Məhkəmə qərarları › İş №2(004)-3716/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3716/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3716/2021 17.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.12.2019-cu il tarixli müqaviləyə əsasən Panasonic markalı ətçəkən, Hofman markalı mini soba üçün 447 manat ödənilməmiş hissə, 43 manat cərimə, 03.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********66244 olan X3 8 markalı telefon, X4 Redmi aksesuar üçün 480.4 manat ödənilməmiş hissə, 48 manat cərimə, 15.02.2020-ci il tarixli müqaviləyə əsasən X1qlıq üçün 324 manat ödənilməmiş hissə, 32 manat cərimə, 28.02.2020-ci il tarixli müqaviləyə əsasən Xiaomi Mi AirDots Pro 2 qulaqlıq üçün 200.4 manat ödənilməmiş hissə, 20 manat cərimə, ümumilikdə 1594,8 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq “xxxx” MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, 02.12.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən, iddiaçı “xxxx” MMC tərəfindən Cavabdeh 12 ay müddətinə aylıq 45 manat ödəmək şərti ilə ümumi məbləği 540 manat olan Panasonic markalı ətçəkən və Hofman markalı mini soba verilmişdir, 03.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 18 ay müddətinə ilkin ödənişi 90 manat olan, aylıq 28.3 manat ödəmək şərti ilə ümümi məbləği 599.4 manat olan İMEİ kodu **********66244 olan X3 8 markalı telefon, X4 Redmi aksesuar verilmişdir, 15.02.2020-ci il alqı-satqı müqaviləsinə əsasən, 12 ay müddətinə aylıq 27 manata ödəmək şərti ilə ümumi məbləği 324 manata olan X1qlıq verilmişdir, 28.02.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 12 ay müddətinə aylıq 16.7 manat ödəmək şərti ilə ümumi məbləği 200.4 manat olan Xiaomi Mi AirDots Pro 2 qulaqlıq verilmişdir. 12 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 02.12.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 447 manat məbləğində ödənilməmiş hissə, 43 manat cərimə borcu, 03.01.2020-cu il tarixli müqaviləsinə üzrə 480.4 manat ödənilməmiş hissə, 48 manat cərimə, 15.02.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 324 manat ödənilməmiş hissə, 32 manat cərimə, 28.02.2020-cu il tarixli müqaviləsi üzrə 200.4 manat ödənilməmiş hissə, 20 manat cərimə, cəmi 1594,8 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 02.12.2019-cu il tarixli müqaviləyə əsasən Panasonic markalı ətçəkən, Hofman markalı mini soba üçün 447 manat ödənilməmiş hissə, 43 manat cərimə, 03.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********66244 olan X3 8 markalı telefon, X4 Redmi aksesuar üçün 480.4 manat ödənilməmiş hissə, 48 manat cərimə, 15.02.2020-ci il tarixli müqaviləyə əsasən X1qlıq üçün 324 manat ödənilməmiş hissə, 32 manat cərimə, 28.02.2020-ci il tarixli müqaviləyə əsasən Xiaomi Mi AirDots Pro 2 qulaqlıq üçün 200.4 manat ödənilməmiş hissə, 20 manat cərimə, ümumilikdə 1594,8 manat borc alınaraq “xxxx” MMC-nə ödənilməlidir. İddiaçı “xxxx” MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh Panasonic markalı ətçəkən, Hofman markalı mini soba üçün 447 (dörd yüz qırx yeddi) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, İMEİ kodu **********66244 olan X3 8 markalı telefon, X4 Redmi aksesuar üçün 480.4 (dörd yüz səksən manat qırx qəpik) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat cərimə, X1qlıq üçün 324 (üç yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə, Xiaomi Mi AirDots Pro 2 qulaqlıq üçün 200.4 (iki yüz manat dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə 1594,8 (bir min beş yüz doxsan dörd manat səksən) manat və 30 (otuz) dövlət rüsumu alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar