Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3712/2021 17.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********55763 olan Galaxy S10+ DUAL markalı telefon üçün 859 (səkkiz yüz əlli doqquz) manat ödənilməmiş hissə, 230 (iki yüz otuz) manat dəbbə, 22.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********51529 olan iPhone XR markalı telefon üçün 1274 (min iki yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 382 (üç yüz səksən iki) manat dəbbə, 18.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********67301 olan Samsung Galaxy S10+ DUAL markalı telefon üçün 1925 (min doqquz yüz iyirmi beş) manat ödənilməmiş hissə, 576 (beş yüz yetmiş altı) manat dəbbə, 09.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********26912 olan Huawei Y7 markalı telefon üçün 370 (üç yüz yetmiş) manat ödənilməmiş hissə, 111 (yüz on bir) manat dəbbə, 20.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********99435 olan Huawei P Smart Z markalı telefon üçün 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 95 (doxsan beş) manat dəbbə pulu olmaqla ümumilikdə 6142 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Dəbbə pulunun məbləği ilə bağlı sədrlik edənin sualına cavab olaraq dəbbə pulunun azaldılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. Qeyd etmişdir ki, borcu hissə-hissə ödəyə bilər. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış: 22.09.2019-cu il tarixli 00930581 saylı müqaviləyə əsasən iddiaçı İMEİ kodu **********51529 olan iPhone XR markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş də daxil olmaqla 2184 manat pulu 12 ay müddətinə aylıq 182 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 22.09.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, İMEİ kodu **********51529 olan iPhone XR markalı telefon cavabdeh tərəfindən təhvil alınmışdır. 27.10.2019-cu il tarixli 01011326 saylı müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı İMEİ kodu **********55763 olan Galaxy S10+ DUAL markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş daxil olmaqla 2310 manat pulu 12 ay müddətinə aylıq 192 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 27.10.2019-cu il tarixli əşyaların təhviltəslim aktına əsasən müəyyən olunur ki, İMEİ kodu **********55763 olan Galaxy S10+ DUAL markalı telefon cavabdeh tərəfindən təhvil alınmışdır. 20.09.2019-cu il tarixli 00926824 saylı müqaviləyə əsasən iddiaçı İMEİ kodu **********99435 olan Huawei P Smart Z markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş daxil olmaqla 636 manat pulu 12 ay müddətinə aylıq 53 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 20.09.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, İMEİ kodu **********99435 olan Huawei P Smart Z markalı telefon cavabdeh tərəfindən təhvil alınmışdır. 18.12.2019-cu il tarixli 01137296 saylı müqaviləyə əsasən iddiaçı İMEİ kodu **********67301 olan Samsung Galaxy S10+ DUAL markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş daxil olmaqla 2310 manat pulu 12 ay müddətinə aylıq 192,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 18.12.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, İMEİ kodu **********67301 olan Samsung Galaxy S10+ DUAL markalı telefon cavabdeh tərəfindən təhvil alınmışdır. 09.12.2019-cu il tarixli 01114203 saylı müqaviləyə əsasən iddiaçı İMEİ kodu **********26912 olan Huawei Y7 markalı telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə bunun əvəzində müqaviləyə əlavə ilə müəyyən edilmiş ilkin ödəniş daxil olmaqla 450 manat pulu 12 ay müddətinə aylıq 37 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 09.12.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, İMEİ kodu **********26912 olan Huawei Y7 markalı telefon cavabdeh tərəfindən təhvil alınmışdır. 10.05.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən həmin tarixə cavabdehin müqavilələr üzrə 4748 manat əsas, 1394 manat cərimə borcu vardır. “xxxx” MMC-nin Cavabdeh ünvanladığı 22.01.2021-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 27.10.2019-cu il tarixli müqaviləyə əsasən 859 manat ödənilməmiş hissə, 22.09.2019-cu il tarixli müqaviləyə əsasən 1274 manat ödənilməmiş hissə, 18.12.2019-cu il tarixli müqavilə üzrə 1925 manat ödənilməmiş hissə, 09.12.2019-cu il tarixli müqavilə üzrə 370 manat ödənilməmiş hissə, 20.09.2019-cu il tarixli müqavilə üzrə 320 manat ödənilməmiş hissə olmaqla ümumilikdə 4748 manat əsas borc, 100 manat cərimə borcu olmaqla ümumilikdə 4848 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. İddia tələbi əsas borca münasibətdə əsaslı olsa da, dəbbə pulu hissəsində əsaslı deyildir. Belə ki, dəbbənin məbləği əsas borca mütənasib deyildir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə borcu azaldılmalı və 100 manat müəyyən edilməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 27.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********55763 olan Samsung Galaxy S10+ DUAL markalı telfon üçün 859 manat ödənilməmiş hissə, 22.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********51529 olan iPhone XR markalı telefon üçün 1274 manat ödənilməmiş hissə, 18.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********67301 olan Samsung Galaxy S10+ DUAL markalı telefon üçün 1925 manat ödənilməmiş hissə, 09.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********26912 olan Huawei Y7 markalı telefon üçün 370 manat ödənilməmiş hissə, 20.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********99435 olan Huawei P Smart Z markalı telefon üçün 320 manat ödənilməmiş hissə olmaqla ümumilikdə 4748 manat əsas borc, 100 manat cərimə, cəmi 4848 (dörd min səkkiz yüz qırx səkkiz) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3712/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3712/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver