Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3696/2021 15.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 qızının katibliyi, Ərizəçinun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbi barədə” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan MSSR Şahbuz rayonunun Kolanı kənd sovetinin 06.04.1973cü il tarixdə verdiyi “Evlənmək haqqında şəhadətnamə”nin, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13.04.1992-ci il tarixli 544 saylı sərəncamının və Bakı ŞİH Başçısının həmin sərəncamına əsasən verilmiş 8 №-li Orderin 07.09.2016-cı il tarixdə vəfat etmiş X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişatında ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, 06.04.1973-cü il tarixli "Evlənmək haqqında şəhadətnamə”ni Naxçıvan MSSR Şahbuz rayonunun Kolanı kənd soveti, 13.04.1992-ci il tarixli 544 saylı sərəncamı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, 8 №-li Orderi Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 241 №-li kooperativi tərəfindən veridiyini göstərmiş, maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin əvəzinə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin cəlb edilməsini və ərizənin qalan hissəsi dəyişilməz qalmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum əri X3 verilmiş bir neçə sənədlərdə onun ata adı hərf fərqi ilə yazıldığından, həmin sənədləri vərəsə olaraq hüquqi təyinatı üzrə istifadə edə bilmir. X5 ilə 06.04.1973-cü il tarixdə nikaha daxil olmuş, bu barədə Naxçıvan MSSR Şahbuz rayonunun Kolanı kənd soveti tərəfindən “Evlənmək haqqında şəhadətnamə’’ verilmişdir. X5 07.09.2016-cı il tarixdə vəfat etmişdir. Müraciəti əsasında, mərhum X1 vəfatı üzrə 2 saylı Bakı Asan Xidmət mərkəzinin notariat ofisində vərəsəlik işi açılmış və ərhumun vərəsəsi kimi tanınmışdır. Miras əmlakın dairəsini müəyyən etmək üçün mərhum ərinin adına olan bağ torpağına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavab olaraq təqdim etdiyi sənədlərdə ərinin ata adının hərf fərqləri ilə yazılmasını göstərilmişdir. Belə ki, ərinin ata adı sənədlərdə belə yazılmışdır:
1. Naxçıvan MSSR Şahbuz rayonunun Kolanı kənd sovetinin 06.04.1973-cü il tarixdə verdiyi “Evlənmək haqqında şəhadətnamədə “Qəşəm”;
2. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının rus dilində tərtib edilmiş 13.04.1992-ci il tarixli 544 saylı sərəncamında “Qaşim” (“Həşim”);
3. Bakı ŞİH Başçısının həmin sərəncamına əsasən verilmiş və Azərbaycan dilində tərtib edilmiş 8 №-li Orderdə “Qəşəm”;
4. Yasamal RPİ tərəfindən 07.05.2005-ci il tarixdə verilmiş AZE 02245514 nömrəli şəxsiyyət vəsiqəsində “Həşəm”;
5. 2 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 18.09.2016-cı il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamədə “Həşəm”. 2 saylı Bakı Asan Xidmət mərkəzinin notariat ofisində vərəsəlik işi “X5” adı ilə açılmışdır. Vərəsəlik işinin davam etdirilməsi və Y.Abbasova məxsus olmuş əmlak dairəsinin müəyyən edilməsi üçün fərqli ata adları göstərilmiş müxtəlif sənədlərdə nəzərdə tutulan şəxsin eyni şəxs olması, hər üç sənədlərin eyni şəxsə məxsus olması təsdiq edilməlidir. Həmin sənədlərin eyni şəxsə məxsus olması faktını başqa yolla təsdiq etmək mümkün deyildir. Məhkəmə iclasında iştirak edən ərizəçinun nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçinin mərhum əri Yusif ilə eyni kənddəndir və qohumluqlaqrı var. Mərhumun atasının adı Qəşəm olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçinin mərhum əri Yusif ilə eyni kənddəndir atasının adı Qəşəm olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, ərizəçinin mərhum əri Yusif ilə bir yerdə işləmişdir. Yusifin atasının adını Qəşəm kimi tanımışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Naxçıvan MSSR Şahbuz rayonunun Kolanı kənd soveti tərəfindən verilmiş 06.04.1973-cü il tarixli "Evlənmək haqqında şəhadətnamə”də ərizəçinin ərinin atasının adı “Qəşəm” kimi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının rus dilində tərtib edilmiş Ləhiş bağlar sahəsindəki 241 №-li kooperativdə bağ sahəsi verilməsinə dair 13.04.1992-ci il tarixli 5AA saylı sərəncamında ərizəçinin əri X2 adı “Həşim” kimi, Bakı ŞİH Başçısının həmin sərəncamına əsasən verilmiş və Azərbaycan dilində tərtib edilmiş 8 №-li Orderdə “Qəşəm” kimi, Yasamal RPİ tərəfindən 07.05.2005-ci il tarixdə verilmiş AZE 02245514 nömrəli şəxsiyyət vəsiqəsində “Həşəm” kimi və 2 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 18.09.2016-cı il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamədə “Həşəm” kimi göstərilmişdir. Bakı şəhəri 2 saylı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən Bakı şəhərinin notariusu C.Məmmədov tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəriƏrazi idarəsinə ünvanlanmış 03.12.2016-cı il tarixli məktubdan görünür ki, mərkəzdə aparılan vərəsəlik İşi üzrə qanun üzrə vərəsə olan Ərizəçi ərizə ilə müraciət edərək 07.09.2016-cı ildə vəfat etmiş X1 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 0.12. ha torpaq sahəsinin olmasını göstərmiş, müvafiq sənədlərin surətlərini təqdim etmiş, onun vərəsə olması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, X3 məxsus olan həmin əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsi məsələsinə baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02.03.2021-ci il tarixli məktubundan görünür ki, mərhum Abbasov Yusif .Həşim oğluna məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən “4594V” və “4608V” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəçinin müraciətinə baxılmış, bununla əlaqədar olaraq bildirilmişdir ki, tədim edilmiş "4594V” bağ sahəsinə aid sənədlərdə ata adında “Qəşəm”, “Həşəm”, “Həşim” kimi uyğunsuzluqlar mövcuddur. Bundan əlavə, müraciətdə qeyd olunan digər “4608V” bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Odur ki, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. Naxçıvan MSSR Şahbuz rayonunun Kolanı kənd sovetinin 06.04.1973-cü il tarixdə verdiyi “Evlənmək haqqında şəhadətnamə”nin, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13.04.1992-ci il tarixli 544 saylı sərəncamının və Bakı ŞİH Başçısının həmin sərəncamına əsasən verilmiş 8 №-li Orderin 07.09.2016-cı il tarixdə vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ayaz Məmmədov