliyinə şikayət etmişdir. Bundan sonra, araşdırma aparılmış və iddiaçının masasının dolabından X4 məxsus olan möhür aşkar edilmişdir. Möhür aşkar olunandan sonra şirkətin rəhbərliyində iddiaçının mənimsəmə etməsi ilə bağlı şübhələr yaranmış və araşdırma aparılması üçün Yasamal RPİ 27-ci PB-nə müraciət edilmişdir. Bu səbəbdən cavabdeh xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən iddiaçını xx.xx.2020-ci il tarixdən etibarən barəsində başlanmış tədqiqatlar başa çatanadək işdən kənarlaşdırılmışdır. xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 62-ci maddəsinin 1ci hissəsinin “c” bəndinə əsasən iddiaçının xx.xx.2020-ci il tarixdən etibarən barəsində başlanmış tədqiqatlar başa çatanadək işdən kənarlaşdırılması barədə yeni bildiriş verilmişdir. xx.xx.2020-ci il tarixli 074/K nömrəli əmrə əsasən iddiaçıya göndərilmiş xx.xx.2020-ci il tarixli işdən kənar edilmə haqqında bildiriş ləğv edilmişdir. xx.xx.2020-ci il tarixli bildirişlə iddiaçıya verilmiş ştat vahidinin ixtisarı haqqında xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu ləğv edilmişdir. Belə ki, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozduğu və bunun nəticəsində cavabdehə maddi ziyan vurulduğu cavabdeh tərəfindən xəbərdarlıq müddəti ərəfəsində aşkar edilmiş və barəsində intizam qaydasında icraat başlanmışdır. “xxxx” MMC tərəfindən xx.xx.2020-xx.xx.2020-ci ilədək aparılmış audit yoxlamasının nəticəsinə dair xx.xx.2020-ci il tarixdə tərtib edilmiş rəydən müəyyən edilir ki, "Cavabdeh" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə birbaşa müraciət edən müştərilərin bir qismini Şirkətin əməkdaşları İddiaçı və X3 güya agent X5 tərəfindən göndərilən müştərlər kimi rəsmiləşdirməkdə Şirkətə məxsus olan ümumilikdə 53.844 manat zərər vurulmuşdur. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əlavə edilmiş "İşin təsviri" sənədinə əsasən İddiaçı tərəfindən həyata keçirilməli olan öhdəliklərdən biri də cavabdeh olduğu sahənin müstəqil gəlir mərkəzi kimi uğurla idarə edildiyinə əmin olmaq və bütün xərclərə nəzarət etmək və onlara nəzarət etmək üçün müvafiq tədbirləri tövsiyə etmək, şöbənin əməliyyat büdcəsinə ciddi riayət olunmasını təmin etməkdir. xx xxxx 2017-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən Mustafayev Elmar Cavabdehə məxsus daşınmaz əmlak obyektlərinin icarəyə verilməsi ilə bağlı müştərilərin tapılması xidmətini həyata keçirməli, qeyd edilən xidmət əsasında isə, Cavabdeh müqavilədə şərtləşdirilmiş muzdu Mustafayev Elmara ödəməli idi. Qeyd edilməlidir ki, Mustafayev Elmar müxtəlif dövrlərdə, Cavabdeh tərəfindən ödənilməsi üçün hesabları İddiaçı vasitəsi ilə Cavabdehə təqdim etmiş, Cavabdeh isə İddiaçının öz öhdəliklərini vicdanla və düzgün şəkildə yerinə yetirdiyinə inanmaqla, hesablar üzrə ödənişləri yerinə yetirmişdir. Lakin sonradan Cavabdehə məlum olmuşdur ki, İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, belə ki, Mustafayev Elmar tərəfindən təqdim edilən hesabların doğruluğunu yoxlamadan, Cavabdehi bu hesabların doğruluğuna inandırmışdır. Beləliklə, İddiaçı tərəfindən nəinki əmək müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş, həmçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulmuşdur. Belə ki, bir neçə icarəçi Elmar Mustafayevin xidmətindən istifadə etmədiyi halda, Elmar Mustafayev bu icarəçilərin guya onun tərəfindən tapıldığına dair Cavabdehə hesab təqdim etmiş və İddiaçı öz vəzifə öhdəliklərini yerinə yetirmədiyinə (hesabların düzgünlüyünə nəzarət etmədiyi üçün və hesabları imzaladığı üçün) görə Cavabdeh tərəfindən Elmar Mustafayevə 53.844 manat ödəniş həyata keçirilmişdir. Yəni, İddiaçının əmək vəzifələrini kobud şəkildə pozduğu aşkar edildiyindən və bunun nəticəsində Şirkətə maddi ziyan vurulduğundan, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2013-cü il tarixdə bağlanılmış 177/5 saylı əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixli 177/075/Ç saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbinə əməl edilmişdir. Həmçinin iddiaçı xx.xx.2020-ci il tarixdə “müavinətlərin ödənilməsi, əmək müqaviləsinə xitam verilməsi və əmək kitabçasının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək tərəflər arasında xx xxxx 2013-cü il tarixdə bağlanılmış 177/5 saylı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əmrin ləğv edilməsi, bununla əlaqədar iddiaçının əmək kitabçasında müvafiq düzəlişin aparılması, xx xxxx 2013-cü il tarixdə bağlanılmış 177/5 saylı əmək müqaviləsinin şirkət tərəfindən ştat vahidinin ixtisarı ilə bağlı xx xxxxxx 2020-ci il tarixdən xitam verilməsi və bununla əlaqədar xəbərdarlıq müddəti əvəzinə orta əmək haqqının 4 misli miqdarında birdəfəlik müavinətin iddiaçıya verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə bərpa edilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürmüş və xx.xx.2021-ci il tarixdə yenidən iddia tələbini dəyişdirərək işə bərpa və məcburi iş buraxma mülddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, iddianın əsassız olduğuna və iddia müddəti keçdiyinə görə rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflərin izahatları, işin məhkəmə tərəfindən araşdırılmış həqiqi halları və işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 177/5 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində İqamətgahlara Xidmətlər üzrə Menecer vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçıya ştat vahidinin ixtisarı haqqında xəbərdarlıq məktubu təqdim edilmişdir. Həmin xəbərdarlıq məktubunda göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam veriləcəkdir. İddiaçı bildirişi aldıqdan sonra Dövlət Əmək Müfəttişliyinə şikayət etmişdir. Bundan sonra, araşdırma aparılmış və iddiaçının masasının dolabından X4 məxsus olan möhür aşkar edilmişdir. Möhür aşkar olunandan sonra şirkətin rəhbərliyində iddiaçının mənimsəmə etməsi ilə bağlı şübhələr yaranmış və araşdırma aparılması üçün Yasamal RPİ 27-ci PB-nə müraciət edilmişdir. Bu səbəbdən cavabdeh xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən iddiaçını xx.xx.2020-ci il tarixdən etibarən barəsində başlanmış tədqiqatlar başa çatanadək işdən kənarlaşdırılmışdır. xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 62-ci maddəsinin 1ci hissəsinin “c” bəndinə əsasən iddiaçının xx.xx.2020-ci il tarixdən etibarən barəsində başlanmış tədqiqatlar başa çatanadək işdən kənarlaşdırılması barədə yeni bildiriş verilmişdir. xx.xx.2020-ci il tarixli 074/K nömrəli əmrə əsasən iddiaçıya göndərilmiş xx.xx.2020-ci il tarixli işdən kənar edilmə haqqında bildiriş ləğv edilmişdir. xx.xx.2020-ci il tarixli bildirişlə iddiaçıya verilmiş ştat vahidinin ixtisarı haqqında xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu ləğv edilmişdir. Belə ki, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozduğu və bunun nəticəsində cavabdehə maddi ziyan vurulduğu cavabdeh tərəfindən xəbərdarlıq müddəti ərəfəsində aşkar edilmiş və barəsində intizam qaydasında icraat başlanmışdır. “xxxx” MMC tərəfindən xx.xx.2020-xx.xx.2020-ci ilədək aparılmış audit yoxlamasının nəticəsinə dair xx.xx.2020-ci il tarixdə tərtib edilmiş rəydən müəyyən edilir ki, "Cavabdeh" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə birbaşa müraciət edən müştərilərin bir qismini Şirkətin əməkdaşları İddiaçı və X3 güya agent X5 tərəfindən göndərilən müştərlər kimi rəsmiləşdirməkdə Şirkətə məxsus olan ümumilikdə 53.844 manat zərər vurulmuşdur. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əlavə edilmiş "İşin təsviri" sənədinə əsasən İddiaçı tərəfindən həyata keçirilməli olan öhdəliklərdən biri də cavabdeh olduğu sahənin müstəqil gəlir mərkəzi kimi uğurla idarə edildiyinə əmin olmaq və bütün xərclərə nəzarət etmək və onlara nəzarət etmək üçün müvafiq tədbirləri tövsiyə etmək, şöbənin əməliyyat büdcəsinə ciddi riayət olunmasını təmin etməkdir. xx xxxx 2017-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən Mustafayev Elmar Cavabdehə məxsus daşınmaz əmlak obyektlərinin icarəyə verilməsi ilə bağlı müştərilərin tapılması xidmətini həyata keçirməli, qeyd edilən xidmət əsasında isə, Cavabdeh müqavilədə şərtləşdirilmiş muzdu Mustafayev Elmara ödəməli idi. Elmar Mustafayev müxtəlif dövrlərdə, Cavabdeh tərəfindən ödənilməsi üçün hesabları İddiaçı vasitəsi ilə Cavabdehə təqdim etmiş, Cavabdeh isə İddiaçının öz öhdəliklərini vicdanla və düzgün şəkildə yerinə yetirdiyinə inanmaqla, hesablar üzrə ödənişləri yerinə yetirmişdir. Lakin sonradan Cavabdehə məlum olmuşdur ki, İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, Elmar Mustafayev tərəfindən təqdim edilən hesabların doğruluğunu yoxlamadan, Cavabdehi bu hesabların doğruluğuna inandırmışdır. İddiaçı tərəfindən nəinki əmək müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş, həmçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulmuşdur. Belə ki, bir neçə icarəçi Elmar Mustafayevin xidmətindən istifadə etmədiyi halda, Elmar Mustafayev bu icarəçilərin guya onun tərəfindən tapıldığına dair Cavabdehə hesab təqdim etmiş və İddiaçı öz vəzifə öhdəliklərini yerinə yetirmədiyinə (hesabların düzgünlüyünə nəzarət etmədiyi üçün və hesabları imzaladığı üçün) görə Cavabdeh tərəfindən Elmar Mustafayevə 53.844 manat ödəniş həyata keçirilmişdir. Yəni, İddiaçının əmək vəzifələrini kobud şəkildə pozduğu aşkar edildiyindən və bunun nəticəsində Şirkətə maddi ziyan vurulduğundan, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2013-cü il tarixdə bağlanılmış 177/5 saylı əmək müqaviləsinə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli 177/075/Ç saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehini verə bilər. Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəllənin 310-cu maddəsinə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən xx.xx.2013-cü il tarixli 177/5 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 177/075/Ç nömrəli əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə əvvəlki iş yerinə - Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində İqamətgahlara Xidmətlər üzrə menecer vəzifəsinə bərpa olunması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar