Məhkəmə qərarları › İş №2(004)-3747/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3747/2021

22.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3747/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçı1, İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh "xxxx" QSC-nə q̇arşı “zaminlik müqavilələrinin etibarsız edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh "xxxx" QSC-nə q̇arşı “zaminlik müqavilələrinin etibarsız edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC ilə İddiaçı1 ilə bağlanmış 37S000000310 saylı. 31.07.2013cü il tarixli zaminlik müqaviləsinin, "xxxx" QSC ilə X4 ilə bağlanmış 37S000000323, saylı 01.08.2013-cü il tarixli zaminlik müqaviləsinin, "Accessbank“ QSC” ilə İddiaçı3 ilə bağlanmış 37S000004068 saylı. 18.08.2014-cü il tarixli zaminlik müqaviləsinin, Cavabdeh QSC ilə İddiaçı2 ilə bağlanmış 37S**********2 saylı, 23.01.2015-ci il tarixli zaminlik müqaviləsinin və “Accessbank" QSC ilə İddiaçı4 ilə bağlanmış 37S**********2 saylı, 23.01.2015-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə cavabdeh Yusubov Elmir Mirseyran oğlu arasında bağlanmış 31.07.2013-cü il tarixli, 37L000000209 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət aynca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Yusubov Elmir Mirseyran oğluna Cavabdeh QSC ilə bağladığı 23.01.2015-ci il tarixli. 037R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 31.03.2015- ci il tarixli 037R**********S saylı, 05.08.2015-ci il tarixli 037R**********SA saylı. 30.11.2015-ci il tarixli 037R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Yusubov Elmir Mirseyran oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaiti 25.12.2015-ci il tarixdən banka qaytarmamışdır. Yusubov Elmir Mirseyran oğlu götürdüyü kredit borcundan 2812,57 ABŞ dolları ödəmiş və onun 13187.43 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Yusubov Elmir Mirseyran oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər İddiaçı2, İddiaçı1, X4, İddiaçı3 və İddiaçı4 zaminlik müqaviləsinə əsasən bank qarşısından öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün banka qarşısında cavabdeh Yusubov Elmir Mirseyran oğlu ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Elmir Yusubovun bütün öhdəliklərini icra etməlidirlər. Buna görə də cavabdeh “AccessBank" QSC Şirvan şəhərində iddia qaldıraraq borcun bizdən tutulmasını xahiş etmişdir. “Accessbank“ QSC-nin cavabdehlər Yusubov Elmir Mirseyran oğluna, İddiaçı2, İddiaçı1, X3, İddiaçı3 və İddiaçı4 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddiası üzrə keçirilən məhkəmə iclaslarında hazırkı iddia üzrə iddiaçılara məlum olmuşdur ki. onlar necə aldadılıblar. Belə ki. “AccessBank" QSC-nin Şirvan şəhər məhkəməsində qaldırdığı iddiası Yusubov Elmir Mirseyran oğlundan, İddiaçı2. İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 3 1.07.2013- cü il tarixli 037R********** savlı kredit razılaşması üzrə 131 87.43 ABŞ dolları məbləğində kredit borcu, 15753,53 ABŞ dolları məbləğində faiz borcu və 23038.37 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 51979 ABŞ dolları 33 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Accessbank"QSCyə ödənilməsindən ibarətdir. Göründüyü kimi “Accessbank" QSC Yusubov Elmir Mirseyran oğlu ilə bağlanılmış 31.07.2013-cü il tarixli 037R********** saylı kredit razılaşması üzrə yaranmış borcu tələb edir. Borcun zaminlərdən tutulması qanunsuzdur. Belə ki, zaminlərlə bağlanmış müqavilələrin əksər hissəsinin tarixləri kredit xətti müqaviləsinin tarixi ilə qəti uyğun gəlmir. Bu da o deməkdir ki, cavabdehlərin bir qismi zamin durarkən kredit xətti müqaviləsinə deyil, onların iştirakı ilə bağlanmış müqavilə və ya saziş üzrə məsuliyyət daşıyırlar. Yalnız İddiaçı2 və İddiaçı4 arasında 23.01.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələr üzrə də bu iki şəxs həmin tarixdə götürülən kredit borcuna zamin durmuşlar. İddiaçı1 və X4 ilə zaminlik müqavilələri kredit xətti müqaviləsi bağlanan 31.07.2013-cü il tarixdə bağlanmışdır. İddiaçı3 ilə isə müqavilə 18.08.2014-cü il tarixdə bağlanmışdır. Hə 5 zaminlə müqavilə bağlanılarkən onlara izah edilmişdir ki, onlar yalnız o tarixlərdə verilən məbləğə cavabdehdirlər. Göründüyü kimi, bu müqavilədə borcun borc alan tərəfindən ödənilmədikdə borc verən tərəfindən zaminə məlumat verilməsi, borc verən tərəfindən zaminə yazılı tələb göndərməsi və bundan sonra zamin tərəfindən kredit məbləğini, hesablanmış faizləri, və s. ödənilməsi nəzərdə tutulmuşdur. Yəni müqavilədə mübahisənin məhkəməyə qədər həll edilməsinə dair müddəalara ərizəçi tərəfindən riayət edilməmişdir. Lakin, borc alan tərəfindən zaminə heç bir nə yazılı nə də ki, şifahi məlumat verməmişdir. Bununla da borc alan tərəfindən özünün tərtib etdiyi müqavilənin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa kredit xətti müqaviləsi bağlanılarkən bank tərəfindən Elmir Yusubova məxsus olan daşnar əmlak da 31.07.2013-cü il tarixli 37P000000224 saylı və 31.07.2013-cü il tarixli 37P000000225 saylı sabit girov müqavilələr bağlanılaraq girov götürülmüşdür. Qanunvericiliyə əsasən öhdəliyin təmin edilməsi üçün ilk öncə girov qoyulmuş əmlaklara yönəlmə həyata keçirilməlidir. Əsas məqamlardan biri ondan ibarətdir ki, bu iş üzrə hər bir iddiası ilə bağlanmış zaminlik müqavilələrinin surətləri onlara təqdim edilməmişdir. Buna görə də onlar aldadıqlarını və hüquqlarının pozulmasını bilməmişlər. Bağlanmış zaminlik müqavilələrin qanunsuz olması, onların aldadılması və üzərilərinə götürməyə razı olduqları öhdəlikdən artıq öhdəliyin qoyulması və bankın onlara qarşı qərəzli mövqedə olması cavabdehin iddiası ilə də sübuta yetirilir. Belə ki, bankın iddia ərizəsinin məzmununda görünür ki, onlar məhkəmədə iddianı sonuncu ödənişdən 1863 gün sonra qaldırıblar. Demək bank qərəzli olaraq borcun şişirdilməsi üçün bu qədər gözləmişdir. Göründüyü kimi, hazırkı iddia üzrə iddiaçılar cavabdeh "xxxx" QSC tərəfindən aldadılaraq müqavilələrə imza atdırmışlar. Yəni iddiaçıların hüquqi savadı olmaıdğından bankın nümayəndələri onları aldadaraq yalnız həmin tarixdə bağlanılan kredit müqaviləsi üzrə məsuliyyət daşıdıqlarını bildirərək bütöv kredit razılaşmasına zamin durmalarına dair müqavilələrə imza atdımışlar. Eyni zamanda iddiaçılar heç aldadılmamış olsalar belə, cavabdeh tərəfindən sənədləşmə və zaminlərin üzərinə qoyulan öhdəliyin nədən ibarət olmasını anlamaq, nəinki sadə vətəndaşın, çox halda mühasib ixtisasına yiyələnmiş şəxslərə də çox çətin olur. Şəxs gəlir yaxın adamına zamin durmağa, bank əməkdaşları iş gününün sonunacan müqavilənin nədən ibarət olmasım izah edirlər, axrı həm zamin duran şəxs həm də k, bank əməkdaşı yorulur və nəticədə zamin duracaq şəxs heç bir şey anlamadan müqaviləyə imza atmaq məcburiyyətində qalır. Məhkəmə iclasında İddiaçı1 və iddiaçılar İddiaçı2, İddiaçı3 Vidadi oğlu və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(032)-65/2021 saylı qətnaməsinə əsasən iddiaçı “Accessbank“ QSC-nin cavabdehlər Yusubov Elmir Mirseyran oğluna, İddiaçı2, İddiaçı1, X3, İddiaçı3 və İddiaçı4 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Yusubov Elmir Mirseyran oğlundan, İddiaçı2, İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 müştərək qaydada 037R********** saylı kredit razılaşması üzrə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla 13187.43 ABŞ dolları əsas, 10231.40 ABŞ dolları faiz, 300 ABŞ dolalrı cərimə, ümumilikdə 23718.83 ABŞ dolları manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Accessbank"QSCyə ödənilməsi qət edilmişdir. Göründüyü kimi cavabdehlər tərəfindən hazırki iddia rəizəsində göstərilmiş hallar artq mübahisələndirilmişdir. Eyni zamanda mübahisəli zaminlik müqavilələri qanunverciliyin qüvvədə olan tələblərinə tam şəkildə riayət edilməklə Bankdaxili prosedurlara uyğun şəkildə bağlanmış, müqavilənin şərtləri iddiaçılar tərəfindən qəbul edilərək onun imzaları ilə təsdiq edilmişdir. Həmin zaminlik müqavilələrinin hər birində zaminlərin 120 ay müddətinə bağlanmış 50000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsinin icrasına öhdəlik daşıdıqları göstərilmişdir. Bu səbəbdən də zaminlik müqavilələrinin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığını bildirmiş, ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 22.07.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, əvvəlki məhkəmə iclasındakı izahatını müdafiə edərək, eyni zamanda İddiaçı1 və digərlərinin cavabdeh “AccessBank" QSC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia tələbi üzrə iddia müddətini tətbiq edilməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Kredit xətti müqaviləsi üzrə Yusubov Elmir Mirseyran oğluna Cavabdeh QSC-nin “Şirvan” filialı ilə bağladığı 31.07.2015-ci il tarixli 037R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 16000 ABŞ dolları məbləğində kredit verilmişdir. 37S000000310 saylı, 31.07.2013-cü il tarixli, 37S000000323, saylı 01.08.2013-cü il tarixli, 37S000004068 saylı, 18.08.2014-cü il tarixli, 37S**********2 saylı, 23.01.2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən kredit xətti müqaviləsi üzrə Yusubov Elmir Mirseyran oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı2, İddiaçı1, X4, İddiaçı3 və İddiaçı4 zaminlik müqaviləsinə əsasən bank qarşısından öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün banka qarşısında Yusubov Elmir Mirseyran oğlu ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Elmir Yusubovun bütün öhdəliklərini icra etməlidirlər. Şirvan şəhər Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(032)-65/2021 saylı qətnaməsinə əsasən iddiaçı “Accessbank“ QSC-nin cavabdehlər Yusubov Elmir Mirseyran oğluna, İddiaçı2, İddiaçı1, X3, İddiaçı3 və İddiaçı4 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Yusubov Elmir Mirseyran oğlundan, İddiaçı2, İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 müştərək qaydada 037R********** saylı kredit razılaşması üzrə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla 13187.43 ABŞ dolları əsas, 10231.40 ABŞ dolları faiz, 300 ABŞ dolalrı cərimə, ümumilikdə 23718.83 ABŞ dolları manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Accessbank"QSC-yə ödənilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(032)-65/2021 saylı qətnaməsindən eyni zamanda, görünür ki, Yusubov Elmir Mirseyran oğlu ilə “Accessbank“ QSC arasında 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində 31.07.2013-cü il tarixli kredit xətti açılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Araşdırma zamanı iddiaçıların Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə bağladıqları 31.07.2013-cü il, 01.08.2013-cü il, 18.08.2014-cü il və 23.01.2015-ci il tarixli müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçılar isə öz iradə ifadələrini bildirməklə qeyd edilən müqavilələri imzalamışlar. İddiaçılar bu müqavilələrin bağlanmasına məcbur edilməmişdir. Mülki Məcəllənin 339.3-cü maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə olduğundan, müvafiq olaraq həmin müqavilədə zaminliklə təmin edilmiş əsas öhdəliyin bütün mühüm şərtləri, əsasən də faiz dərəcəsi göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə həmin müqavilə çərçivəsində bağlanan kredit razılaşmasında faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun vurğuladığı kimi, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 11 oktyabr 2019-cu il tarixli Qərardadına görə Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4- cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Beləliklə, məhkəmə iddiaçılar 31.07.2013-cü il, 01.08.2013-cü il, 18.08.2014-cü il və 23.01.2015-ci il tarixli zaminlik müqavilələrinin etibarsız hesab edilmələri tələbi ilə bağlı qeyd edir ki, iddiaçılar həmin müqavilənin etibarsız hesab edilməsi tələbini əsaslandırmaq üçün istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, eyni zamanda məhkəmə tərəfindən əqdlərin etibarsızlığı üçün əsas verən digər hallar müəyyən edilmədiyindən, əksinə müqavilələr bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmamasının müəyyən edildiyindən və belə olan halda bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilələrin etibarsız hesab edilmələri üçün hər hansı əsas olmadığından iddia rədd edilməlidir. Məhkəmə, eyni zamanda, iddiaçının iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək, hesab edir ki, əsas öhdəlik olan Yusubov Elmir Mirseyran oğlu ilə “Accessbank“ QSC arasında bağlanmış 31.07.2013-cü il tarixli kredit xətti müqaviləsi 120 ay müddətinə bağlandığından, həmin öhdəliyin icrası üçün nəzərdə tutulmuş zaminlik müqavilələri üzrə iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh "xxxx" QSC-nə q̇arşı “zaminlik müqavilələrinin etibarsız edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh "xxxx" QSC-nə q̇arşı “zaminlik müqavilələrinin etibarsız edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar