Məhkəmə qərarları › İş №2(004)-3724/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3724/2021

21.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3724/2021 21.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və pul tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və pul tutulması” tələbinə dair iddia ərizəsi ilə 19.05.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Şövqiyar Abdullayev küçəsi 9A, 1-ci giriş 1-ci mərtəbə qapı-1, 2-ci mərtəbə qapı 1A ünvanda yerləşən ümumi sahəsi 1115,2 kv.m olan qeyri-yaşayış sahəsinə (“Otel Eqoist”) sudan istifadəyə görə qanunsuz hesablanmış 14.100,60 manat borcun iddiaçının hesabından silinməsi və Cavabdeh ASC-dən iddiaçının xeyrinə 1.200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsində (“Otel Eqoist) otelçilik fəaliyyəti ilə məşğul olur. Hazırkı mübahisə isə həmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sudan istifadəyə görə hesablanmış borcun silinməsi ilə bağlı yaranmışdır. 27.05.2004-cü il tarixdə qeydiyyata alınmış Cavabdeh ASC hüquqi şəxsdir, ünvanı Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 67-dir (VÖEN **********). 28.01.2019-cüu il tarixli alqı-satqı müqaviləsindən və 06.02.2019-ci il tarixli çıxarışdan müəyyən edilir ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu Şövqiyar Abdullayev küçəsi 9A, 1-ci giriş 1-ci mərtəbə qapı-1, 2-ci mərtəbə qapı 1A ünvanda yerləşən ümumi sahəsi 1115,2 kv.m olan qeyriyaşayış sahəsini X1 almışdır və hazırda İddiaçı mülkiyyətindədir. İddia ərizəsindən və ona əlavə edilmiş məhkəmə aktlarından müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Şövqiyar Abdullayev küçəsi 9A, 1-ci giriş 1-ci mərtəbə qapı-1, 2-ci mərtəbə qapı 1A ünvanda yerləşən ümumi sahəsi 1115,2 kv.m olan qeyriyaşayış sahəsindən mehmanxana (“Otel Eqoist” adı ilə) kimi istifadə edir və X2 adına hesablanmış borc sahibkarlıq fəaliyyətinin (qeyri-əhali) həyata keçirilməsi ilə bağlı yaranmışdır (abunə kodu19107048, VÖEN ********** - X3), iddiaçı hazırda həmin borcun silinməsini və ödədiyi vəsaitin geri qaytarılmasını tələb edir. Göründüyü kimi, yaranmış mübahisə VÖEN nömrəsi əldə etmədən mülkiyyətindəki qeyriyaşayış sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirən fiziki şəxs olan iddiaçı ilə, cavabdeh olan hüquqi şəxs arasındadır. Həmçinin mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisədir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Odur ki, iddiaçı hazırkı iddia ərizəsini məhkəmə aiddiyyəti qaydalarının pozulması ilə verdiyinə görə, məhkəmə aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 35.2, 151, 152, 152.1.1, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və pul tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar