Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-374/2021 17.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 Mikayil qızının, Cavabdeh2 Mikayil qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Mikayil qızı və Cavabdeh1nə qarşı “qanunsuz tikilinin sökülməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1nə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə 27.08.2020-ci il tarixdə məhkəməyə müraciət edərək qanunsuz tikilinin sökülüb iki qonşu arasında arakəsmə divar bərpa olunaraq texniki pasporta uyğun mövcud halda göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 07.10.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında olan qanunsuz tikilinin sökülməsin və iki qonşu arasındakı arakəsmə divarın bərpa olunaraq mövcud halda reyestrdə göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddaçı 10.11.2020-ci il tarixli məhkəmə iclasında vəsatət verərək müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək qanunsuz tikilinin sökülüb, iki qonşu arasında arakəsmə divar bərpa olunaraq texniki pasporta uyğun mövcüd halda reyestrdə göstərilməsi və Cavabdeh2 kirayə müqaviləsi üzrə məcburi ödədiyi 300 (üç yüz) manat kirayə haqqının 2018-ci ildən yekun məhkəmə aktı çıxarılnadək hesablanmaqla onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 Mikayil qızının nümayəndəsi və vəkili Vəkil 14.06.2021-ci il tarixdə etiraz ərizəsi verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun paylı mülkiyyətindədir. Evinin qarşısında qonşusu Cavabdeh2 Mikayil qızı mülkiyyətində olan ərazidə qanunsuz tikili inşa edərək onun evindən istifadəsinə maneələr yaratmışdır. Onun evinin qarşısında nəfəslik açmaq adı ilə onun qapı və pəncərəsini bağlamış, bunu da etiraf etmişdir. Cavbadeh öz şəraitini onun ziyanına dəyişmişdir. Beləliklə də onu öz evinin istifadəsindən məhrum etmiş, o, başqa evdə kirayə qalmaq məcburiyyətində qalmışdır. Həmin illər ərzində cavabdehin təqsiri ucbatından ödədiyi kirayə haqları da onun xeyrinə tutulmalıdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Mikayil qızı izahat verərək bildirir ki, iddia tələbinə etiraz edir. Yaşadığı mənzil onun xüsusi mülkiyyətindədir və həmin mənzil dövlət reyestrində qeydə alınaraq adına müvafiq çıxarış verilmişdir. Hesab edir ki, həmin tikili iddiaçıya heç bir maneə törətmir. İddianın rədd edilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, həyət bu titkililərlə birlikdə onun qayınatasına satılmışdır. O, yalnız dəmir darvazanı götürüb, həmin səhəyə hasarı yenilətdirmiş və qapı qoydurmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Mikayil qızının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iş materiallarında olan 05.07.2019-cu il tarixli ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi, 1p saylı fərdi yaşayış evinin 27,6 m2 hissəsi Cavabdeh2 və onun ailəsinin mülkiyyətindədir. Fərdi yaşayış evinə dair texniki pasportdan və tikilinin faktiki vəziyyətindən görünür ki, iddia tələbində göstərilmiş bərpa olunması xahiş edilən arakəsmə divar sökülməmişdir. Ekspert rəydə bu nəticəyə gəlməməsinə baxmayaraq, onun tərəfindən məhkəməyə izahat verən zaman Cavabdeh2 giriş qapısının davamı olan hasarın iddiaçıya məxsus giriş qapısına mane olduğu, həmin hasarın iddiaçının balkonuna mane olduğu göstərilmişdir. Bildirir ki, ekspertin izahatında göstərilmiş hasar həmişə mövcud olmuşdur. Cavabdeh2 ailəsi fərdi yaşayış evinin onlara məxsus olan hissəsini əldə etdikdə həmin hasar və hazırki giriş qapısının yerində darvaza mövcud olmuş, Cavabdeh2 ailəsi tərəfindən həmin darvaza götürülərək, onun yerində hasar inşa edilmişdir. İddiaçının istinad etdiyi, onun mülahizəsinə görə hasarın mane olduğu giriş qapısı isə onun tərəfindən sonradan açılmışdır və texniki pasportda mövcud deyil. Bu hal Cavabdeh1 iddiaçıya ünvanladığı 10.01.2020-ci il tarixli məktubu ilə də təsdiq olunur. Belə ki, həmin məktubdan görünür ki, fərdi yaşayış evinə baxış zamanı iddiaçıya məxsus olan evin 1-ci mərtəbəsində əlavə qapının açıldığı və ikinci mərtəbədə qonşuya tərəf yeni plastik qapı-pəncərə quraşdırıldığı aşkar olunmuşdur. Həmin yeni açılmış qapı, texniki pasportda nəzərdə tutulmamış və iddiaçının cavabdehə məxsus, əvvəllər də mövcud olmuş və bərpa olunmuş hasarın guya mane olduğu iddia edilən qapıdır. İddiaçının kirayə pulu ilə bağlı olan iddianın isə heç bir əsası yoxdur. İddianın rədd olunmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin iki otaq, 27,6 m2-dən bir hissə Cavabdeh2, bir otaq 35,5 m2 hissə İddiaçı adına 22.05.2012-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində sahəsi 14,6 m2 olan bir otaq, ikinci mərtəbəsində sahələri 11,6 m2 və 21 m2 olan iki otaq 25.10.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 13.04.2021-ci il tarixli, 10/3733 saylı ekspert rəyinə əsasən Təmir-tikinti, quraşdırma və s. işlərinin hansı dövrdə (müddətdə) aparılmasının müəyyən edilməsinə dair metodika olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. ünvan 4 ünvanına aid texniki pasportun məlumatları araşdırılan zaman, mübahisəli (hamam, ayaqyolu və dəhliz) tikililərin texniki pasportun məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. ünvan 4 ünvanına inşa edilmiş tikililərin İddiaçı maraqlarına toxunub-toxunmaması hüquqi məsələ olmaqla ekspertin səlahiyyət dairəsindən kənardır və buna görə də bu sual üzrə tədqiqat aparılmamışdır. İş materialarında olan Bakı şəhər Cavabdeh1 10.01.2020-ci il tarixli, A-210-075 nömrəli məktubuna əsasən yerində baxış zamanı məlum olmuşdur ki, sözü gedən tikili bir neçə il qabaq tikilmiş və qonşunun istifadəsindədir. Yalnız giriş qapısının yerləşdiyi kiçik hasar son dövrdə yenidən bərpa edilmişdir. Baxış zamanı İddiaçı məxsus olan evin birinci mərtəbəsində əlavə qapı açıldığı və ikinci mərtəbədə qonşuya tərəf yeni plastik qapıpəncərə quraşdırıldığı müşahidə olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən X1 ifadəsində bildirmişdir ki, iddiaçının mülkiyyətində olan giriş-çıxış qapısının sol tərəfində olan hasar iddiaçının giriş-çıxışına maneə törədir və həmin tikili qeyri-qanuni tikilidir. İddiaçı eyvanına da rahat çıxa bilmir. Həmin tikili iddiaçının pəncərəsinə də maneə törədir. Qanunsuz tikilən hasar iddiaçının qapısına bitişikdir. Həmin tikili iddiaçıya giriş maneəsi yaradır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babaşov Zakir Səməd oğlu ifadəsində bildirmişdir ki, mübahisəli evin əvvəlki sahibidir. Orada olan 4-5 evi o, tikmişdir. Hazırda sürücüdür. Hazırda cavabdehə məxsus olan, hasarın kənarında yerləşən ev anbar idi, ev deyildi. Həmin anbarı da o, özü tikmişdir. Həmin yerdən təkər, süpürgə, ləyən qoymaq üçün istifadə edirdi. Həmin yeri oğlu nağara çalana 1200 manata satmışdır. Həmin anbarın ancaq qapısı var idi, o da küçəyə baxırdı. Həmin anbarın həyətə pəncərəsi olmayıb. İşdə olan fotoşəkillərdən də görünür ki, göstərilən evin qapı və pəncərəsi sonradan açılmışdır. Ümumiyyətlə, Alatavada ikimərtəbəli ev olmamışdır. Həyəti isə Sevda xanıma yox, onun qayınatasına alğı-satqı yolu ilə satmışdır. 1988-1990-cı illərdə onlara evlər barədə çıxarış verilmişdir. Həmin həyətin dəmir darvazası olmuşdur, evi də elə vəziyyətdə Sevda xanımın qayınatasına təhvil vermişdir. Həyət ümumi həyət deyil. İşin müəyyən edilmiş halları odur ki, ünvan 5 ünvanında yerləşən ev tərəflərin və qeyrilərinin paylı mülkiyyətindədir. İddiaçı evinin giriş qapısının yanında yerləşən tikilinin sökülməsini tələb edir. İddiasını onunla əsaslandırır ki, tikili qanunsuzdur və onun evinin qarşısındadır. İddiaçı o cümlədən, iki qonşu arasındakı arakəsmə divarın bərpa olunmasını və ona dəymiş maddi zərərin ödənilməsini tələb edir. Cavabdeh isə iddiaçıya etiraz edərək bildirir ki, həyət bu titkililərlə birlikdə onun qayınatasına satılmışdır. O, yalnız dəmir darvazanı götüzdürüb, həmin səhəyə hasarı yenilətdirmiş və qapı qoydurmuşdur. Məhkəmə hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən əsassızdır. İş materiallarında olan 2012-ci ildə ******* reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, 2012-ci ildə Yasamal rayonu, M.Həsənov küçəsi, ev 10-da bir otaq, 35,5 m2 iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçının dediyinə görə 2012-ci ildə çəkilmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildən görünür ki, iddiaçıya məxsus evin pəncərəsindən solda cavabdehin sahibliyində olan həyətin balaca hasarı və göy rəngdə darvazası olmuşdur. İş materiallarında olan digər çıxarışdan görünür ki, iddiaçı mənzilində dəyişikliklər etmiş və 1-ci mərtəbədə 1 otaq və 2-ci mərtəbədə 2 otağa hüquqları 25.10.2019-cu il tarixdə qeydiyyyata alınmışdır. İddiaçı tərəfindən evin hazırki vəziyyəti ilə bağlı təqdim olunmuş fotoşəkildən isə görünür ki, həyətin göy rəngdə darvazasının yerində yeni qapı qoyulmuş və hasar yenilənmişdir. Əvvəlki fotoşəkildə olan iddiaçıya məxsus evin pəncərəsinin yerində yan-yana iki giriş qapısı qoyulmuş və ikinci mərtəbədə pəncərə açılmışdır. Məhkəmə iclasında iştirak edən ekspert həmin hasarın iddaçının giriş-çıxışına və pəncərəsinə maneə yaratdığını bildirmişdir. Lakin iş materialları ilə sübut olunur ki, həmin hasar son dövrdə yenilənsə belə, həmin sahədə əvvəl də böyük dəmir darvaza və balaca hasar olmuşdur. Bu həm fətəşəkillərdən, həm də evin texniki pasportundan müəyyən olunur. Həmin göy rəngdə darvaza və balaca hasar olduğu vaxt iddiaçının həmin sahəyə bitişik qapısı və yuxarı mərtəbədə pəncərəsi olmamışdır. Əksinə həmin qapılar və yuxarı mərtəbədəki pəncərə sonradan inşa edilmişdir. İş materiallarında olan çıxarışlardan da müəyyən olunur ki, 2012-ci ildə iddiaçıya məxsus 35,5 m2 olan 1 otaq, 2019-cu ildə isə 1-ci mərtəbədə 1, 2-ci mərtəbədə 2 otaq qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən şahid isə bir daha təsdiq etmişdir ki, paylı mülkiyyətdə olan ev ona məxsus olmuş, həyətdə böyük dəmir darvazası olmuş, ev satılan vaxtı qonşunun həyətə baxan pəncərəsi olmamış və o, evini həyətlə birlikdə cavabdehin qayınatasına satmışdır. Beləliklə, iş materialları ilə sübut olunur ki, sözügedən tikili həmin yerdə əvvəl də mövcud olmuşdur. Həmin tikili mövcud olduğu vaxt əksinə iddiaçıya məxsus qapılar və yuxarı mərtəbədə pəncərə olmamışdır. Həyətin dəmir darvazası götürülmüş, hasar yenilənmiş və yeni qapı qoyulmuşdur. Cavabdeh2 tərəfindən iddiaçının hüququnun pozulduğu öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yuxarıda göstərilənlərə əsasən əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı qanunsuz tikilinin sökülüb, iki qonşu arasında arakəsmə divar bərpa olunaraq texniki pasporta uyğun mövcud halda reyestrdə göstərilməsi və Cavabdeh2 kirayə müqaviləsi üzrə məcburi ödədiyi 300 (üç yüz) manat kirayə haqqının 2018-ci ildən yekun məhkəmə aktı çıxarılnadək hesablanmaqla onun xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə-tikinti texniki ekspertizalarının xərci olaraq İddiaçı 100 (yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-374/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-374/2021
17.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver