Məhkəmə qərarları › İş №2(004)-383/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-383/2020

20.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-383/2020 20.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, X4 katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair ilk iddiası; Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “əmlakların naturada bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair ilk iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, onunla cavabdehlərin paylı mülkiyyətində olan ünvan 1 ünvandakı ümumi sahəsi 34.10 kv.m. olan qeyriyaşayış sahəsinin dövlət reyestrində müəyyən edilmiş nisbətə uyğun olaraq 1/5 hissə onun, 5/6 hissədən bir hissə cavabdehlərin hər birinin olmaqla, naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “əmlakların naturada bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, paylı mülkiyyətlərində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 4 nömrəli evin 29 nömrəli mənzilindən və ünvan 1 ünvandakı ümumi sahəsi 34.10 kv.m. olan qeyri-yaşayış sahəsindən onların paylarının ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-6864/2019 nömrəli qərardadı ilə mübahisə predmeti olan tərəflərin paylı mülkiyyətindəki ünvan 1 ünvandakı ümumi sahəsi 34.10 kv.m. olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsindəki 4 nömrəli evin 29 nömrəli mənzilinin paylı mülkiyyətçilər İddiaçı (1/5 hissə), cavabdehlər Cavabdeh2 (5/6 hissədən bir hissə) və Cavabdeh1 (5/6 hissədən bir hissə) paylarına uyğun olaraq naturada real bölünməsinin, həmin əmlakların real bazar dəyərlərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki (inşaat) və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 30858 nömrəli eksperti rəyi mülki iş ilə birlikdə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-383/2020 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və məhkəmə iclası xx.xx.2020-ci il tarixə saat 12:30-a təyin edilmişdir. Sonradan Covid-19 pandemisı ilə əlaqədar işə baxılması mümkün olmamış və işin məhkəmə baxışı xx.xx.2020-ci il tarixə saat 10:30-a təyin olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair ilk iddiası; cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “əmlakların naturada bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar