Məhkəmə qərarları › İş №2(004)-3744/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3744/2022

05.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3744/2022 05.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yasamal rayon Şöbəsinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1960cı il təvəllüdlü bacısı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2022-ci il tarixdə ərizə verərək maraqlı şəxsin Bakı şəhər Maraqlı şəxs nəzdində Qəyyumluq və Himayəçilik Komissiyası ilə əvəz edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs nəzdində Qəyyumluq və Himayəçilik Komissiyası ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, onunla bir mənzildə yaşayan doğma bacısı X9 ömürlük birinci qrup əlildir. O, onunla birgə yaşadığından onun barəsində maddi-mənəvi və s. bütün hərəkətləri o edir. Lakin son zamanlar bacısının səhhəti tamamilə korlanmışdır və hesab edir ki, o fəaliyyət qabiliyyətsizdir. Yəni o, hərəkətlərini başa düşmür, heç bir məsuliyyət hiss etmir. Ona görə də onun bu vəziyyətini nəzərə alıb onun əvəzinə müəyyən işləri görmək, ona qəyyumluq etmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bacısının fəaliyyət qabiliyyətsiz hesab olunması ona onun əvəzinə müəyyən hərəkətləri həyata keçirtmək üçün qəyyum təyin olunmağı üçün lazımdır. Ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş elektron arayışdan görünür ki, X7 digər subaraxnoidal qansızma, sol gicgah-təpə nahiyyəsində serebral arterio-venoz malformasiya, anevrizmatik komponent intraventrikulyar disfaziya və afaziya, mator afaziya, ürəyin aterosklerotik xəstəliyi, ÜİX, aterosklerotik kardioskleroz, ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi 3-cü mərhələ, spastik nemiplegiya, sağ tərəfli dərin hemiparezyanaşı xəstəliklər,H35.0 fon retinopatiyaları və retinal dəyişiklikləri, OU=torlu qişanın angiopatiyası diaqnozu qoyularaq əmək qabiliyyətsiz və daim kənar şəxsin qulluğuna ehtiyacı olduğundan müddətsiz olaraq birinci qrup əlil kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Yevlax rayon Aran qəsəbəsi İN tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV № 658023 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.1960-cı il tarixdə Yevlax rayonunda anadan olmuşdur. X2, anası X8r. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik və Ekspertizasının xx.xx.2022-ci il tarixli, 2588 saylı rəyinə əsasən X5 damar mənşəli dərin demensiya (ağıl zəifliyi) (F01.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim olunmuş tibbi sənədlər və hal-hazırkı psixitarik müayinənin nəticələri - 2016-cı ildə insult və bununla əlaqədar cərrahiyyə əməliyyatı keçirməsi, həmin vaxtdan etibarən psixi və davranış pozuntularının meydana çıxması, yaddaş və intellektinin pozulması, həmçinin hazırkı müayinə zamanı psixi funksiyalarının total zəifləməsinin müəyyən edilməsi və s. sübut edir. X9 onda qeyd olunan damar mənşəli demensiya (ağıl zəifliyi) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mülki işi materialları və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən X5 damar mənşəli dərin demensiya (ağıl zəifliyi) müəyyən edilir. X9 onda qeyd olunan damar mənşəli dərin demensiya (ağıl zəifliyi) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə qeyd edir ki, ərizəçi X6 yaxın qohumu – qardaşıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X4 ağıl zəifliyi iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar