Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3722/2021 22.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi ilə, İddiaçı və iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə İddiaçı və iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və oğlu X1 və Cavabdeh hər birinin 1/3 hissədə paylı mülkiyyətçisi olduqları ünvan 1 ünvanında olan 22 saylı mənzilin naturada bölünməsi, natura qaydasında bölünməsi mümkün olmadıqda isə mübahisəli əmlakın hərrac vasitəsilə satılaraq hərracdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı və iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı və İddiaçı qanuni nümayəndəsi olduğu X1 və Cavabdeh hər birinin 1/3 hissədə paylı mülkiyyətçisi olduqları ünvan 1 ünvanında olan 22 saylı mənzilin açıq hərrac vasitəsilə satılaraq hərracdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi-vəkili Vəkil2 izahatında iddia tələbini müdafiə etmiş, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 01.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi-vəkili Vəkil2 bildirmişdir ki, cavabdeh tərəfindən mənzilin iddiaçıya məxsus olan hissəsinə dair payın dəyərinin ödənilməsinə etiaz etmirlər. Əgər cavabdeh mənzilin iddiaçıya məxsus olan hissəsinə dair payın dəyərinin ödənilməsinə razı olarsa iddiaçı tərəf qəbul edər. Bu səbəbdən əlavə iddia qaldırmağa ehtiyac yoxdur. Qəyyumluq və Himayəçilik orqanına müraciət olunmuş və cavab gözlənilir. Bundan başqa əmlakla bağlı əqd bağlanan zaman Qəyyumluq və Himayəçilik orqanının razılığı olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 01.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak dən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbi iki əsasa görə rədd edilməlidir. Birincisi, mənzilin iddiaçıya məxsus olan hissəsinə dair payın dəyərinin ödənilməsi ilə bağlı müraciət olunmamışdır, ikincisi isə X2 yetkinlik yaşına çatmadığı halda müvafiq Qəyyumluq və Himayəçilik orqanının rəyi alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında olan 22 saylı mənzil İddiaçı, Cavabdeh, X1 xüsusi mülkiyyətindədir. İddiaçı, Cavabdeh, X1 hər birinin qeyd edilən mənzilə 1/3 hissədə pay hüququ var. İş materiallarında olan AZ-İİİ № 707912 seriya nömrəli doğum haqında şəhadətnamənin notariusda təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, 05.12.2009-cu il təvəllüdlü X1 atası X3, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİ №085035 seriya nömrəli ölüm haqında şəhadətnamənin notariusda təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, X3 09.04.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 17.08.2021-ci il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin tərəflər arasında 1/3 hissədə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1,2.2,2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə İddiaçı və iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi-vəkili Vəkil2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, X1, İddiaçı, həmçinin Cavabdeh ünvan 1 ünvanında olan 22 saylı mənzilin hər birinin 1/3 hissədə mülkiyyətçisi olmaları iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, X1, İddiaçı, həmçinin Cavabdeh paylı mülkiyyət hüququna malik olduqları əmlakın bölünməsi və ya ondan pay ayrılması ekspert rəyinə əsasən mümkün olmadığından,həmçinin cavabdeh tərəf iddiaçılara düşən payın məbləğini ödəmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli, İddiaçı və iddaiçı İddiaçı qanuni nümayəndəsi olduğu X1 və Cavabdeh hər birinin 1/3 hissədə paylı mülkiyyətçisi olduqları ünvan 1 ünvanında olan 22 saylı mənzil açıq hərrac vasitəsilə satılmalı və hərracdan əldə olunmuş vəsait paylara mütənasib şəkildə ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən hesab edir ki, 50 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməli, 30 manat dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı və iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin maddəsin 6-cı bəndinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı və iddaiçı İddiaçı qanuni nümayəndəsi olduğu X1 və Cavabdeh hər birinin 1/3 hissədə paylı mülkiyyətçisi olduqları ünvan 1 ünvanında olan 22 saylı mənzil açıq hərrac vasitəsilə satılsın və hərracdan əldə olunmuş vəsait paylara mütənasib şəkildə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı və iddiaçı X1 qanuni nümayəndəsi İddiaçı ödənilsin. İş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3722/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3722/2021
22.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver