Məhkəmə qərarları › İş №2(004)-3719/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3719/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3719/2021 22.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 19.05.2021ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X1 31.07.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********76789 olan “Samsung Galaxy A8” markalı telefon üçün 746 manat ödənilməmiş hissə, 230 manat dəbbə, 03.08.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********76391 olan “Samsung Galaxy A8” markalı telefon üçün 1049 manat ödənilməmiş hissə, 318 manat dəbbə olmaqla ümumilikdə 2343 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə “xxxx” MMC arasında 31.07.2018-ci il tarixli, ******* saylı və 03.08.2018-ci il tarixli, 00237603 saylı müqavilələr bağlanmış, müqavilə üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmış, lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini pozaraq ödənişləri vaxtında etməmiş və nəticədə cəmi 2343 manat borcu yaranmışdır. Ümumilikdə isə cavabdehin ödəniş etdiyi məbləğ 1137 manat təşkil edir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir xəbər verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 31.07.2018-ci il tarixli, ******* nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən bir ədəd İMEİ kodu **********76789 olan “Samsung Galaxy A8” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 03.08.2018-ci il tarixli, 00237603 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ kodu **********76391 olan “Samsung Galaxy A8” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 31.07.2018-ci il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 1466 manat təşkil edir və aylıq 59 manat olmaqla 24 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 03.08.2018-ci il tarixli, 00237603 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 1466 manat təşkil edir və aylıq 59 manat olmaqla 24 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş 12.05.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Dostumalıyev (Qələndərov) Kənan Mənsum oğlunun 31.07.2018-ci il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 1466 manat olan əsas borcdan 746 manat ödənilməmiş hissə, 230 manat cərimə, cəmi 976 manat borcu, 03.08.2018-ci il tarixli, 00237603 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğısatqı qiyməti 1466 manat olan əsas borcdan 1049 manat ödənilməmiş hissə, 318 manat cərimə, cəmi 1367 manat borcu, ümumilikdə isə 2343 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu X4 malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdeh X1 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 31.07.2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 10 manat və 03.08.2018-ci il tarixli, 00237603 saylı müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh Dostumalıyev (Qələndərov) Kənan Mənsum oğlundan 31.07.2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 746 manat əsas borc, 10 manat dəbbə borcu, 03.08.2018-ci il tarixli, 00237603 müqavilə üzrə 1049 manat əsas borc, 20 manat dəbbə borcu olmaqla, ümumilikdə 1825 (bir min səkkiz yüz iyirmi beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Dostumalıyev (Qələndərov) Kənan Mənsum oğlundan 31.07.2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 746 manat əsas borc, 10 manat dəbbə borcu, 03.08.2018-ci il tarixli, 00237603 müqavilə üzrə 1049 manat əsas borc, 20 manat dəbbə borcu olmaqla, ümumilikdə 1825 (bir min səkkiz yüz iyirmi beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar