Məhkəmə qərarları › İş №2(004)-381/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-381/2022

16.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-381/2022 16.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası ƏMDK-in yanında DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası ƏMDK-in yanında DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, keçmiş Oktyabr rayonu, Yasamal küç., ev 91A (ünvan 1 ünvanında yerləşən mənzilə dair 1971-ci ilin avqust ayında tərtib edilmiş texniki pasportun X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 ərizəçinin bacısı olduğunu, SOCAR-da işlədiyini, həmin evdə anadan olduğunu və hal-hazırda da orada yaşadığını, babasının adındakı hərfin Y əvəzinə “E” (yo) yazıldığını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, bacısı da həmin ünvanda yaşayır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ərizəçinin 40 illik qonşususu olduğunu, atası ilə çox yaxın olduğunu, orada bir həyətdə yaşadıqlarını, əvvəl orada bir həyətdə yaşadılarını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, həmin həyətdə 5 qonşu birlikdə yaşayırlar. Maraqlı şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası ƏMDK-in yanında DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasında təkrar iştirak etməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan V—ЖГ № 308286 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 atası X8, anası isə X1r. İş materiallarında olan AC 526377 seriya nömrəli sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, Məmmədov Akifin atasının adı Yolçu kimi qeyd olunmuşdur. İş materiallarında olan № 222826 saylı diplomun surətindən müəyyən olunur ki diplomun sahibinin soyad, ad, ata adı hissəsində X3 qeyd olunmuşdur. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsi haqqında pasportun surətində Yasama 91 a ünvanındakı evin sahibi Məmmədov Akif E kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 908784 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Akifin ata adı Yolçu kimi qeyd olunmuşdur. İş materiallarında olan Ərizəçi məxsus AZE № 0******* seriya nömrəli şəxsiyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Məhəkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrni dinləyərək, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, keçmiş Oktyabr rayonu, Yasamal küç., ev 91A (ünvan 1 ünvanında yerləşən mənzilə dair 1971-ci ilin avqust ayında tərtib edilmiş texniki pasportun X6 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, 1971-ci ildə tərtib edilmiş texniki pasport Azərbaycan Respublikasının SSRİ-nın tərikbində olduğu dövrə təsadüf etdiyindən, həmin dövrdə sənədləşmə işləri rus dilində və ya rus əlifbası ilə aparıldığından X8 deyil Елчу kimi qeyd olunması, Azərbaycan Respublikasında latın qrafikalı əlifba tətbiq edildikdən sonra isə Yolçu kimi qeyd edilməsi iş materialları ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmə qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizə təmin edilsin. Bakı şəhəri, keçmiş Oktyabr rayonu, Yasamal küç., ev 91A (ünvan 1 ünvanında yerləşən mənzilə dair 1971-ci ilin avqust ayında tərtib edilmiş texniki pasportun X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar