Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3715/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi” tələbinə dair iddia ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 01 mart 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş oğlu X3 fəaliyyət qabiliyyəti olmayan elan edilməsi və onun qəyyumu təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X8 01 mart 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Oğlu anadan gəlmə “Daun” xəstəsidir. Xəstəliyi ilə əlaqədar oğlu X2 uçotundadır. Bütün bu illər oğlunun xəstəliyini düşünmədən onun qayğısını çəkmişdir. Lakin indiyənə qədər rəsmi şəkildə oğlunun qəyyumu təyin edilməmişdir. Buna isə daima ehtiyac var. Belə ki, müəyyən sənədləşmələrdə oğlunun imzası lazım gəlir, o isə bunu etmək iqtidarında deyildir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun qəyyumu təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməldir. Belə ki, iş materiallarında olan: AZ-İ № 594315 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 01 mart 2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası Ərizəçi qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 228 nömrə ilə qeyd edilmişdir. X2 15 mart 2007-ci il tarixli epikrizindən görünür ki, X6 “Daun xəstəliyi” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışın surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə müayinədən keçmişdir, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət almaq hüququ verən tibbi göstərişlərin meyarlarının 2.1.3.6-cı bəndinə uyğundur, növbəti müaiynənin tarixi xx.xx.2010-cu ildir. xx.xx.2010-cu il tarixli arayışın surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə müayinədən keçmişdir, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət almaq hüququ verən tibbi göstərişlərin meyarlarının 2.1.6-cı bəndinə uyğundur, növbəti müaiynənin tarixi xx.xx.2012-ci ildir. xx.xx.2012-ci il tarixli arayışın surətindən görürür ki, X8 xx.xx.2012-ci il tarixdə müayinədən keçmişdir, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət almaq hüququ verən tibbi göstərişlərin meyarlarının 4.3-cü bəndinə uyğundur, növbəti müayinə tarixi “18 yaşa qədər” müəyyən edilmişdir. “X9”nin xx.xx.2023-cü il tarixli laborator müayinəsinin nəticəsindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5 normal xromosom sayının pozulması:saylı xromosomun trisomiyası aşkar edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 2356 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5 daun sindromu nəticəsində yaranan ağır dərəcəli əqli gerilik aşkar olunur. O öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar vardır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, 01 mart 2005-ci il təvəllüdlü X8 Bakı şəhərində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır, ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi oğlu X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin Mülki qanuvericiyilin normalarına əsasən qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin üzərində qəyyumun və ya himayəçinin təyin edilməsi şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən həyata keçirilir. Beləliklə, X3 “daun sindromu nəticəsində yaranan ağır dərəcəli əqli gerilik” xəstəliyi olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X8 əqli xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə qismən təmin edilərək X8 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 01 mart 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3715/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3715/2023
27.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver