Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3691/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC Cavabdeh qarşı "müqavilənin ləğv olunması, maddi ziyan və borc" tələbinə dair iddia ərizəsi ilə 17.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 07.06.2019-cu il tarixli MAS-893 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh MAS-893 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05.11.2020-ci il tarixdə 713,67 manat gecikdirilmiş əsas borc, 437,63 manat gecikdirilmiş mükafat, 425,72 manat dəbbə pulu, 7185 manat dəymiş zərər olmaqla, ümumilikdə 8762,02 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun Azərmaş” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Azərmaş MMC ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2019-cu il tarixli, MAS-893 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164114 ban nömrəli, qara rəngli avtomobil 13300 manat müqabilində İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 noyabr 2020-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 7185 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 21 iyul 2020-ci il tarixdə 2800 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 07 iyun 2019-cu il tarixli MAS-893 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 noyabr 2020-ci il tarixə 713,67 manat gecikdirilmiş əsas borc, 437,63 manat gecikdirilmiş mükafat, 425,72 manat dəbbə pulu, ümumilikdə 1577,02 manat borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında MAS-893 saylı, 07.06.2019-cu il tarixli saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən, lizinq verən – İddiaçı MMC lizinq alan – Cavabdeh tərəfindən seçilmiş “Khazar SD” minik markalı, qara rəngli, ban nömrəsi NVAW01HHFKE164114 olan avtomobili öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Cavabdeh 48 ay müddətinə 13300 manat haq müqabilində illik 17% lizinq mükafatı hesablanmaqla sahiblik və istifadəyə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AD seriyalı, 501972 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Khazar SD” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan İddiaçı MMC Azərmaş Servis tərəfindən verilmiş 13.04.2021ci il tarixli qüsur aktından müəyyən edilir ki, “Khazar SD” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 7185 manat tələb olunur. İş materiallarından İddiaçı MMC tərəfindən tərtib olunmuş 01.07.2021-ci il tarixli, 1337 nömrəli maliyyə arayışına əsasən Cavabdeh MAS-893 saylı, 07.06.2019-cu il tarixli saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 05.11.2020-ci il tarixə 713,67 manat əsas borc, 437,63 manat lizinq mükafatı, 425,72 manat cərimə olmaqla cəmi 1577,02 manat borcu vardır. İş materiallarında olan 08.09.2021-ci il tarixli, 9/4852 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, İddiaçı MMC tərəfindən təqdim edilmiş 13.04.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Khazar SD” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6766 manat müəyyən edilmişdir. İş materiallarında olan Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından müəyyən olunur ki, qurumun əvvəlki adı "xxxx" MMC, hazırki adı isə İddiaçı MMC-dir. Məhkəmə qeyd edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsas borcun və 437,63 manat lizinq mükafatının tutulması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq müqaviləsinin 8.1-ci bəndinə əsasən lizinq obyektinə faktiki sahiblik və istifadəsindən asılı olmayaraq, bu müqavilənin bütün müddəti ərzində lizinq verənə müəyyən edilmiş dövriliklə və tarixdə lizinq ödənişlərini (lizinq ödənişlərinə - lizinq obyektinin dəyəri, mükafatın məbləği, bank xərcləri və servis haqqı, səğorta haqları daxildir) ödəməlidir. Məhkəmə ekspert rəyini nəzərə alaraq qeyd edir ki, iddiaçı cavabdehdən onun xeyrinə dəymiş zərərin əvəzi olaraq 7185 manat məbləğində pulun tutulmasını tələb etsə də, cavabdehdən 6766 manat məbləğində pul tutulmalıdır. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, MAS- 893 saylı, 07.06.2019-cu il tarixli müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul iddiaçının xeyrinə və keçirilmiş məhkəmə ekspertizasının xərci olan 100 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-893 saylı, 07.06.2019-cu il tarixli daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh MAS-893 saylı, 07.06.2019-cu il tarixli daxili lizinq müqaviləsi üzrə 713,67 manat əsas, 437,63 manat lizinq mükafatı, 10 manat dəbbə pulu, 6766 manat dəymiş zərər olmaqla, ümumilikdə 7927,3 (yeddi min doquz yüz iyirmi yeddi manat otuz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-893 saylı, 07.06.2019-cu il tarixli daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh MAS-893 saylı, 07.06.2019-cu il tarixli daxili lizinq müqaviləsi üzrə 713,67 manat əsas, 437,63 manat lizinq mükafatı, 10 manat dəbbə pulu, 6766 manat dəymiş zərər olmaqla, ümumilikdə 7927,3 (yeddi min doquz yüz iyirmi yeddi manat otuz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3691/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3691/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver